Bulud texnologiyasına transformasiya

Vurğun Hacıyev
ATL Tech
4 min readNov 15, 2019

--

Bu gün günəşli, gözəl bir havada Silkon Vadisinin möhtəşəm enerjisindən ilhamlanaraq, növbəti məqaləmin nədən bəhs edəcəyini düşünərkən Bulud texnologiyaları haqqında yazmağa qərara gəldim. Bu gündən sahənin liderlərindən olan AWS xidmətləri haqqında silsilə məqalələr yazacam. Biz özümüz cloud technology ' larına nə qədər yaxınıq, rəqəmsal transformasiya edən zaman hansı biliklərə sahib olmalıyıq , bizi bu addım atmamağa vadar edən nədir? … kimi sullara cavab axatarmağa çalışacıq

Bulud bazarında kimlər var. Amazonun AWS -i dünyanın ən sürətli böyüyən bulud xidmətlərindən biridir. Google (Cloud Platform), Microsoft (Azure), IBM (SoftLayer, Bluemix) kimi rəqibləri olsa da, AWS bu sahənin böyük qardaşıdır. Bütün Cloud sistemlərində olduğu kimi, AWS'də bütün modulları fərdi olaraq işlətmək üçün tərtib etmişdir, ancaq bir araya gələndə yaxşı nəticə göstərdiyinə tamamilə əminəm. Onların hamısının ayrı modul olması sistemin genişlənməsini təmin edir. Umumiyyətlə son zamanların inkişafına diqqət etsək Microservice architecture yanaşması bütün sahələrdə özünü bir üzə verir.

İlk öncə Cloud Computing nədir?

Bulud texnologiyası istifadəçilərin yerləşdiyi mövqedən hər hansı bir proses, proqram, verilənlərin daxil edilməsi və ya servis infrastrukturu lazım olmadan alınacaq xidmətin təmin olunmasını əhatə edən informasiya xidmətidir. Beləliklə istifadəçilər istədikləri xidmətdən öz daxili resursları olmadan, heç bir infrastrukutur yaratmadan özlərinə məxsus mühiti qurub istifadə edə bilirlər. Cloud Computing bir neçə xidmət növü vardır ki, istifadəçilər istədikləri xidməti seçə bilirlər.

İnfrastruktur servis kimi (IaaS — Infrastructure as a Service)

İnfrastrukturun yaradılması prosesini həyata keçirir. İaaS səviyyəsi infrastrukturun (hesablama resursları və yaddaş sistemini) icarəyə götürməsi servisini həyata keçirməyə imkan verir. Bu resurslara zəmanətli hesablama və yaddaş resursları verən virtual serverlərdən başqa, verilənlərin yaddaş sisteminə yüksək sürətlə daxil olmaq imkanı yaradan əlaqə kanalları da daxildir. Qısaca desək, bu səviyyədə məsələlərin həlli üçün kompüter infrastrukturu yaradılır. Mövcud olan İaaS xidmətinə — Amazon S3 (Simple Storage Service), Amazon Elastic Computer Cloud (EC2), Amazon Network, IBM Blue Cloud və s. göstərmək olar.

Platforma xidmət kimi (PaaS- Platform as a Service)

PaaS servisi istifadəçilərə virtual serverlərdə (fiziki serverlərdən təşkil olunan) yerləşən əməliyyat sistemlərindən və xüsusi proqram əlavələrindən (Apache, MySQL və s.) istifadə edilməsinə imkan yaradan virtual platformadır. Bu xidmət növündə müştərinin bulud infrastrukturu üzrə satın alınmış funksional proqramları yerləşdirmək hüququ vardır. Burada da müştəri şəbəkə, server kimi bulud strukturunu idarə etmir və yoxlamır. O sadəcə, burada quraşdırdığı funksional proqrama nəzarət edir.

Proqram təminatı xidmət kimi (SaaS — Software-as-a-Service)

Bu səviyyədə istifadə olunan servis proqramlara misal olaraq, Google Apps, Google Docs, Microsoft ”Software Services” Office 365(e-mail, video konfrans), Salesforce.com (müştərilərin qarışılıqlı əlaqəsinin idarə sistemi-CRM, müəssisənin resurslarının idarə sistemi-ERP) və s. göstərmək olar. SaaS konsepsiyasına əsasən, istifadəçi bir məhsulu satın alaraq eyni zamanda onun üçün ödəniş etmir, onu kirayə götürür. Bundan başqa, o, məhz ona lazım olan funksiyalardan istifadə edir.

Şəkilə diqqət etsəniz rənglərə uyğun olaraq ximətləri fəqrləndirə biləcik.

Bulud Modelləri

Public Cloud (Ümumi Bulud): İnternet üzərindəki serverlər ilə qurulan bir bulud texnologiyasıdır. Kiçik və orta ölçülü şirkətlərdə istifadə etdiyimiz qədər ödəniş etdiyimiz bu modelə uyğun olaraq elektron poçtları nümunə göstərə bilərik.

Private Cloud (Xüsusi Bulud): Məlumatlarının gizliliyi çox vacib olan böyük şirkətlərin seçdiyi bir bulud texnologiyasıdır. Bütün məlumatlar qurucunun əlinin altındadı , təhlükəsizlik və gizliliyi yüksəkdir.

Hybrid Cloud (Qarışıq Bulud): Public və Private Cloud-un birləşməsindən meydana gələn bulud texnologiyasıdır. Şirkətlərin həcminə görə Public və Private hissələrinə düşən faizlər dəyişiklik göstərə bilir. Misal olaraq Banklar bu modeli daha çox istifadə edir.

Community Cloud (İctimai Bulud): Bir neçə şirkət ilə ortaq istifadə edilən xidmətlərin mövcud olduğu bulud texnologiyasıdır. İcma üzvləri, icazə olduğu halda tətbiq və məlumatları əldə edə bilirlər.

Qorxularımız

Bir buluda keçid etmək istədiyimiz zaman, ilkin olaraq xərcləri düşünürük və baha oluğu qənaətinə gəlirik. Çünki ödəyəcəyimiz hesab ABŞ dolları ilədir.

Məlumatlarımızın bir gecədə itəcəyindən,

İnternetin sürətindən və ya bir gün kəsilmə ehtimalından,

Yeni əmələ gələn Bulud təhlükəsizliyi terminlərindən,

Bu sahəni bilən əməkdaşların olmamasından,

Mövcud sistemiz işləyir deyib, yeniliyə transformasiya etməkdan.

Keçid üçün bu suallara cavablar axtarmlı olacıq.

  • Böyük bulud sahibləri inhisarçı olacaqmı?
  • Gələcək internet necə olacaq? və ya “hasarlı bir bağçaya” çevriləcəkmi
  • Ölkələr məlumatların saxlanması ilə bağlı mübahisələri hüquqi necə həll edəcəklər?
  • Hesablamaları necə aparmalıyıq?
  • Köhnə vəziyyəti hesablamadan yeni bulud modellərinə necə keçirik?

Cari vəziyyəti qiymətləndirilməsi və bulud hesablama

Heç bir strategiya planınız yoxdursa Buluda keçid etməyin…

--

--