ATL Tech
Published in

ATL Tech

Həyat Dəyişdirən Kitab

Tanıdığım bütün xoşbəxt, həyatından məmnun görünən insanların bir ‘oyanış’ anı var. Həmişə elə bir an və ya anlar olur ki, ya indi hərəkətə hərəkət keçməli olduğunu, ya da yerində saymalı olduğunu anlayırsan. Məndə belə anlar çox olub. Amma hər şey bir andan başladı. Xoşbəxt olmadığımı anladığım həmin o andan.

Bu, idman zalında saatlarla vaxt keçirdiyim zamanlar idi. İdman zalı heçnə fikirləşmədiyim, özümü təhlükəsiz hiss etdiyim yeganə yer idi. Söhbət 2018-ci ilin ortalarından gedir. Məni səhv anlamayın, mən həmişə idmançı olmuşam və sağlam yaşamağa 9 il əvvəldən başlamışam. Sağlam qalmaq və özümün ən yaxşı versiyama çevrilmək üçün demək olar ki hər gün idman zalına getməyə başlamışdım və spirtli içkilərdən imtina etmişdim. Bundan əlavə, fit olduğumdan əmin deyildim, ona görə də bir az çəki yığmalı olmuşdum. Mənim sağlam həyat təcrübəm 2018-ci ildə müalicəvi xarakter almağa başladı — mən bədbəxtliyimin səbəbləri ilə üzləşməyə hazır deyildim və bu hissləri idman zalında basdırırdım. Bir mütəxəssislə terapiyaya başlamazdan əvvəl Nyu Yorkdan olan dostum mənə bir kitab verdi. Həyatımı dəyişdirən kitab. Bəli, bir kitab mənim həyatımı dəyişdi.

Bu kitab oxuma vərdişi yaratmaq üçün düzgün seçilmiş bir kitab idi. Məni emosional boşluqdan çıxarmaq üçün mükəmməl idi. Bu kitab həyatıma təsir etmiş ən vacib kitablardan biridir.

Yetkin bir insan kimi ən pis anlarımda belə mən spirtli içkilərə, məsuliyyətsiz münasibətlərə, narkotiklərə, pis vərdişlərə və ya mənə uzun müddət xidmət etməyəcək hər hansı bir şeyə qoşulmadım. Ən pis anımda 24 yaşlı dostumun sayəsində əlimə bir kitab götürdüm. Onun adı Janik-dir. Janik mənə həmişə böyük qardaş deyir, amma o həmin anda Ray Dalio-nun “The principles” kitabını oxumağı şiddətlə tövsiyə edərək mənə əsl böyük qardaş sevgisi bəxş etmişdi.

Bu kitab mənim üçün mükəmməldir — düzünü desəm, kitabı yenidən oxumaq istəmirəm. İstəyirəm ki, kitab mənim yaddaşımda mükəmməl qalsın. Onun qüsurlarını görmək istəmirəm.

Əgər hələ də bilmirsinizsə, Ray Dalio-nun kim olduğunu soruşa bilərsiniz.

Ray Dalio sərmayeçi, milyarder və ‘Bridgewater Associates’ adlanan multimilyardlıq investisiya şirkətinin yaradıcısıdır. O, həm də Warren Buffet və Charlie Munger-in kölgəsində qalan uşaqlardan biridir. Bununla belə, mən bir gün mütləq Ray ilə görüşmək istəyirəm. Ray-in adı bizneslə bağlı nəşr olunmuş bütün məqalələrdə çəkilir və o qlobal arenada həqiqətən əjdahadır.

Estetikanı, strukturu, perpendikulyarlığı, sistemləri və sadəliyi sevən bir insan kimi onun kitabı 2 əsas hissəyə- İş prinsipləri və Həyat prinsiplərinə bölməsi xoşuma gəldi. Ray bu kitabı 60 yaşlarının sonlarına doğru yazıb. Bu, mənim üçün fəlsəfə və rəhbərlik kitabıdır. O mənə necə bir insan olduğumu və necə biri olmaq istədiyimi yenidən formalaşdırmağımda kömək oldu. Bundan əlavə, şirkətimi daha yaxşı idarə etmək üçün onlarla fəndlər və göstərişlər verdi. Mən xüsusilə radikal həqiqət, qəddar dürüstlük, radikal şəffaflıq və ideya meritokratiyası fikirlərini bəyənirəm. Bunların hamısı ATL-in vizyonunun və fəlsəfəsinin bir hissəsinə çevrilib. Əgər kitabı oxumusunuzsa, ofisimizdəki divara baxanda oxşarlığı anlayacaqsınız.

Əgər şəxsən mənə və mənim öyrənmə xəttimə qayıtsaq, bu kitabla qarşılıqlı əlaqəm haqqında təəccüblü bir faktı bölüşmək istərdim. James Clear, Joe Dispenza, Will Durant, Richard Dowkins, Adam Grant, Yuval Harrari, David Eagleman, Jordan Peterson və bir çox başqa müəllifləri mən məhz Ray Dalio-nun sayəsində kəşf etmişəm.

Bir kitab tövsiyəsinin kiminsə həyatında bu qədər nəhəng qartopu effekti yarada bilməsi heyrətamizdir. Siz düşünə bilərsiniz ki, mən həyatım boyu oxucu olmuşam. Təəssüf ki, bu belə deyil. Kaş ki, mən elə gənc yaşlarımdan kitab oxumağa başlasaydım. Gənc yaşlarımda əlimə hər dəfə kitab götürəndə 2 səhifə oxuyandan sonra yuxuya gedirdim. İndi isə kitab oxumaq yaxşı yuxu, meditasiya, düzgün qidalanma və məşqlə yanaşı, mənim ən faydalı vərdişlərimdən biridir. Hər il öz ətrafımdakı insanlardan kitab tövsiyələri alıram və ümid edirəm ki, bir gün həyatımı yenidən dəyişdirə biləcək belə bir kitab oxuyacam. Aydındır ki, bu günlərlərdə mənim üçün heçnə insanların qarşılıqlı əlaqəsi ilə müqayisə edilə bilməz. Hər şey ətrafımdakı həyatı və hadisələri başa düşməkdən, maraqlarımı qidalandırmaqdan, xeyirxahlığımı, sevgimi və minnətdarlığımı artırmaqdan ibarətdir. Məni qarşıda nəyin gözlədiyini həyəcanla gözləyirəm. 2018-ci ildə baş vermiş domino effekti (buna oyanış da deyə bilərik) həyatımda o qədər dəyişikliyə gətirib çıxarıb ki, bunun gözəlliyini bir məqalədə təsvir edə bilmərəm.

“Ən xoşbəxt insanlar öz təbiətlərini kəşf edərək, həyatlarını təbiətlərinə uyğunlaşdırırlar.”

Ray Dalio

Originally published at https://rashad.blog on April 11, 2022.

--

--

Being the proud possessor of profound experiences in information technology we are sharing our knowledge, experiences, values, corporate culture and technology trends

Get the Medium app

A button that says 'Download on the App Store', and if clicked it will lead you to the iOS App store
A button that says 'Get it on, Google Play', and if clicked it will lead you to the Google Play store