Texnologiya şirkətləri üçün böyümək əsas məqsədlərdəndir

Vurğun Hacıyev
ATL Tech
3 min readFeb 1, 2020

--

Texnologiya şirkətləri üçün böüymək əsas planlardan biridir. Burda isə əsas rollardan biri CTO’ların üzərinə düşür. Şirkətlərinin rəqabətə davamlılığına köməkçi olmaq yolunda texnoloji imkanları ətraflı bir şəkildə yenidən nəzərdən keçirməyə çalışırlar və ya yeni investisya planlarını düşünürlər. Şirkətilərin bu gün üçün rəqabət etməyi davam etdirmələri yanında, sabah üçün də şirkətin doğru istiqamətləndirilməsindən əmin olmaq üçün əlavə olaraq yeni strategiyaları nəzərdən keçirilməlidirlər. Daha çox diqqəti cəlb edən bir innovasiya yanaşması, əməliyyat səmərəliliyi və məhsulların idarə edilməsində ciddi dəyişikliklər aparmağın tam bir zamanıdır.

CTO rəqəmsal (digital) transformasiya yükündən əziyyət çəkir. Bu çətinlik İKT -nin mürəkkəb proseslərinə görə deyil, işlərin sürətlə dəyişdiyi bir vaxtda idarəetmə komandasının ( CXO) transformasiyadakı böyük dönüşlərə yönləndirə bilmək və onlardan dəstək tapmaq üçün mübrizənin əziyyətidir.

Saysız şirkətlər müəssisə daxilində rəqəmsal çevrilmələrdə uğursuz olurlar. Böyük həcmli rəqəmsal (digital) transformasiya prosesində sözün əsl mənasında tükənmə hiss olunur, geniş açılmış bucağı daraltmaqlabu proseslərin sadələşdirilməsinə ehtiyac var. Bunun üçün hər zaman toxunduğumuz kadr məsələsi ortada durur. Texnologiya və E-biznes liderlərinə ehtiyac hiss edilir. CEO — lar indi ancaq bir kəlimə ifadə edə bilirlər daha çevik və sürəli nə edə bilərik?

Rəqəmsal (digital) transformasiyaya əsaslanan yenilik. Müəssisələr transformasiya edəcək, lakin 3–5 il aralığında deyil, 18–24 aylıq dövrlərdə olmalıdır. Texnologiya seçimi öndə gələnlərdəndir. AI & ML, İOT , Data Science kimi texnologiyalar günümüzün vazgeçilməzlərindəndir. Bunun üçün qısa zamanda ATL Tech -də Aİ Laboratoriyanın qurulmasına, süni intellekt (AI) -in hansı sahəsinə toxuna biləcəyimizə qərar verdik. “Nitqdən mətnə” funksiyasını şirkətin ən qabaqcıl məhsullardan biri olan “K3 insidentlərin idarə olunması” proqram təminatına tətbiq etdik. Sevindirici haldır ki, süni intellekt laboratoriyamızın elmi nəticələri London Metropolitan Universitetində keçirilən beynəlxalq konfransda da müzakirə edilmişdir.

Əminəm ki, növbəti illərdə şirkətlər özünü qiymətləndirən zaman yeni bir ölçmədən, “innovasiya” metrikasından istifadə etməyə başlayacaqlar.

Məhsulların idarəedilməsindəki dəyişikliklər. 2018/9-ci ildən başlayaraq CTO-lar məhsula əsaslanan İT idarəçiliyinə keçid, çevik inkişaf tendensiyalarına uyğunlaşma, XaaS (hər şey bir xidmət kimi) İT xidmətlərinə dönmək mövzusunda danışmağa başladılar. Müştəri vəsvəsəsi böyüdükcə CTO -ların diqqəti məhsul yönümlü rollara, rəqəmsal dizaynerlərə və məhsul menecerlərinə yönəldi. Şirkətlərdə Marketinq və İT ilə əlaqəli şəkildə işləyə biləcək Məhsul Menecerləri əsas rollardan birinə çevrildi. Bu istiqamətdə də yeniliklər edərək komandamızın idarəedilməsi sistemini dəyişərək məhsul yönümlü idarəetməyə başladıq. Məhsulların inkişafını Agile Scrum metodsuz düşünmək qeyri mümkündür. Hal hazırda ATL Tech olaraq 5 (beş) məhsul üzrə komandamız çalışır. Bir sonra ki məqalələrdə məhsullar haqqında paylaşmalar edəcəm.

Əməliyyatların modernləşdirilməsi. Sahib olunan müştəriyə yeni məhsul və xidmət təqdim edərək böyümək ənənəvi yollardan biridir. Bu strategiya şirkətlərə satış həcmində böyümə və müştəri portfelini genişlətmə olaraq geri dönür. Əməliyyatların modernləşdirmə şirkətlərdəki rəqəmsal transformasiyanın canlı qalmasına dəstək olacaq.

2020-ci ildə müəssisələr müştəri nəticələrini yaxşılaşdıran və səmərəliliyi təmin edən əməliyyatların rəqəmsallaşdırılmasına diqqət yetirərək böyümə planlamasını sürətləndirəcəkdir. Bu zaman CTO-lar xərclər üzərində daha sərt olmağa başlayacaq və mümkün olduğu yerlərdə özünə xidmət (self services) təqdim etmə yollarını axtaracaqlar. Nəticə məhsuldarlıq, müştəri məmnuniyyəti və xərc səmərəliliyini birləşdirərək şirkəti böyütmək yolunda davam etdirməkdir.

Şirkətlər iqtisadiyyatın rəqəmsal platforma yönümlü olmağa başladığını çoxdan bilirlər. B2B xidmətləri - API və bulud texnologiyaları sayəsində artmaqdadır. Rəqəmsal platforma strategiyamızı quran zaman məlumatları “ölkə sirri” kimi qiymətləndirməyi dayandırıb, əvəzinə onu bölüşməyi bacarmalıyıq. Bu addım bizim üçün əla məlumat partnoyrluğuna çevriləcək.

CTO-lar bir SaaS xidmətinə dəyər vermirsə, böyüməkdən danışmağın mövzusu bitmişdir.

--

--