Aaa əşyaların interneti dövründə nə edəcəyik ?

Nicat Manafov
M. Azerbaijan

--

2020 ci ilə qədər dünyada 50.1 milyard əşya internetə bağlanacaq. Günlük istifadə etdiyiniz nə əşya varsa, hamısının internetə çıxış imkanları olacaq və internetdən idarə oluna biləcək. Bəs Azərbaycan olaraq əşyaların interneti dövründə istehsalçı yoxsa istehlakçı olacağıq ?

Sənayeləşmə dövründə 4 pillə

Sənayeləşmə 1.0: Su və buxar gücünün köməyi ilə mexaniki sistemlərin istehsalda istifadəsi ilə başladı. Ilk dəfə olaraq toxuma dəzgahlarının yerini avadanlıqlar aldı. Buna sənaye dövrüdə deyillər. Proses Birləşmiş Krallıqda başladı daha sonra Avropaya yayıldı.

Sənayeləşmə 2.0: Artıq istehsalda elektrik enerjisindən istifadə başlandı. Məhz bu dövrdə ilk dəfə iş bölgüləri, və sürətli emal prosesi başladı. Bugün gördüyümüz ənənəvi emal prosesinin qanunları məhz bu dövrdə yazıldı. Ilk dəfə qəssabxanalarda istifadə olunmağa başladı. Hər gün istifadə etdiyimiz “broyler” toyuqlarının başlarının avtomatik cihazlarla kəsilməsi prosesi ilk dəfə 1870-ci illərə təsadüf edir.

Sənayeləşmə 3.0: Həyatımıza informasiya texnologiyaları daxil oldu. İlk ağıllı cihazların təməli burada atıldı. İstehsalı optimallaşdırmaq üçün proqramlaşdırılmış məntiqi dövriyyələrdən (PLC) istifadə başlandı. Günümüzdə istifadə etdiyimiz tozsoran, ütü, qapı zəngi, və sairə bu dövrün ilk məhsullardan sayılır.

Hal hazırda gəldiyimiz dövr sənayeləşmə 3.0-dan 4.0-a keçid dövrüdür. Ətrafımızda olan bütün əşyaların internetə çıxışı, 3D yazıcılar, Pilotsuz Uçan Aparatlar (PUA) məhz bu dövrdə bazarın yeni nəbzi olacaq. İstehlakçılar evlərindəki kombilərini, kameralarını, işıqları, avtomobillərini, ağlınıza nə gəlirsə qısaca hər şeyi öz smartfonlarından idarə edəcək. Sənayeləşmə 4.0 özü ilə bərabər yeni iş yerlərinin açılması, ekonomik böyümə, keyfiyyət, yeni istehlak və istehsal həcmi yaradacaq.

Azərbaycanda Sənayeləşmə 4.0

Bizim dövlətimiz çox gənc olduğu, sənaye dövrü 3.0-də istehsal proseslərində iştirakı çox az olub. Müstəqilliyimizi qazanandan sonra daha çox məhsulları başqa ölkələrdən idxalat edərək ancaq istehlakçısı olmuşuq. Buda ölkəmizin tədiyyə balansının zəifləməsinə, devalvasiyaya qədər bizi gətirib çıxartdı.

Məsələni biraz araşdırmaq üçün axtarış etdim. Azərbaycanda rəsmi olaraq əşyaların interneti istehsalı prosesi ilə məşğul olan heç bir iş yeri yoxdur. Nə zavod nə fabrik. Amma bəzi təşəbbüskar şirkətlər (Sumaks, Cyclee və s.) mövcuddur. Buda ən böyük ümid işığımızdır.

IDC-ə görə 2020-də əşyaların interneti illik 128 milyard dollarlıq iqtisadiyyat həcmi yaradacaq. Ümid edirəm sənayə 3.0-a əlimizdə olmayan səbəblərdən geridən gəlib çatmağa çalışdığımız kimi, sənaye 4.0 trendini əlimizdən qaçırtmarıq. Çox böyük pullarla xaricdən idxalat etdiyimiz məhsulların əvəzinə artıq özümüz istehsal etdiyimiz məhsullarımızı istifadə edib, xaricə ixracat edən bir ölkə olarıq!

--

--