Animasiya mühiti Çində necə yaşayır

Rufat MAMMADLI
M. Azerbaijan

--

Çin animasiya studiyalarında çinlilərin qəribə iş bacarığı və iş intizamı var.

Əvvəla çin animasiya studiyalarında amerikanlardan fərqli olaraq müdir kultu mövcuddur. Müdirlər bir neçə yerə ayrılır: studiyanın prezidenti (baş prodüser) — onun fikri müzakirə edilmir və mütləq icra edilir. İkinci pillədə studiyanın direktoru gəlir. Üçüncü pillədə isə rejissor. Bölmələrin başçıları isə səhvləri və yerinə yetirilməsi mümkün olmayan tapşırıqlara göstəriş (nəzakətli formada) verir. Bundan sonra isə müxtəlif aparıcı mütəxəssislər ierarxiyası yaranır — fon bölməsi üzrə rəhbər, animatorların və səhnələşdirmə rəhbəri.

Animatorlar müəyyən tapşırıq əsasında yerinə yetirilə bilməyən tapşırıqları göstərib səbəblərini izah edirlər və nəticəsində necə reallaşdırılmasını aydınlaşdırırlar. Bu daha çox pinq-ponq oyununa oxşayır — biraz edirlər və soruşurlar, yenə beləcə davam edir. Görünür belə çox rahatdır və də sən əgər rejissorsansa nə istədiyini dəqiq və ideyanın necə həyata keçirilməsini dəqiq bilirsən.

İş günü səhər 8.30-da başlayır — işçilər studiyaya girərkən “scanface”-dən keçirlər və bu sistem onların studiyada olduğu vaxtı təyin edir. Saat 10-da 15 dəqiqəlik fasilə olur — siqaret çəkmək, gəzişmək və s. olar. Qeyd edim ki, qanuni fasilələrdən hamı istifadə etmir — işin yükünə görə dəyişir. 11.30-da nahar olur. Böyük bir izdiham (vəzifəsinin yüksəkliyindən asılı olmayaraq) studiyanın yeməkxanasına doğru irəliləyir. Yeməkdən sonra saat 13.00-a qədər yatmağa icazə verilir. 13.00-da yenidən iş başlayır və 15.00-da yenidən 15 dəqiqəlik fasilə. 17.30-da (qışda 17.00) hamı bir qayda olaraq evə gedir. İstisnalar sadəcə başqa şəhərlərdən gəlmiş xüsusi seçilən kəslər üçün mövcuddur — onlar saat 20/22.00-dək işləyib maaşlarına kiçik əlavələr alırlar.

Bundan başqa studiyalarda hər cümə axşamları öyrədici kurslar keçirilir — animasiya haqqında leksiyalar olan leksiyalarda bütün studiya əməkdaşları iştirak etməlidirlər. Kurslar saat 17–21.00 arası keçirilir. Şənbə və bazar — istirahət günləridir, lakin iki aydan bir şənbə günü iş günü olur. Belə bir ritmdə işləmək çox rahatdır, üstəlik fasilə zamanı və istirahət günləri işlə bağlı sualları müzakirə etmək qəti qəbul olunmur. Hətta nahar vaxtı belə çinlilər iş suallarını müzakirə etmirlər.

Məzuniyyət bir qayda olaraq — 2 həftə. Doğrudur dövlət bayramları az olsa da var. Əsas dövlət bayramı — Bahar Festivalı. Hər müxtəlif vaxtlarda olan bu festival adətən fevralın əvvəlinə təsadüf edir. Bax belə. Heç kim qanlar içində işləmir, deadline olsa belə, heç kim studiyada gecələmir. Hər şey öz qaydasında gedir. Studiyanın bütün işlərinə planlaşdırma bölməsində nəzarət edilir. Fərdi olaraq yük bölüşdürülür və məsuliyyət nəzarətdə saxlanılır.

Maaş — bonus sistemi olduğu üçün işin yerinə yetirilməsi uyğun təyin olunur. İşçilərin orta maaşı hardasa aylıq 4000 yuan (1000 azn) təşkil edir. Bundan başqa rüblük və illik bonuslar mövcuddur. Uğurlu yerinə yetirilmiş layihəyə görə ildə bir dəfə rəhbərlik işçilər üçün Yaponiya səyahəti təşkil edir. Bu həm də studiyanın ad gününə təsadüf edə bilər.

Lakin bunlarla yanaşı burada bir də kadrlarla bağlı problem yaşanır. Animator hər hansı bir yüksək vəzifə alan kimi ya daha böyük bir studiyaya gedir, ya da öz kiçik şirkətini açaraq xarici müştərilərlə işləyir. Çin maşını bax belə işləyir. İşçilər — mehriban, nəzakətli, səliqəli, lakin bunlarla yanaşı içən və çox şəndirlər.

Mənbə: rasulhasan.com (Dekabr 20, 2017)
Müəllif: Rəsul Həsənov

--

--