Avto cəmiyyətində sosial sinifləndirilmə — “Marqatlama” mədəniyyətsizliyi

Rufat MAMMADLI
M. Azerbaijan
Published in
2 min readNov 19, 2021
(Ksenon işıqları ilə digərlərini kor edən sürücü.)

Artıq 7-ci aydır ki ölkəmdə avtomobil idarə edirəm. Bu vaxt ərzində məni bəzi nüanslar çox məyus edib.

Bunlardan biri, yollarda açıq-aydın qarşı sürücünün avtomobilinin dəyəri qədər “hörmət” görməsi və sosial sinifləndirilməyə məruz edilməsi oldu. Hansı ki bu cür təfəkkür geridə qalmış və sonradan görmə cəmiyyətlərdə olur.

Məsələn: Bir yol hərəkəti səhvini büdcə olaraq aşağı seqment bir avtomobil edərsə, siqnallanır-”marqatlanır” və lazım gəldikdə əl hərəkəti ilə nələrsə deyilir. Lakin üst seqment avtomobil olarsa ondan yan keçib, ötürülür və ya səssizcə gözlənilir.

İndiyədək çox əsəbləşdiyim hallar olub.

Bunlardan biri də, "SUV" (el dilində hündür-cip maşını) sürən bir xanım sürücünün, təsadüfən eyni istiqamət üzrə gedərkən 3 işıqforların hər birinin qırmızıdan yaşıla keçməsi anında (millisaniyələr içərisində) dərhal qarşıdaki avtomobili “marqatlaması”dır.

Güman edirəm ki, avtomobil sürməyi öyrədən şəxs “qarşındakını “marqatla” və əz” dərsi keçib. Bu, qarşı tərəfə çox böyük hörmətsizlikdir.

Üst seqment avtomobillərin dağılmazlıq-qırılmazlıq xüsusiyyəti olsa idi, sürücüləri digərlərini əzib, üstündən keçərdi. Bunu arzulayanları belə görmüşəm. Təəsüf ki gerçəkdirlər.

Digər hadisə də: Yoxuş aşağı yolun işıqforu 3 saniyə qalmış qırmızıya keçdiyi üçün onsuz da orta sürətlə və məsafəli getdiyimdən dayandım və gözlədim. Lakin məndən bir qədər ara məsafəsi olan "sürücü" tez özünü çatdırıb, əl hərəkəti etdi ki, yenidən sürətlənib sarıda keçim.

Əlbəttə bunu etmədim. Çünki həm qarşıda 2 piyada keçid var idi həm də dünyanı fəlakətdən qurtaracaq bir missiyada deyildim. Əlavə 30 saniyə gözləyə bilərdim.

Bu şəxsi dindirib, "7 aydır sürürəm, yol qaydası da pozmaq istəmirəm" dediyim halda qısaca "mən isə sürmə üzrə müəlliməm (burada peşə olaraq yox bacarıq olaraq qeyd edir.), sən səhvsən." cavabı verdi. Çox dəxlisiz və gülünc bir cavab idi. İbtidai sinif şagirdi daha yaxşı arqument gətirə bilərdi.

Digər çox böyük narahatçılıq isə avtomobillərin anormal dərəcədə parlaq işıqlarıdır. Bu o həddə çatıb ki, qarşıdakı piyada keçidində, piyadaları görə bilmirsən. Bu problemə səbəb yenə də, özünü digərlərindən üstün tutan və əqli zəkası geridə qalmış sürücülərdir.

Təəsüf ki, cəmiyyətimizdə danabaş kateqoriyasına namizəd çox insan var. Ancaq bu o demək deyil ki hər kəs belədir. Qarşıma mədəni və təmkinli sürücülər çıxdıqda çox rahatlıqla avtomobilimi idarə edə bilirəm. Çünki onlar bilirlər ki hər kəs anadan gəlmə peşəkar sürücü doğulmur. Yeni sürücülərə imkanlar yaradırlar.

Ümid edirəm ki cəmiyyət olaraq doymuş və təmkinlik səviyyəsinə çıxa biləcəyik.

--

--