Azərbaycanda iş axtarmaq

iş axtaran

Azərbaycanda iş axtarmaq o hala gəlib ki, artıq xəbər saytları hansısa şirkətdə vakansiya görəndə ana xəbər edirlər. Bəs iş axtarma ölkəmizdə nə qədər çətindir ? Nələri soruşurlar ? Vakantı nəyə əsasən seçirlər ? Sizdən başqa kimlər müraciət edib ? və sairə uzanıb gedir.

Əziyyət çəkdiniz universitetlərin birində bakalavr oxudunuz, daha sonra reytinqli bir universitetdə magistratura təhsili aldınız. Bəs etmədi 10-larca sertifikatlar aldınız, mənasız seminarlara qulaq asdınız. Özünüzə bu sahədə inamınız pik həddə yüksəldi. İnternetdə axtarış edən də “bum” qabağınıza bir vakansiya çıxır. İllərdir təhsil aldığınız peşə vakansiyasının başlığı və onunla əlaqəsi olmayan içərisi. Həyatınızda eşitmədiyiniz, bilmədiyiniz tələblər. Qısası “o biri şirkətdə var bizdə də olsun” vakansiyası. Müdür HR-a deyir vakansiya qoy. Heç bilmir o vakansiya nədir, işə nə faydası var, maaş aralığı nədir. Tələbləri isə HR müəyyən etdiyi üçün başlıqla iş arasında təzad, mənalı mənasız tələblər qarşına çıxır. CV-nizi göndərdiniz “Ya Qismət”. Sonrakı mərhələyə çağırılma ehtimalınız %5 olsa da yenə ümid var. Ən azından təhsil karyerana bəlkə hörmət edib səni çağırıb, daha sonra öz bildikləri adamı seçəcəklər.

Bəxtiniz gətirib üz-üzə görüşmədəsiniz. HR və yanında o sahənin “mütəxəssisi” sizi sorğu sual edir. Sualların məğzinə və məzmununa diqqətli baxsanız aydın olacaq ki, əslində sizi üz-üzə sorğuya yox məzələnməyə çağırıblar. Çünki tələb olunan vakansiyadan və o iş prinsipindən nə “mütəxəssisin” xəbəri var nədə “HR”-ın. Tapşırıblar ki, vakansiya qoy filankəsi seç. Sənin çəkdiyin əziyyət, stress, vaxt itkisi heç onların vecinədə deyil. Başa düşmək lazımdır ki, ölkədə şəxsi tanışlıq, “networking”, day-day daha əhəmiyyətlidir nəinki karyera