Bir dostu itirdim.

Əgər tanrı varsa, oyununu ədalətli oynamır…

Bütün dostlarını toplayıb, yığıncaqlar edən, zarafatcıl, lazım gəldiyində məsləhətlərinə ehtiyac duyduğum, istiqanlı və daxili çox rəngli bir insan kimi ağlıma həkk olundun.

Dostlarına yeni dostluqlar qazandırdın.

Bu gün hava almağa çıxdım, bizi çağırdığın məkanların yanından keçəndə içimi qəribə hisslər bürüdü.

Çox çətin olsa da, səndən geriyə qalan səs yazmaların, yerləşdirdiyin “gameplay”/“cover” videolarını izləyərkən xatırlayacam səni.

Həyat ədalətli deyil bəlkə də…

Bilirəm hazırda buludlardan bizə baxıb, bu qədər hüzünlü olduğumuz üçün bizə əsəbiləşirsən… Sən ki, həmişə gülüb, əylənməyi sevərdin.

Fidan, sənin üçün darıxacağıq.


Səninlə ilk dəfə tanış olduğum gündən xatirə. (08.03.2015)
Nur içində yat…
One clap, two clap, three clap, forty?

By clapping more or less, you can signal to us which stories really stand out.