Nicat Manafov
M. Azerbaijan
Published in
2 min readApr 11, 2016

--

Drone atış məşqi

Gizli Silah “Yaşıl Əjdaha” və Drone Bazarı

2015-ci ildə müdafiyə məqsədli dronlar kəşfiyyatın dəyişməz parçası oldu

Əvvəl ki yazımda dövrümüzün Sənayeləşmə 3.0-dan 4.0-a keçid mərhələsində olduğundan bəhs etmişdim. Sənayeləşmə 4.0 dövründə 3D printerlər, drone, əşyaların interneti kimi yeni trendləri istifadə olunacaq. Sənayeləşmə 4.0 ilə bərabər ölkələr yüksək texnologiyalardan müdafiyə məqsədli istifadəsinə başladı artıq. Xüsusən drone texnologiyaları ölkələrin müdafiyə kəşfiyyat əməliyyatlarının dəyişməz parçası oldu. Uzaqdan düşmənin koordinatını, bölgənin xəritəsini canlı şəkildə emal edə bilən Pilotsuz Uçan Aparatlar artıq düşmənə hücum edə bilmək qabliyyətini qazandı. İlk dəfə İsrail şirkəti “Harop” adlı pilotsuz uçan aparat (PUA) ilə həm kəşfiyyat həm də hücum məqsədli testlərə başladı. Belə ki, düşmənin məntəqəsini təyin edib canlı görüntü göndərə bilən “Harop” PUA lazım olsa kamikadze kimi təyinat məntəqəsinə çırpılıb bomba effekti yaradır.

1000Km-ə məsafəyə qədər uçuş edib, 6 saat havada qala bilən “Harop” PUA-sı, ölkələrin tez bir vaxtda diqqətini çəkdi. İsrail şirkəti testləri və inkişaf proqramı üçün Azərbaycan, Almaniya, Hindistanı müttəfiq ölkə seçdi. “Harop” PUA-sının qiyməti 4.5 milyon dollardır.

Drone Market 2013–2024

Drone Bazarı:

Yüksək Texnologiyaların bu qədər inkişafı əhəmiyyət daşıyarkən, Drone bazarı artıq 2015-ci ildə 8 milyard dollara yaxınlaşdı. Dronların bazarında Sivil məqsədli (mülki) dronların payı %10-a yaxın olsada, müdafiyə məqsədli Dronlar bazarın %90 həcmini götürdü. Təxminlərə görə drone bazarı 2020-ci ilə qədər illik ortalama %20 büyüyəcək və 10 milyard dollara çatacaq.

Azərbaycanda Drone bazarı:

Müdafiyə Sənayesi nəznində PUA-lar üçün xüsusi araşdırma və inkişaf proqramı olsa da, parçalarının böyük əksəriyyəti Azərbaycanda istehsal olunan drone yaratmaq üçün biraz vaxta ehtiyac olacaq. Buna baxmayaraq ordumuzda kifayət qədər müdafiyə məqsədqli drone var və böyük əksəriyyəti müttəfiqimiz İsrailə aiddir.

Yerli Drone Startupları:

Azərbaycanın ilk sivil məqsədli PUA-sı Bayquş olub. Bayquş havada 80 dəqiqə qalıb 3g/4g texnologiyalarından istifadə edərək canlı görüntü göndərə bilirdi.

Allah bütün şəhidlərimizə rəhmət etsin.

--

--