Google Maps Android API — Release key yaradılması.

Seyid-Kanan Bagirov
M. Azerbaijan
Published in
2 min readJan 14, 2016

Tətbiqinizi marketə qoymazdan əvvəl bizə release key-ləri qoymaq lazım olur. Məndə Google Map-dən istifadə etdiyim üçün, Marketə qoymazdan əvvəl bu məsələni həll etməliydim. Bu problem mənim 3 günümü aldı.

StackOverFlow-da yazdıqları kimi,

God bless StackOverFlow!

StackOverFlow-un yaradıcılarına can sağlığı arzulayıram. Onlar olmasa idi, nə edərdik biz? :D

İndi gələk əsas məsələyə. İlk olaraq “.jks” tipli faylınız olmalıdır. Onu tapandan sonra “cmd”-yə gəlirik. “CMD”-də “Java=>jre7=>bin” daxil oluruq (“cmd” əmri: cd “<<Java faylı harada yerləşirsə onun yolu>>/Java/jre7/bin”).

“CDM”-də aşağıdaki kimi görüntü olmalıdır:

C:\Program Files\Java\jre7\bin>

Yuxardakını gördüzsə, indi cmd-də bunu yazırıq:
keytool -list -v -keystore “SİZİN_.JKS_FAYLIN_YOLU” -alias ALİAS_NAME

“CMD” deyəcək sizə, nələri daxil etməlisiniz ki, “SHA1” sertifikatının “fingerprint”-ini alasınız.

Nəticə təxmini belə olacaq:

Alias name: <alias_name>
Creation date: Feb 02, 2013
Entry type: PrivateKeyEntry
Certificate chain length: 1
Certificate[1]:
Owner: CN=Android Debug, O=Android, C=US
Issuer: CN=Android Debug, O=Android, C=US
Serial number: 4cc9b300
Valid from: Mon Feb 02 08:01:04 UTC 2013 until: Mon Feb 02 18:05:04 PST 2033
Certificate fingerprints:
MD5: AE:9F:95:D0:A6:86:89:BC:A8:70:BA:34:FF:6B:AC:F9
SHA1: BB:0D:AC:74:D3:21:E1:43:67:71:9B:62:90:AF:A1:66:6E:44:5D:75
Signature algorithm name: SHA1withRSA
Version: 3

Buradakı “SHA1” kodunu Google Developer Console-a daxil edəcəksiz. Burada həmçinin “google_maps_api.xml”-dən gələ bilərsiz. “XML”-dəki “fingerprint” sizə yalnız test etmək üçün yararlı olacaq. “Developer console”-dan “Google Maps Android API”-ı,enable” edirik və sonra “Android key” yaradırıq və “SHA1” ilə birlikdə “packed name” yazırıq. Və yaradılmış kodu (“AIza” ilə başlayan) “PROJECT_NAME\app\src\release\res\values\google_maps_api.xml” daxilinə göstərilən yerə kodu yazırıq. Və buradan sonra “Google Play Market”-də xəritəniz göstəriləcəkdir.

Məqalə müəllifi:

Dərc edən:

--

--