Hamının həyəcanla gözlədiyi TOP 5 yarış oyunları!


Bildiyiniz kimi, bütün kompüter oyun pərəstişkarlarının maraqla gözlədiyi yarış oyunları yaxın zamanda təqdim olunacaq. Bu yazıda sizlərə 5 ədəd ən çox gözlənilən və sevilən oyunları təqdim edəcəm.

1) DiRT Rally

Dirt 3 oyunundan görüntü.

Yarış oyunlarını sevirsinizsə, “Dirt” adı sizlərə tanış gələcək. Oyunun yeni seriyası bu il aprelin 27-dən həm elan edildi, həm də “Steam”-də erkən istifadəyə verildi. Oyun hələ ki tam çıxmasa da, alıb yoxlaya bilərsiniz. Codemasters’in açıqlamasına görə, bu demoda 38 yarış bölgəsi və 17 avtomobil mövcud alacaq. Digər açıqlamaya görə isə əvvəlki seriyalara nisbətən daha simulasyon yönündə olacaq və daha çox realistik xüsusiyyətlər daşıyacaq. Oyun hazırda Steam platformasında $25 qiymətindədir. İndidən alıb yoxlaya bilərsiniz, lakin böyük ehtimalla demo versiya olduğundan bir çox səhvlər ilə qarşılaşacaqsınız. Lakin narahat olmayın, oyunun əsas versiyasında bu səhvlər aradan qaldırılacaq. Oyunun xallarına gəldikdə isə hazırda tam versiyası çıxmadığı üçün “Metascore”da yer verilməyib, lakin demonu istifadə edən oyunçular “Steam”də oyuna yüksək xallar verib. Daha ətraflı qeyd etsək, oyunu yoxlayanların 93%-i müsbət rəy yazıb.

DiRT Rally oyunu üçün çıxmış teaser.

2) Gran Turismo 7

Gran Turismo 6’a aid görüntü.

Bir çoxlarının uşaqlıq illərində “Playstation 1” konsolunda “Gran Turismo 1”i oynadığı günlər hamının yadına düşəcək. Bu əfsanəvi oyunun yeddinci seriyasının 2014-cü ildə çıxacağı açıqlanmışdı, amma sonra “Polyphony Digital” şirkətindən heç bir xəbər gəlmədi. İndi isə şirkət 2015 və ya 2016 tarixlərini oyunçulara təqdim etdi. “Playstation 4” üçün çıxacaq oyun haqqında hələki çox detallı məlumat yoxdur. Ümid edirik ki, 2015-də oyunun çıxışı elan olunar. Qeyd edim ki, “Gran Turismo 6”, Metascore’dan 81 xal almışdı.

3) Project Cars 2

Project Cars’ın birinci seriyasından görüntü.

Reallığa yaxınlığı ilə həmişə tanınan “Project Cars”, bu dəfə bizləri ikinci seriyası ilə sevindirəcək. “Slightly Mad Studios”un açıqlamasına görə, oyunda 50 fərqli yarış bölgələri, 8 fərqli yarış tipi və 200-dən çox avtomobil olacaq. Əlbəttə, studiyanın açıqlamasından sonra, fikrimcə, birinci seriyası kimi ikinci seriyasının da oyunçular tərəfindən seviləcəyinə əminəm. Birinci seriyasından Metascore’dan 83 xal alan oyun, ikinci seriyası ilə də bu xalı artıracaq kimi görsənir. Birinci seriyası bildiyimiz kimi, “PlayStation 4”, “Xbox One”, “Linux” və “Windows” platformalarını dəstəkləmişdi. “Slightly Mad Studios”un bir digər açıqlamasına görə isə ikinci seriyası “PC”, “PlayStation 4”, “Xbox One” ve “Steam OS” platformalarını dəstəkləyəcək. Studiyanın bir digər açıqlamasına görə, oyunda “CO-OP” sistemi də olacaq. Təəssüf ki, oyunun çıxış tarixi hələ bəlli deyil.

4) Forza Motorsport 6

Oyundan təqdim olunan rəsmi foto.

“Forza Motorsport” seriyaları həmişə oyunçuların sevilən oyunlar arasında olub. 2013-cü il, Noyabr 22-də çıxan beşinci seriyası ilə hamını özünə cəlb edən “Forza Motorsport” bu dəfə isə altıncı seriyası ilə yenidən gündəmdədir. “Forza Motorsport 6”nın bu ilin sentyabr ayında çıxması gözlənilir. Əvvəlki seriyaları kimi, bu dəfə də “Xbox One” oyun konsolu üçün eksluziv olacaq. Əlbəttə, oyundan yeni xəbərlər də var. Bu il keçirilən “Gamescom” tədbirində oyundan yeni videoçarx təqdim edildi. Onu da qeyd edim ki, oyunun beşinci seriyası Metascore’dan 79 xal almışdır.

Avqustun 4-də təqdim olunan videoçarx.

5) Need for Speed 2015

Yeni Need for Speed oyununun görüntüsü.

Əlbəttə, yarış oyunları arasında “Need for Speed” əsas oyunlardan biri hesab olunur. “Electronic Arts” köhnə, lakin olduqca populyar olan “Need For Speed: Underground 2” seriyası tərzində və sadəcə, “Need for Speed” adı ilə oyunu yayımlayacaq. Bu sevindirici haldır. Çünki, “Underground 2” NFS seriyaları arasında ən çox rəğbət qazanan seriya idi. Oyunun modifikasiya ağırlıqlı olacağı və oyunçulara əsl küçə yarışları hissini verəcəyi qeyd edilib. Artıq oyundan bir neçə foto və videogörüntülər paylaşılıb. “PC”, “PlayStation 4” və “Xbox One” platformaları üçün çıxacaq olan yeni “Need for Speed” seriyasının trailer videosunu izləyə bilərsiniz.

E3 tədbiri üçün yayımlanmış trailer videosu.