Kiçik Sahibkarlar Mikro Ödəmələrdəki faizlərdən əziyyət çəkir

Nicat Manafov
M. Azerbaijan
Published in
3 min readMay 3, 2016
SMS ödəmələri

Mikro ödəmələr növündə Azərbaycanda məntiqə sığmayan faizlər var. SMS metodu ilə ödəmələrin dövriyyəsindən alınan 60%-lik əməliyyat xərci ilə hansı kiçik sahibkar məhsullarını və ya xidmətlərini sata bilər ?

Bildiyiniz kimi nömrədən SMS göndərilərək məhsul və ya xidmət alınmasına SMS ödəmələri adı verilir. SMS ödəmələri Mikro Ödəmələr metodunun ən çox istifadə olunan xidmətidir. Məsələn internetdə bir məhsuldan xoşunuza gəlir və almaq istəyirsiniz. Kartınız yoxdursa satıcı imkan verir ki, sms göndərərək ödəməni mobil nömrənizin balansından ödəyəsiniz. Məhsul müqabilində pul nömrənizin balansından silinir və siz məhsulu almış olursunuz.

Üstünlüklər

SMS ödəməlirinin alıcı tərəfində üstünlükləri:

· Asan və sürətli ödəmə metodudur

· Heç bir bank hesabını, kredit və debit kartı məlumatlarını yazmır

· Heç bir istifadəçi adı və şifrəni yadlarında saxlamağa ehtiyac yoxdur (Paypalda olduğu kimi)

· Şəxsi məlumatlar və kart məlumatları paylaşılmadığı üçün daha təhlükəsizdir

SMS ödəməlirinin satıcı tərəfində üstünlükləri:

· Dünyanın hər nöqtəsindən olan alıcıdan ödəmə qəbul edə bilirlər

· SMS Marketinq imkanlarından istifadə edib, loyallıq yaratmaq imkanı var

· Müştərilərinin ödəmə məlumatlarının doğrulanmasına ehtiyac yaranmır

· Ödəmələri almağı Mobil Operatorlar həyata keçirir

· Qurulumu çox asan və pulsuzdur

Gəl ki, ölkəmizin həqiqətlərində heç bir satıcı məhsullarını satarkən bu tipli ödəmə qəbul etmək istəmir. Bunun əsas səbəbi Mobil Operatorların satıcının dövriyyəsindən aldığı minimum %60-lik əməliyyat xərcidir. Yəni satıcı məhsulu 10AZN ilə satışa qoysa və ödəməni SMS ilə qəbul etsə cəmi əlinə keçəcək miqdar 4AZN-dir. 6AZN-lik hissəsi gedir Mobil Operatorların cibinə. Qonşu Gürcüstan, Türkiyə, Rusiya bazarına baxanda Mikro Ödəmə şirkətlərinin aldığı faiz 5–15% arası dəyişir.

Mobil Operator

Araşdırmalarım nəticəsində məlum oldu ki, Mikro Ödəmə şirkətlərinə bu xidməti satan Azərbaycanın Mobil Operatorları (Azercell, Bakcell, Nar) xidmət xərci olaraq dövriyyənin %60-ni istəyir. Mikro Ödəmə şirkətidə məcbur olub 60%-in üstünə ortalama 0–5% əlavə edib sahibkara xidmət göstərir. Cəmdə gəlib çıxır 65%-lik bir xərcə. Başa düşə bilmirəm. Necə olur ki, mobil operatorlar təkcə ödəməni alıb vermək üçün, əziyyəti çəkib məhsulu hazırlayıb satan kiçik sahibkardan 10 qat daha çox qazanmağı düşünür. Axı Rusiya, Gürcüstan, Türkiyədəki mobil operatorlar necə aşağı faizlə işləyə bilirlər bizdə alınmır?

Ölkə Başçısının kiçik sahibkarlıq mühitinin inkişafına göstərdiyi qayğı və dövlət siyasətinə artıq özəl şirkətlərdə dəstək verməlidir. Xüsusən də sahibkarlardan aldığı əməliyyat xərcləri ilə ayaqda qalan bütün növ ödəmə şirkətləri.

Kiçik sahibkara dəstək

Mobil Operatorlardan xahiş edirik ki, kiçik sahibkarlığın və təşəbbüskarlığın inkişafına dəstək olmaq üçün Mikro Ödəmə metodlarından olan SMS ödəmələrinin əməliyyat faizini 60%-dən qonşu ölkələrdəki kimi 5–15% intervalına çəksinlər. Alanda razı olsun satanda.

“Birlikdə daha güclüyük”

Biznesin inkişafı üzrə mütəxəssis

Nicat Manafov

--

--