"Növbəti GTA-ı düzəldirik lakin investor tapmırıq" — Klassik "indie" oyun firması vəziyyəti

Rufat MAMMADLI
M. Azerbaijan

--

Azərbaycandakı kompüter oyunu studiyalarının ən böyük səhvi ilk dəfədən AAA keyfiyyətində oyun hazırlama həvəsinə düşmələri olur.

İşə başladıqdan sonra da yaranan maliyyə problemlərinə görə investor axtarışına düşürlər. Ancaq bu dəfə də əvvəlki təcrübə və ya uğurlu iş olmadığından investor-lara güvən yaradıb investisiya ala bilmirlər. Bununla da ya layihə batır ya da ümumiyyətlə studiya.

Mən də buna oxşar səhvi 2015-ci ildə “Tussle” adlı FPS növündə qorxu janrındakı PC oyun layihəmdə etmişdim. Azərbaycan, ABŞ, Polşa, Yunanistan və Türkiyədən ~13 nəfərlik komanda quraraq bu işə başladıq lakin sonu hüsran oldu.

Məsləhətim o olardı ki, mini oyunlar düzəldib (mobil və PC üçün), ondan aylıq ən az 10–20k USD qazanc əldə edib, sonra daha böyük layihələrə başlasınlar. Ya da crowdfunding-ə üz tutulsun. Ölkəmizdən xarici crowdfunding-də hesab açmaq olmursa xaricdə LLC açaraq bu problemi aradan qaldırmaq olar.

Əldə olan pul ilə böyük həcmli oyun işinə girmək 70–80% uğursuzluqla bitə bilər. İbrətamiz nümunə: The Day Before.

Oyun sənayesi kino sənayesindən daha çətindir.

O vaxtkı oyunumuzdan olan treyler:

Maraqlı ola bilər:

--

--