Niyə GoMap.az-ı "open-source" etdim və SİNAM Ltd.-yə qərəzliyəm?

Rufat MAMMADLI
M. Azerbaijan
Published in
2 min readOct 31, 2020

Son Qarabağ müharibəsi ərəfəsində, müharibəni canlı xəritədə göstərmək üçün hazırladığım https://haranialdiq.com veb saytımda digər xəritə həllərindən fərqli olaraq siyasi doğruluğuna görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi nəzdində, sifarişlə SİNAM Ltd. şirkətinin öhdəliyinə verilmiş GoMap.az xəritə platformasından istifadə edirdim. Digər xəritə provayderləri siyasi doğruluğun olmaması və Dağlıq Qarabağ ərazisindəki bölgələrin adlarını ermənicə qeyd etməsi mənfi cəhət daşıyırdı.

Ancaq təəsüf ki, GoMap.az provayderi günlük 20k istifadəçisi olan https://haranialdiq.com saytına və öz ziyarətçilərinə tab gətirməyərək çökməyə davam etdi. Bu barədə GoMap.az üçün SİNAM Ltd. şirkətinə bildirilən iradlar cavabsız qaldı. Azad edilmiş bölgələr Prezidentin Twitter hesabından elan edildiyi dəqiqələrdə GoMap.az çökməyə başlayırdı. Bu da mənim saytımın işlək olmamasına gətirib çıxarırdı.

Onu qeyd etmək istərdim ki, layihənin kommersiyal məqsəd güdmədiyini qeyd edərək ilk səfərdə GoMap.az-dan API üçün istifadədən icazə istədikdə SİNAM Ltd. şirkətinin nümayəndəsi Xəqani bəy tez vaxt da məni lazımi məlumatlarla təmin etdi. Ancaq təəsüf ki, daha sonra platformanın çökmə məsələsində danışıqlarımız baş tuta bilmədi, cavabsız qaldı.

GitHub keçidi: https://github.com/rufat/gomap-tiles/

"Haranı Aldıq?" haqqında nə deyə bilərsən? Bunu ayrıca fərqli məqaləmdə yazacam. 🙌

Ancaq saytıma keçid edə bilərsiniz: https://haranialdiq.com

Sayt loqosu.

--

--