Utopik və futuristik blokçeyn ölkə.

Rufat MAMMADLI
M. Azerbaijan
Published in
2 min readApr 25, 2021

Son illərdir, hər şeyin blokçeyn əsasında manipulasiyaya davamlı, “ultra” şəffaf e-dövlət sistemi ilə çalışdığı (səsvermə, ödəniş, hesabat və s) utopik bir ölkə xəyalımdadır.

Yüksək vəzifə anlayışı yoxdur.

Bütün qərarları (hər bir kiçik və böyük mövzular) bir başa ölkə vətəndaşı telefonu ilə verir (“crowd-based voting”). Səsvermə əhatə dairəsi, qərarın ciddiyəti və vətəndaş seqmentinə görə dəyişə bilər.

Mühüm qərarları xalq verdiyindən, hər 50 ildə etdikləri səhvlərdən xalq daha da maariflənir və təcrübə qazanır. Sükan bir başa xalqda olur.

Vergiləndirmə yoxdur.

Vətəndaşlar dövlətə, dövlət xidmətlərindən yararlanmaq üçün aylıq abonent ola bilər (məs. aylıq 100 AZN) və ya hər xidmətə görə ayrı-ayrılıqda ödəniş edə bilər.

Dövlət, ölkə daxili korporativ reklamlar (dövlət miqyasında Google Adsense) və təbii sərvətlərdən (varsa) qazanc əldə edir.

Ali məhkəmə mobil tətbiq həcmində.

Məhkəmə gedişatı, qərarlar və s. onlayn keçirilir, tərəflərin səhv-doğru olması qərarı, ölkə daxili qərarlarda ən yaxşı qərar verən vətəndaşlar tərəfindən aparılır (ən yaxşılar, verilən qərar sonrası əlaqəli səbəbdən pis/yaxşı nəticələrə görə vətəndaşın xalının azaldılıb/çoxaldılması ilə avtonom seçilir).

Avtonom ictimai nəqliyyat.

Şəxsi minik vasitələrinə ehtiyac qalmır. Hava, su və quru nəqliyyat vasitələri avtonom formada ağıllı şəhərciklərdə xidmət göstərir. Qəza halları 99% azaldılmış olur.

Ordu.

Ölkə ordusu, tamamilə robotlardan ("humanoid", "drone", dörd çarxlı və s.) təşkil olunur. İnsanlar sadəcə uzaqdan ("remote") idarə edir.

Polis.

Hələlik süni zəkanın tam intellektuallaşmadığını nəzərə alsaq, qərar vermə üçün insan gücünə ehtiyac qalır. İnsan polislər, 7/24 canlı kameralar və “exoskeleton” ilə öz vəzifələrini yerinə yetirirlər. Güclü bir səhv buraxdıqların da və ya vətəndaşın bəyənmədiyi nəticə baş verdiyində, vətəndaşlar, səsvermə mobil tətbiqi ilə, həmin polisi və ya polisləri "simsiz təyin etmə" ilə təyin edib "exoskeleton"larını qapada bilərlər.

--

--