Yerli IT şirkət və ya departamentlərinin yaşadığı sancılar

Rufat MAMMADLI
M. Azerbaijan
2 min readMay 2, 2021

--

Salamlar! Bir müddətdir bu mövzuda bloq yazmaq fikrində idim. Ümid edirəm kimlərinsə xətirinə dəyməyən, maraqlı oxu olar.

Mövzu yerli şirkətlərin IT tərəfində qarın ağrıları və ekosistemin vəziyyətidir.

Son iş təcrübələrimə əsasən deyə bilərəm ki, yerli şirkətlərin IT qisminin bu qədər sancılar keçirməsinin ən əsas səbəbi, resursların doğru istiqamətə, doğru zamanda xərclənməməsindən qaynaqlanır.

Gözə görsənməyəm, məsum "R&D" mərhələsi

Yerli şirkətlər təcrübələrində ilk dəfə bir spesifik məhsulun ərsəyə gətirilməsinə başladıqda “deadline”-ı rahatlıqla 1 və ya 2 il verə bilirlər.

"Əşşi… 1–2 ilə bitirərik. Nə var ki…"

Lakin burada bir açar söz var, “təcrübələrində ilk dəfə”. Təəsüf ki bu tip şirkətlər bilmirlər ki əslində “development”in ilk illəri sırf “research & development”ə gedəcək. Ortaya çıxan iş isə sırf “spaghetti” kodlara sahib (əgər "guideline"-sızdırsa) MVP-dən başqa bir şey olmayacaq.

Sonu həmişə hüsran ilə bitən "MVP ilə "production"a keçmə" prosesin təkrarlanmasını görmək üzücüdür.

Ən başdan planlamanı doğru etməyən iş idarəçisinin, bilməyərək "bottleneck" yaratması sizi təəcübləndirməsin.

Bir digəri hüsran yaradan səbəb isə "vacib və çətin mərhələlərin ötürülüb, asan olanı ilə vaxt itirilməsi və yaratdığı fəsatlar" deyə bilərik..

Bütün bunların ən əsas səbəbi, işi idarə edənin fərasətsizliyi və təcrübəsizliyidir.

"Namizəddən 'kölə' olmaq tələb olunur."

Hamı hər şeyin ən yaxşısını istəyir. Bunu başa düşürəm. Ancaq pareleldə hər şeyin də ən yaxşısını verməyə hazır olmalısınız.

"Nə vaxt ki işçinə “equity stake %” verərsən, o zaman qarşılıqsız “over-time dedication” gözləyərsən." — Rüfət M.

Tək yerli yox həm də qlobal şirkətlərin çoxusunun arzusu robot kimi çalışan və şəxsi həyatı olmayan işçi tapmaq, onu işə qəbul etməkdir.

Daha süni intellektin o qədər də təkmil olmadığı vaxtlarda, insan resurslarına möhtac olan şirkətlərin, bu cür utopik işçi dəyərlərini axtarmağı aşağılayıcıdır.

Klassik bir biznesmen həmişə işinin davamiyyətini, problemsiz qazancını və qarşılıqsız çox iş görən işçilərinin ("9–6 köləsi") olmasını önəmsəyir.

İşçinə şirkətdə bir payı olduğunu göstər və sonra oturub onun nələr edə biləcəyini izlə.

Slack və ya Twitch kimi bir çox xarici "startup"lar ilk başda öz işçilərinə hissə verib daha sonra dəyərləndikdə işçilərinin üzünü gülümsədir.

Bu adət artıq sonradan qoşulan işçilərə də aid olmağa başladı. Bu, müsbət hal olaraq inanılmaz performans göstəricilərinin biruzə verməsinə səbəb olur.

"Boş vaxtlarında sosiyal medyada gəzməyən, siyasi nəsə paylaşmayan namizəd axtarırıq." — kimi debil kriteriyalar axtaran şirkət rəhbərlərinin bunu başa düşməsini gözləmək əlbəttə çətin olar. Ancaq ümid hələ də var.

Başlanğıcda qoyulan bərbad kod təməli ilə sonradan işə götürülənlərlə də bu ənənənin davam etməsi problemi.

Bir digər problem isə şirkətin işlərini “client-driven” və ya “business-driven” görməsidir. Halbu ki mənzərə “(product & architect)-driven development” olmalıdır. [1]

Bütün arxitektura planlaması əvvəldən, məhsul üzərində qurulmalıdır, müştəri və ya biznes yox ki gözlənti və nəticə hüsran edici olmasın.

Məndən bu qədər. Ağlımdakı fikirləri bir bloq yazısında cəmləşdirmək istədim. Ümid edirəm ki faydalı oldu. Oxuyaraq vaxtınızı ayırdığınıza görə minnətdaram.

--

--