CSS | Border

Nail Mammadov
Human Computer Interaction LAB
4 min readJan 17, 2021

CSS-də border parametri bir teqin ətraf sərhədlərinə vizual görüntü vermək üçün istifadə edilir. Border parametrinin köməyi ilə teqin sərhədlərini rəngli, əyimli, qırıq-qırıq, qalın və ya nazik xəttlə təsvir edə bilərik. Border veb səhifəyə hər hansısa bir sütunun digər sütunlardan fərqlənməsi üçün də istifadə edilə bilər.

CSS-də hər bir parametr müxtəlif dəyərlər aldığı kimi “border” parametri də müxtəlif cür dəyərlər alır. Bu dəyərlər iki növdə border parametrinə verilə bilər.

- Ardıcıl

- Ayrı-ayrılıqda

<div> teqinə verilmiş “borderClass” klası vasitəsi ilə teqə border parametrini verək.

ayrı-ayrılıqda verilən dəyərlərə nümunə olaraq:

border-width — teqin sərhədinin qalınlığını bildirir.

border-style — teqin sərhədinin stilini bildirir.

border-color — teqin sərhədinin rəngini bildirir.

Ard-arda verilən dəyərlərə misal olaraq, nümunə.

Göründüyü kimi üç sətirdə yazılan kodu bir sətirdə asanlıqla yazmaq mümkündür. Bu səbəbdən dəyərlərin parametrlərə ard-arda verilməsi kodun sadəliyi baxımından daha yaxşıdır.

Yuxarıdakı hər iki nümunənin nəticəsi eyni olacaq. Nəticə:

Aşağıda border-in stillərinə nümunələr verilib.

Yuxarıdakı nümunədə “border: 3px solid red;” ilə teqin sərhədinə stil vermişdik. Burada biz solid yerinə dashed yəni “border: 3px dashed red;” stilini yazmış olsaydıq onda nəticə aşağıdakı kimi olardı.

Teqin kənar sərhədlərindən birini silmək üçün “none” dəyərindən istifadə edə bilərik. Məsələn sağ tərəfdən sərhədi silək. Nümunə:

Kodun vizual nəticəsi:

Eynilə bu üsulla rəngini, stilini və ölçüsünü də dəyişə bilərik.

· border-right-color: blue; — sağ tərəfin rəngini maviyə dəyişir,

· border-left-style: dotted; — sol tərəfin stilini dəyişir,

· border-bottom-width; — alt tərəfin ölçüsünü dəyişir.

Border-radius parametri ilə sərhədlərin künclərini müxtəlif ölçüdə yuvarlaqlaşdıra bilərik. Burada ölçünü həm px ilə, həm də faiz ilə vermək olar.

Məsələn aşağıdakı nümunəyə baxaq:

Burada teqin kənar sərhədlərini 20px ölçüsündə yuvarlaqlaşdırdıq. Vizual nəticə aşağıdakı kimi olacaq:

Əgər biz tam bir dairə almaq istəsək onda teqin ölçülərinin 4 tərəfini eyni ölçüyə salırıq, məsələn 200px. Border-radius isə 50% verdikdə tam bir dairə almış olarıq.

Yuxarıdakı kodun vizual nəticəsi aşağıdakı kimi olacaq.

Əgər biz kvadartın yalnız iki tərəfini, məsələn sağ yuxarı və sol aşağı künclərini yuvarlaqlaşdırmaq istəsək o zaman kodumuzu bu cür yazmalı olardıq.

Birinci ölçü yəni 0 yuxarı və aşağını, ikinci yəni 50% sol və sağı bildirir.

Kodun vizual nəticəsi:

Biz bu yolla teqin hər küncünü müxtəlif ölçüdə yuvarlaqlaşdıra bilərik.

Ölçülər sıra ilə yuxarı, sağ, aşağı, sol formasında verilir.

Kodun vizual nəticəsi:

Alim Babazadə

BUTA.İO komandasının yazarı : Alim Babazadə

--

--