HTML | iFrame

Nail Mammadov
Human Computer Interaction LAB
3 min readJan 10, 2021

Məzmun

  1. iFrame nədir?
  2. Src atributu
  3. Name atributu
  4. Standbox atributu
  5. Allow atributu
  6. Height atributu
  7. Scrolling atrubutu
  8. FrameBorder atributu
  9. Align atributu
  10. MarginHeight atributu
  11. MarginWidth atributu
  12. Faydalı mənbələr

Bu etiket ilə veb səhifə daxilində digər veb səhifələri yerləşdirmək mümkündür. Təkcə veb səhifə deyil, digər media sənədləridə göstərmək olur. İframe (İnline Frame) daxili çərçivə mənasına gəlir. Yəni bir veb səhifənin hər hansısa səhifə daxilində çərçivə şəklində təqdim olunmasını mümkün edir. Çox zaman internetdə hansısa xəbər saytlarında youtube videolarının görüntülənməsidə bu etiketin işlənməsinə nümunə ola bilər. Bəzi veb səhifələrin digər veb səhifələrdə götüntülənməsi qadağan olduğunda biz bu etkektlə isdədiyimiz veb səhifələri görütüləyə bilmirik. Lakin öz mənbəsi tərəfindən icazə verildikdə biz bu etiket ilə həmin səhifələri öz qurduğumuz səhifələrdə görüntüləyə bilərik. Hər bir HTML etiketinin atributları olduğu kimi “iframe” etiketinində atributları vardır.

Bir sıra “iframe” etiketi ilə işlənən atributlar:

Src atributu.

Bu atributun vasitəsilə görüntülənməsi istənilən səhifəni təyin edirik. Bunun dəyəri istənilən URL ola bilər. Aşağıda local URL ilə misal göstərilmişdir.

Nümunə
Nəticə

Burada show.html səhifəsi index.html səhifəsinin daxiləndə çərçivə şəklində göstərilir.

Name atributu

Dəyərini özümüz təyin edirik. Bunun vasitəsilə həmin çərçivəyə ad veririlir və beləcə digər çərçivələrdən fərqləndirik. Bu atributun əsas istifadəsi web səhifənin dinamikliyini təmin edən JavaScript və back-end kodları ilə front-end kodları arasında əlaqə yaradarkən çərçivəni müəyyən etməyə imkan verir.

Standbox atributu

Bunun əsas məqsədi məhdudiyyət tətbiq etməkdir. Belə ki bəzən çərçivə daxili göstərilən veb saytın bəzi funksiyalarının qarşısını almaq lazım gəlir. Bu isə həmin veb səhifənin çərçivə daxili istifadəsini müəyyən qədər məhdudlaşdırır. Bu atributa dəyər vermədəndə istifadə etmək olur. Bu zaman isə yüklənməsi ilə veb saytda bunlar qadağan olunur.

-Təsdiqetmə funksiyasına malik düymələr işləmir

-JavaScript kodlarının icrasının qarşını alır.

-<embed>, <object>, <applet> etiketlərinin istifadəsinin qarşısını alır

-medianın avtomatik oynadılmasının qarşısını alır.

-linklərin yeni pəncərədə(tab) açılmasının qarşısını alır

-bir sıra məzmun kontekslərinin bloklayır və beləcə yüklənəsi web səhifə öz mənşəyindən fərqlənir.

-Popups deaktiv olur

-Pointer Lock Api deaktiv olur.

-ən əsas web səhihənin funksianllığını qarşını alır.

“sandbox” atributunun bəzi dəyərləri

“allow-scripts” -JavaScript kodlarını aktiv edir.

“allow-same-origin” -yüklənəsi web səhifə eyni mənşəli qəbul edilir.

“allow-forms” –təsdiq etmə düymələrinin funksiallarını aktiv saxlayır.

“allow-pointer-lock” –Pointer Lock Api aktiv olur.

“allow-popups” -Popups aktiv olur.

Allow atributu

Çərçivə daxili yüklənəsi veb səhifənin APİ tərəfindən camera mikrafona əlçatanlılığını müəyyənləşdirir. Həmçinin geolokasiya məlumatlarını əldə etmə, ödəniş sorğularını və s. bu tip funksiyaları tənzimləyir. Hər bir funksiyaya uygun ayrı ayrılıqda dəyərləri vardır.

Height atributu

Bununla çərçivənin hündürlüyü təyin olunur. Dəyərini px, rem, em və s. ilə verilə bilər

Width atributu

Çərçivənin enini təyin edir. Dəyəri px, %, rem və s. verilə bilər.

Scrolling atributu

Çərçivə daxili web səhifəni aşağı, yuxari, sağa, sola hərəkət etdikməkdən ötrü zolaqları göstərir. HTML5 dəstəkləmir.

Frameborder atributu

Dəyəri 0 və 1 olur. Çərçivənin sərhədlərinin görünüb-görünməməsini təyin edir. HTML5 dəstəkləmir.

Align atributu

Dəyəri “right”, “left”, “center”, “justify” və s. ola bilər. Çərçivənin cari veb səhifədəki yerini təyin edir. HTML5 dəstəkləmir.

Marginheight atributu

Bunun vasitəsilə çərçivənin yuxarı və aşağı sərhədlərindən digər HTML elementləri arasında boşluq yaradır. Dəyəri piksellə verilir. HTML5 dəstəkləmir.

Marginwidth atributu

Bunun vasitəsilə çərçivənin sol və sağ sərhədlərindən digər HTML elementləri arasında boşluq yaradır. Dəyəri piksellə verilir. HTML5 dəstəkləmir.

HTML5-in çıxışı ilə bəzi atributların işlənilməsinin önəmi qalmadı və bu atributların yerninə CSS kodları istifadə olunmağa başlanıldı.

Ələsgər Ələsgərov

BUTA.İO komandasının yazarı :

Ələsgər Ələsgərov

--

--