HTML Link teqi

Narmin Aliyeva
Human Computer Interaction LAB
5 min readJan 8, 2021

Salam, Dostlar, bu dəfəki məqalə mövzumuz HTML-də link teqi haqqında olacaq. Gəlin əvvəlcə məzmun ilə tanış olaq.

Məzmun

  1. Hyperlink nədir?
  2. Href atributu necə işləyir?
  3. Hyperlink yaratmağın yolları
  4. Və kodda bu yolların tətbiqi

Bildiyimiz kimi, Veb səhifə müxtəlif bölmələrin(sections) və daxilində mövcud olan informasiyalar toplusundan ibarətdir. Yaxud müəyyən bir veb səhifə ilə əlaqəli olan məlumat, informasiya başqa bir veb sayt daxilindəki səhifədə yerləşdirilə də bilər. Nəticə etibarı ilə, səhifələrin və bölmələrin bir-biri ilə əlaqlənməsi HTML-in href atributundan istifadə ilə icra edillir.

İlk öncə gəlin Hyperlink(hiperlink) terminini nəzərdən keçirək. Daha sonra hyperlink yaratmağın müxtəlif yollarını, href atributunun necə işlədiyini, səhifələri və bölmələri href atributundan istifadə edərək bir-biri ilə necə əlaqəndirə biləcəyimiz haqqında danışaq.

HTML-də link yaratmağın müxtəlif növləri var.

Məsələn, səhifədə yerləşdirilən şəkili biz HTML-də scr atributundan istifadə edərək həmin şəkilin mənbəyini göstərə bilirik.

Digər tərəfdən yaratdığımız css faylını html faylı ilə də əlaqələndirmək üçün link teqinin atributu (<link/>) olan href-dən istifadə edirik.

Həmçinin, anchor teqi (<a></a>) də vardır ki href atributundan istifadə edərək istinad olunmuş səhifə yaxud bölməni əlaqələndirə bilirik. Anchor teqini, həmçinin, hyperlink də adlandırmaq olar.

href atributu

Href atributu bashqa bir atributa istinad etmək üçün istifadə olunan bir atributdur. Href atributu link ve anchor teqində istifadə oluna bilər. Ankor teqində istifadə olunan href atributu veb saytda hyperlink yaratmaq üçün istifadə olunur. Atributun dəyəri URL-dən ibarətdir, URL dəyəri göstərdiyimiz, yönlədirdiyimiz mənbəyə(source) görə fərqli ola bilər.

Hyperlink-lər ,əsasən, başqa bir sənədə aparan elementlərdir, belə ki, istifadəçi həmin elementə tıkladıqda artıq başqa bir səhifəyə yönəldilir.

Yuxarıda qeyd etdiyimiz kimi, Hyperlink yaratmaq, səhifələri yaxud bir veb saytdakı bölməlləri birləşdirmək üçün istifadə oluna bilər.
Bunun əsasında biz Hyperlik yaratmağın üç yolu haqqında danışa bilərik:

  1. Səhifənin bölmələrinin əlaqənməsi
    Bu method nə üçün istifadə olunur? Gəlin, zənn edək ki bizim veb səhifəmiz bir neçə bölmədən (section) ibarətdir və səhifədəki müəyyən başlıqların üzərinə tıkladıqda brauzer özü bizi birbaşa o bölməyə aparır.
  2. Veb saytdakı başqa bir səhifəyə keçid
    Ola bilsin ki veb saytımız bir neçə səhifədən ibarət ola bilər, məsələn, ana səhifə, xidmətlər səhifəsi yaxud haqqımızda səhifəsi və biz burda link teqindən istifadə edərək bir səhifədən digərinə keçidi reallaşdıra bilərik.
  3. Başqa bir veb sayta keçid
    Bəzən ola bilər ki müəyyən məlumatlar bizim veb saytımızda olmasın, başqa veb saytlarda olsun. Belə halda biz başqa veb saytlara keçid etməli oluruq. Bu keçidi etmək üçün isə biz yenə də link teqinə müraciət edə bilərik.

Beləliklə, bunlar bizim link teqindən istifadə edə biləcəyimiz üç əsas məqamlardır. İndi isə gəlin baxaq sadalağımız bu üç yolu necə kodda tətbiq edə bilərik?

  1. Href-dən istifadə edərək səhifədəki bölmələrin(sections) əlaqələndirilməsi
    Bu məqsəd üçün istifadə etdiyimiz zaman, biz section teqi (yəni, səhifəmizin bölməsi) harda başlayırsa ona id elementini veririk, yəni belə bir kod hissəciyi yaza bilərik:

Burda biz `İkinci bolmeye get` ifadəsinə tıkladığımız zaman browser birbaşa bizi ikinci bölmənin olduğu səhifənin hissəsinə - aşağıya doğru sürüşdürür.

2. Href-dən istifadə edərək veb saytdakı səhifələrin əlaqələndirilməsi
Href-dən bu məqsəd üçün istifadə etmək üçün bizim iki şey haqqında bilməyimiz gərəkdir, hansı ki bunlar Relative URL və Absolute URL -dir.
Və demək olar ki ən çox Relative URL -dən istifadə olunur.

Məsələn, gəlin belə bir vəziyyət düşünək. Mən veb saytımın ana səhifəsindəyəm və haqqımızda səhifəsinə getmək istəyirəm. Əgər Absolute URL — dən istifadə etsəm, bu zaman biz URL-i yəni haqqımızda səhifəsinin bütöv yolunu(path) göstərməliyik, yəni:

Lakin mən Relative URL — dən istifadə edəsi olsam, bu zaman mən olduğum yeri nəzərə almalıyam. Yəni, əgər mən veb saytımızın ana səhifəsindəyəm və haqqımızda səhifəsinə getmək istəyirəmsə, bu zaman belə yaza bilərik:

Belə yazdığımız zaman biz ana səhifədən (mywebsite.com), yuxarıdakı koda əsasən mywebsite.com/about səhifəsinə keçid edəcəyik.

Yaxşı, bağlantıdan əvvəlki `/` bu çizgi yəqin ki sizə də maraqlı gəldi ki nə üçün biz bu çizgidən istifadə edirik?
`/` bu çizgi brauzer-ə deyir ki biz saytın qaynağına - domen hissəsinə(mywebsite.com) link əlavə etmək istəyirik, yəni bu şəkildə: mywebsite.com/about

Yaxşı, biz `/` çizgisini əlavə etmədik, o zaman nə baş verəcək?
Deyək ki mən hazırda mywebsite.com/projects/generator səhifəsindəyəm və mənim iki dənə aşağıdakı kimi linklərim var:

Birinci vəziyyətdə (`Haqqımızda 1`) brauzer bizi mywebsite.com/projects/about -a (generator-u about ilə əvəz edir), ikinci vəziyyətdə vəziyyətdə (`Haqqımızda 2`) mywebsite.com/about -a aparacaq.

3. Href-dən istifadə edərək veb saytdakı veb saytdakı səhifəyə keçid etmək

Deməli burada yuxarıda danışdığımız Relative URLAbsolute URL- i nəzərə alsaq görə bilərik ki fərqli bir veb sayt olduğu üçün biz Relative URL-dən istifadə edə bilmərik. Buna görə də istinad etdiyimiz səhifənin mənbəyini tam olaraq verməliyik, yəni Absolute URL-dən istifadə etməliyik.

Misal üçün biz mywebsite.com — dayıq və google.com -a getmək istəyirik, bu zaman aşağıdakı kod hissəciyi bizi məqsədimizə çatdıracaqdır:

Digər bir məqam isə əgər biz yalnızca google.com yazsa idik bu zaman brauzer bizi yanlış anlayacaqdı, yəni brauzer google.com -u veb saytımızdakı səhifə kimi qəbul edib, mywebsite.com-un sonuna əlavə edəcəkdi.

Beləliklə, bu məqalədə biz href atributundan istifadə edərək müxtəlif linklər yaratmağın yollarını öyrəndik.

Sizə Xoş mütaliələr arzulayıram, gələn dəfəki məqalələrdə görüşənədək.

--

--