Javascript | Giriş

Nail Mammadov
Human Computer Interaction LAB
2 min readJan 21, 2021

Məzmun

  1. Javascript
  2. Javascriptin üstünlükləri nədir?
  3. Javascript kitabxanaları
  4. Javascript frameworkləri
  5. Faydalı mənbələr

Javascript dünyada ən məşhur proqramlaşdırma dillərindən biridir. 1995-ci ildə yaradılmışdır və bu günə kimi, uzun inkişaf yolu keçmişdir. Javascriptin əsas məqsədi, saytı daha interaktiv etməkdir. Javascript ilə saytımızda bu funksiyaları edə bilərik:

Animasiyalar, kliklənəbilən buttonlar,popup menular və s.

Javascriptin üstünlükləri nədir?

- Digər proqramlaşdırma dillərinə nisbətən öyrənməsi daha rahatdır.

- Xətaları tapmaq və həll etmək daha asandır.

- Web səhifələri daha interaktiv edər və izləyicilərin sayta marağını artırar.Və s.

JS kodları ilə çalışmağa necə başlaya bilərik?

HTML kodları yazılan səhifədə, script teqlərini əlavə edib başlaya bilərik.

<script type=”text/javascript”>

Your Javascript Codes

</script>

Javascriptin kitabxanaları və framework-ləri vardır. Bunların məqsədi javascripti daha da, təkmilləşdirmək və interaktiv saytlar yaratmaqdır.

Javascript-in kitabxanaları:

-React

-jQuery və s

Javascriptin framework-ləri:

-Angular

-Veu.js

-Mocha

-Aurelia və s.

Google-da axtarış etməklə JS-nın digər kitabxanalarını və frameworklərini tapa bilərsiniz.

Javascriptin digər növü ECMAscript adlanır. Qısaca ES-də deyilir. Fərqli VEB brauzerlərdə Veb səhifələrin qarşılıqlı fəaliyyətini təmin etmək üçün nəzərdə tutulmuş bir Javascript standartıdır.

Toğrul Mirzayev

BUTA.İO komandasının yazarı : Toğrul Mirzayev

--

--