Mobile Development | React native

Nail Mammadov
Human Computer Interaction LAB
3 min readJan 15, 2021
React Native

Məzmun

  1. React Native (RN) nədir?
  2. Native
  3. Cross Platform
  4. Component
  5. Məhsuldarlıq
  6. LiveRecompiling
  7. Community
  8. React native necə öyrənilməlidir
  9. Learning React Native
  10. Faydalı mənbələr

Bilməli olduğunuz hər şey!

React native nədir?

React native Facebook-un inkişafını daha yaxşı hala gətirmək üçün yaradılmış mobile framework-dur.

Swift və ya Java ilə hazırlanmış tətbiqlərin eynisini yaratmağa imkan verən texnologiyadır.

React native in ən böyük üstünlüyü eyni kodla həm İOS həm də, Android üçün (Cross platform)tədbiqlər yararmaq mümkündür.

Native- əslində iki platforma üçün kod paylaşsada nəticəsində yaranan tətbiq native hissiyyatını yaşadır . Yəni bir tətbiqə yönəlirsiniz amma nəticədə iki müxtəlif platfotmaya uyğun məhsul əldə edirsiniz.

Cross platform- ilk başda facebook bu texnologiyanı İOS üçün hazırlamışdır. Lakin yavaş yavaş artan marağı nəzərə alaraq işi bir addımda irəli aparıb Android üçündə dəstək verməyə başladılar. Platformalar arası eyni database-in istifadəsi zaman baxımından həyati önəm daşıyırdı. Və react native (RN) i xüsusi edəndə bu idi.

Component- elementlərin istifadəsi çox asan hala gətirildi. Təməlində HTML Css -i birləşdirdiyi üçün çox kod yazmağınıza ehtiyac qalmır. Eyni qayda stillər üçündə kecərlidi. Bu elementlərin formalaşdırılmasını azalda bilər amma əmin olun debugging müddətini azaldacaq.

Məhsuldarlıq- Development müddəti sürətli və asan baş verir. İki fərqli platformada işləməyə məcbur qalmadan sadəcə react native ə fokuslanıb həm vaxta qənaət edib həm də mükəmməl nəticələr ortaya qoya bilərsiniz.

LiveRecompiling- kodunuzda hər hansı dəyişiklik etdikdəbu xüsusiyyət tədbiqinizi aftomatik yeniden yükləyib nəticəni görməyinizə şərait yaradır. Artiq hər kod dəyişikliyində sənədləriniz yenidən build etməyinizə ehtiyac yoxdur.

Community- Facebook kimi böyük bir texnologiya nəhəngi tərəfindən dəstəklənməyi yaxşı xəbərdir. Hansı ki, React native-i daha da güclü edən arxasındakı cəmiyyətdir

Aha yaxşı təsir bağışladı?

Əslində proses necə baş verir?

React.js lə cox bənzərdir ən böyük fərqi react native in core javascript üzərində işləyib nəticəni native componentlərə çevirməsidir.

Qısa təsvir: React ın Uİ i dəyişdirə bilməsi ücün istifadə etdiyi Virtual DOM xüsusiyyəti. RN də həmçinin prosses eynidi sadəcə DOM yerinə Objective-C (İOS) və ya Java (Android) render olunur . React native i sadəcə react ı native mobile componentlərə çevirən bir çevirici kimi düşünün. Nəzəriyyədə bir çevirici varsa react bunu hər platforma üçün edə bilər.

Bu ela xəbərdir ele deyil?

Amma biz onu necə öyrənməyə necə başlamalıyiq?

React native necə öyrənilməlidir

Hər şeydən əvvəl bir mobile tətbiqin necə düzgün şəkildə tərtib olunmalı olduğunu bilmək lazımdır. Tətbiqlərin konsepsiyası və componentlərə bələd olmalıyıq. Ardından rəsmi mənbələrə baxın və hər bir componentin nə işə yaradığını anlamağa çalışın.

React native-i ətraflı öyrənmək üçün

Learning React Native: Building Native Mobile Apps with JavaScript kimi kitablar oxuya bilərsiniz

Və əgər oxusanız RN-i onu istifadə edənlərdən daha yaxşı bilərsiniz.

əsas anlayışları öyrəndikdən sonra onlarla oynayın isdədiyiniz qədər oxuya bilərsiniz amma praktika olmadan bir faydası olmayacaq

UĞURLAR.

Rahib Rzayev

BUTA.İO komandasının yazarı : Rahib Rzayev

--

--