Etibar Huseynli
Data dünyanı dəyişir
4 min readNov 30, 2019

--

Data əsaslı siyasi seçki kampaniyası zamanı məqsəd yalnız qərarsız seçicilərin düşüncələrinə təsir etməkdir. Yəni səs verəcəyindən və ya heç vaxt səs verməyəcəyindən əmin olduğunuz insanlara vaxt itirməyin mənası nədir axı?!

Bu texnika 2012-ci ildəki seçki kampaniyasına 100-dən artıq data analitik cəlb etmiş Obama tərəfindən icra olunmağa başlamışdır. Həmin analitiklər gündəlik 66 mindən çox kompyuter simuylasiyası icra edirdilər.

Obamanın analitikləri əvvəlcə seçki qeydiyyatı və ianə kampaniyalarından əldə olunan dataları və satılan 3-cü partiya dataları(bura sosyal şəbəkələrdən çıxarılmış datalar daxildir) bir yerə yığdılar.

Daha sonra Obamanın tərəfdarlarının profili ilə digər seçicilərin məlumatlarını qarşılaşdırmaqla kimlərin Obamaya səs verəcəyi müəyyən edildi.

Komanda daha sonra data əsasında təbliğat kampaniyalarını həyata keçirməyə başladı. Məqsəd seçmək istədiyi namizədə səs vermə ehtimalı aşağı olanların yəni fikirlərini dəyişmək mümkün olan seçicilərin qərarlarına təsir etmək idi.

Kampaniya mesajları e-mail, soyal şəbəkə postları və web sayt reklamları vasitəsi ilə yalnız qərarını dəyişmək mümkün ola biləcək şəxslərə göndərilirdi.

İllər keçdikcə bütün seçki partiyaları və namizədlərin əksəriyyəti böyük həvəslə öz analitika strategiyasını qurmağa başladı.

Big Data həmçinin Marsda həyatın olması ilə bağlı suala cavab tapmaqda da kömək edir.

NASA-nın Marsa uçuşlar həyata keçirən Rover Kosmos laboratoriyası “Elastik axtarış” texnologiyasından istifadə edir. (Eyni texnologiya Netflix tərəfindən də icra edilir) Bu texnologiya vasitəsi ilə Rover tərəfindən gündəlik yüklənən müşahidələr emal edilir. Uçuşlar bir gün əvvəlki dataya əsasən planlaşdırılır. Analitika uçuşlara nəzarət məqsədi ilə veriləcək qərarları həddən artıq sürətləndirir.

Datadakı qanunauyğunluq və anomaliyaların əvvəlcədən müəyyən olunması çox sürətlə icra edilir və korrelyasiyalar uçuş üçün çox vacib nəticələr təmin edilir. Beləliklə uçuş zamanı xətaların qarşısının alınmasına və elmi kəşflərin daha sürətlə reallaşmasına nail olunur.

Hətta səhiyyə belə Big Datanın təsirlərindən kənar qala bilməyib. Uzun illərdir, əksər tibbi tədqiqatların və kəşflərin əsasını data toplanması və təhlili təşkil edir: Kim xəstələnir? , Necə və niyə xəstələnir?

Lakin indi ağıllı telefonlardakı sensorlar və tətbiqlər vasitəsi ilə toplanan datalar həm daha dəqiqdir həm də bir çox tibbi tədqiqatlarda inqilabi dəyişikliklərə səbəb olur və olacaq.

Ağıllı telefonlar və Jawbone, Fitbit kimi başqa ağıllı tibbi cihazlar və digər oxşar cihazlar insanların sağlamlığını izləyə bilmə və onlara daha sağlam həyat üçün kömək edə biləcək böyük imkanlar vəd edir.

Diabet, parkinson və xroniki ürək xəstəliklərini izləməyə və nəzarətdə saxlamağa kömək edən tətbiqlər (application) hazırlanıb. Səhiyyə sənayesi artıq çox böyük həcmdə məlumatlar toplayr lakin əksər hallarda bu datalar həkimlər, xəstəxanalar və klinikalar tərəfindən istifadə edilmir.

Bu məlumatları ağıllı telefonların və digər cihazların dataları ilə bir araya gətirib istifadə etmək sənayenin növbəti hədəfi olacaq.

Müasir dünyada səhiyyə qurumları artıq xəstələrin məlumatlarını digitallaşdırmağa və səhiyyə sisteminin bu məlumatlara çıxışını təmin etməyə başlayıblar.

Hərəkətləri tanıyan cihazlar artıq diaqnostikada istifadə edilməyə başlanıb. İndidən bu cihazların alqoritmlərinin xərçəng kimi xəstəliklərdə həkimlərdən daha dəqiq diaqnozlar verdikləri sübuta yetirilib. Beləliklə daha çox xəstəliyi əvvəlki mərhələlərində müəyyən etmək mümkündür. Bu müalicənin daha uğurlu olmasını təmin edə biləcək inanılmaz böyük imkanlar yaradır. Big Data həmçinin Ebola və Zika kimi epidemik xəstəlikləri izləmək və analiz etmək üçün də istifadə edilir.

Data ilə bağlı eşitdikləriniz aysberqin sadəcə görünən hissəsidir və datanın həcmi böyüməyə hələ artan surətdə davam edəcəkdir. Artıq yeni bir məhsul və ya xidmət istifadə etdikdə qeydiyyatdan keçir və böyük məmnuniyyətlə öz şəxsi datamızı bölüşürük. Şirkətlər datanın potensiyalını kəşf etdikcə və daha çox datanı saxlayan və emal edə bilən yeni texnologiyalar yarandıqca data həcminin artan sürətdə böyüyəcəyini proqnozlaşdıra bilərik.

Hər keçən həftə bazara yeni çıxan data analizi alətləri vasitəsi ilə təhlil etməkdə də sürətli inkişafı müşahidə edirik. Microsoft və Salesforce artıq təzəliklə heç bir koda ehtiyac qalmadan tətbiqlər hazırlayan və biznes datalarını analiz edən yeni alətlər bazara çıxarıb.

Datanı daha yaxşı analiz etdikcə proqnoz vermə bacarığımız da inkişaf edir. Beynəlxalq Data Korporasiyasının proqnozuna əsasən 2020-ci ilə qədər biznes analitika alətlərinin yarısı artıq preskriptiv analitika bacarıqlarına da sahib olacaq. Bu o mənaya gəlir ki, təhlil alətləri yalnız müştərilərin davranışlarını proqnoz verməyəcək, həm də həmin proqnozlara əsasən xüsusi müxtəlif məsləhətlər təklif edə biləcək.

Biz hal hazırda çox maraqlı keçid dövrünü yaşayırıq. Texnologiya və Data Analitikasının növbəti 5–10 il ərzində edə biləcəklərini indi təsəvvür belə edə bilmərik. Səbəblərdən biri digital əşyaların (IoT) başqa adla digital hər şeyin (IoE) formalaşdıracağı data dəryalarıdır.

Ağıllı telefon, soyuducu, saat, televizor və digər bütün alətlərin internet ilə əlaqə yaradaraq məlumat mübadiləsi prosesinə IoT deyə bilərik. IoT texnologiyasının tətbiqi son illərdə çox sürətlə böyüyür və bu hələ başlanğıcdır. Hazırda 13 milyard ağllı alət internetə bağlanıb. 2020-ci ildə bu ədədin 50 və ya 70 milyard olacağı proqnozlaşdırılır. Yalnız ağıllı telefon istifadəçilərinin sayı 2020-ci ildə 6 milyarda çatacaqdır.

Fitbit ağıllı qol saatıdır və bu cihaz addımlarınızın sayını, ürək döyüntünüzü, yuxunuzun keyfiyyətini və bunun kimi insan bədənində baş verən xeyli sayda prosesi izləyib sizə məlumat verə bilir. Səhm dəyəri sürətlə qalxır.

Bu cihazlar IoT texnologiyasının əsas hissəsini təşkil edir və qlobal bazarı 2019-cu ildə 200 faizə qədər artım əldə edib.
Dünyada hər 6 istehlakçıdan biri bu texnologiyaya sahibdir. Bütün bu cihazlar böyük data yığınları yaradır və biz bu datadan istifadə formalarını hələ yenicə öyrənməyə başlayırıq.

Bu cihazlar yalnız internetə qoşulmaqla qalmır və öz aralarında da əlaqə yarada bilirlər. Cihazdan cihaza əlaqələrin sayı 2024-cü ilə qədər 27 milyarda yaxınlaşacaq. Yaxın gələcəkdə soyuducunuz südün istifadə tarixinin bitdiyini özü başa düşəcək və telefonunuza bu barədə məlumat verəcək və ya mağazanın yanından keçdikdə bunu xatırladacaq.

Ağıllı cihazlar dünyanı dəyişir. 2020-ci ilə qədər 250 milyon maşın internetə qoşulacaq və bu maşın daxilində baş verən bütün əməliyyatlara aid məlumatlara çıxışdır. Filmlərdə gördüklərimiz reallığa çevrilir.

--

--