Etibar Huseynli
Data dünyanı dəyişir
2 min readNov 30, 2019

--

Data dünyamızı və yaşam tərzimizi dəhşətli surətdə dəyişmək üzrədir. Baxış bucağınıza əsasən, data haqqında inanılmaz maraqlı yeni dövrün başlanğıcı olduğunu və ya hər addımımızın izlənə biləcəyi, hətta proqnoz edilə biləcəyi qorxuducu “Böyük Qardaş Erası”-na qədəm qoyduğumuzu düşünə bilərsiniz. (hər iki tərəfin haqlı əsasları mövcuddur)

Lakin biznes sahibləri və rəhbərlərin data ilə bağlı şübhə ilə yanaşmaları üçün çox az vaxtları var.

Data artıq şirkətlərin fəaliyyət formalarını hər keçən gün daha da yeniləyir və bu onlar üçün növbəti illərdə çox kritik əhəmiyyət kəsb edəcək.

Məhz datanı strateji aktiv olaraq qəbul edən şirkətər fəaliyyətlərinə davam edə biləcək və inkişaf edə biləcəklər.

Datanın böyük həcmdə artması və sürətlə inkişaf edən datanı analiz etmə metodologiyaları vasitəsi ilə biznesin və idarəetmənin hər sahəsində datanın əhəmiyyəti yalnız və yalnız artacaqdır.

Big Data haqqınızda hər şeyi bilir. Buna Google-da nə axtardığınız və Facebookda dostlarınızın kimlər olduğunu bilməsindən dəfələrlə daha çox məlumat aiddir. İnternet provayderiniz daxil olduğunuz bütün saytlar barədə məlumatlıdır. Hətta gizli daxil olsanız belə. Heç bir məlumat daxil etməsəniz belə Google yaşınızı və cinsinizi bilir və əmin ola bilərsiniz ki, onlarda sizin maraqlarınız barədə tam aydın profil mövcuddur. Beləliklə sizə hansı reklamları göstərə biləcəklərini asanlıqla təyin edə bilirlər.

Bilirdiniz mi ki Facebook sizin kimin ilə ailə həyatı quracağınızı, münasibətinizin davam edəcəyini və ya nə vaxt sonlandıracağınızı, subay və ya evli olduğunuzu siz bu barədə məlumat verməsəniz belə proqnoz verə bilər.

Facebook həmçinin sadəcə bəyənmələrinizə əsasən IQ səvviyənizi müəyyən edə bilir. (Əgər siz şou biznes xəbərləri, və ya bayağı meyxanaları və vaynerlərin videolarını izləyirsizsə bu aşağı IQ- də olmağı proqnoz edə bilər, əksinə Data Science Community Azerbaijan-da və ya hər hansı Proqramlaşdırma və Mütəxəssislər qrupunda aktivsinizsə bu yüksək IQ-dən xəbər verə bilər)

Polis küçədəki kameralar vasitəsi ilə haralara getdiyinizi müəyyən edə bilər. Maşın nömrəsi, insan üzü və hərəkətlərini müəyyən (detekt) edən alqoritmlər bu işdə köməkçi olur. Amerika və Avropada bu kameralar oxşar məqsədlər üçün artıq istifadə edilir. Telefonunuz avtomobili hansı sürətlə idarə etdiyinizi bilir. Hələki bu məlumat polis ilə paylaşılmır. Lakin Avropada əksər xarici sığorta şirkətləri ağıllı telefon datalarından istifadə etməklə hansı sürücünün təhlükəsiz, hansının riskli dələduz olduğunu müəyyən etməyə başlayıb.

Supermarketlərin loyallıq kartları seçdiyiniz brendləri izləyə bilir və alıcı davranışlarınız ilə bağlı məlumat dəryaları toplayırlar. Şirkətlər bu data ilə gələcəkdə daha nələr ala biləcəyinizi proqnozlaşdıra bilir. Belə məşhur keyzlərdən birini qeyd edim. Amerikada fəaliyyət göstərən Target Retail şirkəti yeniyetmə bir qızın (alıcı davranışları vasitəsi ilə) hamilə olduğunu proqnozlaşdırmış və ona uşaqlar və hamiləliklə bağlı təkliflər göndərməyə başlamışdır. Problem budur ki qızın valideynləri onun hamilə olduğunu hələ bilmirdi.

Big Datanın gücü sosyal şəbəkələrdən qat qat artıqdır. Onun təsirləri müasir həyatın demək olar hər sahəsini əhatə edir. Səhiyyədən kosmos tədqiqatlarına qədər hətta siyasi seçkilərdə belə…

--

--