Kodera ilə Medium paylaşımı necə edim?

Kodera
Kodera
Published in
3 min readJul 7, 2018
Photo by Paula May on Unsplash

Cəmiyyətə açıq orqanizasiya olan Kodera, ölkədə ən çox izləyici kütləsi olan Medium paylaşım mərkəzidir. Əgər siz də proqramlaşdırma, dizayn və data elmləri haqqında məqalələr yazırsınızsa, ən uyğun hədəf kütləsini bizim Kodera səhifəmizdə və Medium paylaşım mərkəzimizdə tapacaqsız.

200 dən oxuyucu

Kodera özünün komandası olan bir orqanizasiyadır. Bu Komanda sayəsində artıq ölkədə yüzlərlə adam proqramlaşdırma barədə məlumat almış və öyrənməyə başlamışdır.

Bizim bu işdən heç bir maddi çıxarımız yoxdur. Əgər bizə dəstək olmaq istəyirsinizsə sadəcə bütün dostlarınızı Facebook səhifəmizi bəyənməyə dəvət edə bilərsiz. Bununla siz həm özünüzün, həm də bizim oxuyucu kütləmizi genişləndirəcəksiz.

Bizim paylaşım mərkəzimizdən paylaşın, çünki:

  • Biz sizin məqalələrdə heç bir reklam paylaşmırıq.
  • Məqaləyə istədəyiniz qədər link yaza bilərsiniz. Ancaq bu linklər təbii və şəffaf olmalıdır.
  • Sizin məqaləniz yenə sizin olaraq qalır. Biz o məqaləyə heç bir sahiblik tələb etmirik. Sadəcə sizin məqaləniz paylaşılmazdan əvvəl redaktə edilir və komanda tərəfindən əmək sərf edilir. Bu səbəbdən sizdən xahiş edirik ki, məqaləniz bizim paylaşım mərkəzimizdə paylaşıldıqdan sonra onu silməyəsiz.

Bizim editorlar proqramlaşdırma və dizayn haqqında texniki biliklərə sahib insanlardır. Biz sizin məqalənizi oxuyacıq və sizə iradlar barədə məlumat verəcik. Bundan sonra keyfiyyətin təminatı üçün məqaləni yenidən editləyərək, sizə bunu paylaşmağa yardım edəcik.

Artıq bir aydır fəaliyyətə başlamağamıza baxmayaraq biz sizə öz məqalənizin geniş bir kütləyə çatmağına kömək edəcik.

Sizin məqalələri necə editləyir və paylaşırıq?

Bizim paylaşdığımız məqalələrdə əsas mətləblər nələrdir?

  • Yaxşı yazılmalıdır.
  • Maraqlı mövzular olmalı, insanların diqqətini çəkməlidir.
  • İzləyici kütləmizə uyğun olmalıdır. (Dizayn, proqramlaşdırma və data elmləri)

Əgər görsək ki, sizin məqalə paylaşmaq üçün yetəri qədər yaxşıdır, biz sizi Kodera paylaşım mərkəzinə yazıçı kimi əlavə edəcik və bu barədər email göndərəcik. Bunun üçün məqalənizin paylaşım linkini “ipəzor” başlığı altında bizim email`ə göndərin.

Bundan sonra sizin məqaləni editlənmək üçün sıraya qoyacıq və paylaşacıq. Bu müddətdə siz öz məqalənizi dəyişdirə və editləyə bilərsiniz.

Əgər məqalənizin bizim paylaşım mərkəzi üçün uyğun olmadığını görsək, sizə bu barədə email göndərəcik. Ancaq buna görə narahat olmağa dəyməz. Bu sizin sonrakı məqalələrinizin burada paylaşılmağına təsir etməyəcək.

Yaxşı məqalə yazmağın yolları.

  • 8–14 sözlü və diqqət çəkici başlıq tapın.
  • Oxucunu yormamaq üçün uyğun yerlərdə şəkil əlavə edin.
  • Mümkün qədər akademik amma eyni zamanda maraqlı yazın.
  • Götürdüyünüz kontentlərin mənbələrini qeyd edin.
  • Kodunuzu insanlara xüsusi bloklarla göstərin.

Bunun üçün:

  • Windows: Control + Alt + 6
  • Mac: Command + Option + 6
  • Linux: Control + Alt + 6
if (developer === true) {follow(this.mediumPublication);}

Kodunuzu gist vasitəsilə də əlavə edə bilərsiniz. Bunun üçün sadəcə gist`in linklini yeni sətirdə yazın və Enter`i basın.

  • Link paylaşdığınız zaman onu https://www.facebook.com/kodera.az — belə deyil, belə Kodera paylaşın.
  • Abreviatureların izahını yazın.
  • Minimum 5 tag əlavə edin.
  • Paylaşıldıqdan sonra məqalənizi mümkün qədər paylaşmağa çalışın.

Son məsləhət

Bizimlə məqalənizi paylaşdığınız zaman xarici dildən termin kimi gəlmiş ifadələri mümkün qədər tərcümə edin.

Artıq məqalə yazmaq vaxtıdır. Ümid edirik bu məqalə ilə sizə kömək edə bildik.

Daha çox öyrədək, daha çox öyrənək.

--

--