PHP-də ilk addımlarınızı atın…

Kodera
Kodera
Published in
2 min readJun 18, 2018

--

Salam, əziz və dəyərli Kodera oxuyucuları. Bu andan etibarən artıq öyrənmə məqalələrimiz sırasında Php ilə bağlı məqalələr də yer almağa başlayacaq.

PHP nədir?

Php /pi-eyç-pi/ : Hypertext Preprocessor — Hipermətn preprosessoru olaraq açılışı ifadə edir. Yəni sizə html da yazmış olduğunuz statik kodu dinamikləşdirməyinizə kömək edir.
Bəs elə bu? Xeyr, php facebook, wikipedia, wordpress, pretashop, opencart, və sair bu kimi sayt və ya skriptlərin və günümüz internetinin böyük bir qisminin hazırlanmasında istifadə olunan qlobal bir dildir. PHP-ni məşhurlaşdıran bir neçə əlavə məqamı da qeyd etmək istərdik:

  • Böyük community — hər hansısa probleminiz olduğunda çox tez bir şəkildə həllini tapacağınıza əmin olun.
  • Ucuz serverlər — serverlərə gəldikdə satışda olan serverlərdən ən ucuzları linux/php serverləridir.
  • Open source kitabxanalar — Az danış çox iş gör deyən atalarımızın sözünü biraz müasirləşdirsək az yaz çox iş gör deyə bilərik. Bunu etmək üçün isə sizə open-source kitabxanalar lazım olacaq. Məsələn Codeİgniter və ya Laravel işlədərək siz bir neçə min sətrlik database managment, və security kodu yazmaqdan qurtulmuş olacaqsınız.

Nələr lazımdır?

Sizə php development üçün müəyyən şeylər lazım olacaqdır. Bunlar:

  1. İşlək vəziyyətdə olan kompüter
  2. Linux (Windows-da olar)
  3. Düşünmə bacarığı olan beyin
  4. Kod redaktoru (Notepad++, Atom, Sublime Text, VSCode)

Quraşdırılma

Quraşdırılma mərhələsi biraz cansıxıcı ola bilər deyə bura yazmadıq. Quraşdırılmanın necə olduğu barədə öyrənmək istəyirsinizsə bizi izləməyə davam edin. Yaxında bu barədə video dərs paylaşacıq.

PHP`də ilk kodum 🤩

Indi kod redaktorunuzu açın. Yeni fayl yaradın və aşağıdakı kodu yazın.

İlk sətirdə yazdığımız <?php yazısı php fraqmentinin başlandığını bildirir.

2-ci sətrdə yazılmış echo ‘Salam, Dünya!’; kodu 3 hissədən ibarətdir:
1. echo — çap etdirmə funksiyasıdır, yazını çıxışa çap edir.
2. ‘Salam, Dünya!’ — string tipidir, php-nin əsas tiplərindəndir (constant-string).
3. ; — çoxunun fikir vermədiyi önəmli məhvumdur, bütün əməliyyatların sonunda yazılaraq əməliyyat bitdi mənasını verir.

3-cü sətrdəki ?> kodu isə php fraqmentinin sonunu bildirir.

Qeyd: Yuxarıda php fraqmenti ifadəsini işlətdik. Çünki, php kodunu html sənədi daxilində də istifadə etmək olar. Və siz onu sənədin istənilən yerində istifadə edə bilərsiniz: nümunə

--

--