Proqramlaşdırmanın əsas paradiqmaları

Farid Babayev
Kodera
Published in
3 min readMar 29, 2018
Proqramlaşdırma əsas paradiqmaları

“Proqramlaşdırma” fənnin mövcud olduğu əlli ildən bir az artıq müddətdə “proqramları necə yazmaq” qaydalarının, konsepsiyalarının, dəblərinin, baxışlarının bir neçə nəsli dəyişmişdir. Bütün bu qaydaları,konsepsiyaları, baxışları, dəbləri informatikada sonralar “proqramlaşdırma paradiqmaları” adlandırıldı.

Tomas Kun 1997-ci ildə “paradiqma” terminini elmi düşüncənin norması kimi müəyyən etdi. Paradiqma — elmi biliyin inkişaf qaydasıdır (modus operandı). O uzun müddətdir ki, elmi cəmiyyətə problemlərin qoyuluşu modelini və onların həllini verir.

Gəlin paradiqmaların meydana çıxma tarixləri ilə biryerdə natamam siyahısına baxaq.

  • 1954–1957-ci illər, prosedur paradiqma, FORTRAN dili, yaradan Bekus;
  • 1960-cı il, funksional paradiqma, LİSP dili, yaradan Makkarti;
  • 1970-ci il, strukturlaşmış paradiqma, Pascal dili, yaradan Virt;
  • 1972-ci il, məntiqi paradiqma, PROLOQ dili, yaradan Alen Kolmeroe;
  • 1983-cü il, obyektyönlü paradiqma, nümunə — C++ dili, yaradan Straustrup;
  • Paralel proqramlaşdırma — verilənlərin axını.

Başqa paradiqmalar da mövcuddur. Praktiki tətbiq etmənin bütün sahələrində hər hansı paradiqmanı daha yaxşı adlandırmaq mümkün deyil. Məsələn, bilik bazalarının layihələrindirilməsi üçün qaydalara yönəlmiş paradiqma daha yararlıdır. Obyektyönlü paradiqma əsas problemi mürəkkəblik olan, böyük sənayə sistemləri ilə əlaqəli olan geniş əhatə məsələrin həlli üçün daha münasibdir.

İndi isə paradiqmaları biraz daha yaxından tanıyaq.

Procedure Oriented Programming

Prosedur proqramlaşdırma — ən “qədim” paradiqmadır və eyni zamanda proqramlaşdırmanın çox sadə reallaşdırılması və öyrədilməsidir.

1954-cü ildə Bekus yüksək səviyyəli FORTRAN dilini hazirladı. Bu abreviatura “FORmula TRANslator” kimi oxunur yəni, düsturların tərcüməsidir. Adından göründüyü kimi onun təyinatı hesablamalardır. Bu dilin köməyi ilə ədədi alqoritmləri “kodlaşdırmaq” mümkün idi. Bu zaman EHM-in arxiekturasına girmək, onun prosessorunda registerlərin sayını bilmək və tətbiqi proqramçı üçün “əhəmiyyətli olmayan” bir sıra sualları və kompyuterin fəaliyyətini digər xüsusiyyətlərini bilmək vacib deyildi.

Tezliklə keçən əsrin 60-cı illərinin əvvəllərində kommersiya hesablamaları üçün nəzərdə tutulmuş “COBOL” dili yarandı. “COBOL” abreviaturası belə izah edilir: “COmmon Business Oriented Language”- “ümumi biznesə yönəlmiş dil”.

Hesablama alqoritmlərin kiçik, bir-birindən asılı olmayan prosedurların köməyi ilə yaratmaq lazımdır ki, bu prosedur məntiqinə uyğun olaraq bir-birini çağırsın.

Functional Programming

Funksional proqramlaşdırma — diskret riyaziyyatın bölməsi və proqramlaşdırma paradiqmasıdır. Bu dillərdə hesablama prosesi funksiyaların qiymətlərinin riyazi mənada anlaşdığı kimi hesablanması kimi izah edilir. Lisp dili (1958-ci il) bu qrupa aid edilə bilər. Onun yaradıcısı CON Makkarti Lisp dilinin ideyasında aşağıdakıları əlaqələndirmişdir: “İnformasiyanın təsvirinə abstrakt yanaşma, funksiyaların qurulmasının yığcam, universal stili, funksiyaların müxtəlif kateqoriyaları üçün yerinə yetirilmə vəziyyətinin aydınlığı, rekursiyaların qurmasının sərbəstliyi ”.

structured programming

Maşın yönlü proqramlaşdırma — avadanlığın bütün imkanlarından istifadə etmək məqsədi ilə kompyuterin işinin təşkilinin aparat yanaşması ilə xarakterizə olunur. Avadanlığın konfiqurasiyası, yaddaşın vəziyyəti, komandalar, idarəetmənin ötürülməsi, hadisələrin, istisnaların və gözlənilməzliyin növbələşdirilməsi, qurğuların reaksiyası vaxtı və uğurla reaksiya vermesi əsas diqqət mərkəzi olur.

Logic Programming

Məntiqi proqramlaşdırma — diskret riyaziyyatın bölməsi və proqramlaşdırmanın paradiqmasıdır. Məntiqi proqramlaşdırma riyazi məntiq nəzəriyyəsinə əsaslanmışdır. İlk məntiqi proqramlaşdırma dili Planner dili (1969-cu il, Carl Hewitt-Karl Xyuit) idi. PLanner dilinden həmçinin QA-4, Popler, Conniver və QLİSP məntiqi proqramlaşdırma dilləri yarandı.

OOP

Obyektyönlü proqramlaşdırma (OYP) — əsas konsepsiya obyekt və sinif anlayışları olan proqramlaşdırma paradiqmasıdır. Sinif — bu obyektlərin quruluşunu təsvir edən tipdir. “Sinif” anlayışı müəyyən davranışı və təsvir üsulunu nəzərdə tutur. Obyekt — anlayışı müəyyən davranış və təsvir üsuluna malik olan nəyisə nəzərdə tutur. Obyekt — sinfin nüsxəsidir.

--

--