Visual Studio IDE
Ümumiyyətlə, hər hansısa bir kodu yazmaq üçün proqramçıya üç şey lazımdır:
1. Mətn redaktoru;
2. Yazdığı dilin kompyuterdə yüklü kompliyatoru;
3. Və kodu icra edən kompyuterə yüklü işləmə mühərriki (CLR);
Mətn redaktoru: kodu yazarkən istənilən mətn redaktorundan istifadə edə bilərsiniz. Hətta hər birimizə doğma olan “Notepad” belə istifadə oluna bilər. Lakin proqramçılar adi mətn redaktorlarından istifadə etmirlər. Niyə? Cavabını aşağıda tapa bilərsiniz:
Verilmiş üç ədəddən istifadə edib Heron düsturu vasitəsi ilə üçbucağın sahəsini hesablayan proqram yazdığımızı düşünək (Əlbəttə ki, C# dilində). Və fərz edək ki, 6-cı, 10-cu və 14-cü sətirlərdə sintaksis səhvi buraxmışıq buna baxmayaraq, proqramı yadda saxlayıb çalışdırırıq. Və nə görsək yaxşıdır?! Proqram cavab vermir! Nə etməli, təzədən Notepad`da açırıq və sətirbəsətir yoxlayırıq və görürük ki, sən demə, 2 dəfə “;” işarəsini, bir dəfə də “)” simvolunu buraxmışıq. Səhvlərimizi düzəldirik və yenidən proqramı çalışdırırıq, işlədiyinə şahid oluruq. Hər şey normaldır, bir şeydən başqa: Vaxt getdi! Özü də nə qədər! Bütün bu çətinliklərlə qarşılaşmamaq və proqramçıların kod yazmasını asanlaşdırmaq üçün “İDE”lər yaradıldı!
“İDE — İntegrated Development Enviroment”
(İnteqrasiya olunmuş inkişaf mühiti)
İDE-lər kimi proqramçılar (bəsitdən mürəkkəbə sadalanmışdır) Notepad++, Sublime text, PyCharm, NetBeans, Visual Studio və sair proqramları işlədirlər. Biz isə dərslərimizdə “Visual Studio 2017 Community edition” istifadə edəcəyik.
· Visual Studio`nu necə qurmalı?
İlk öncə, bu ünvana gedib kompyuterinizə (və əlbəttə ki büdcənizə) görə bir versiya seçib yükləyirsiniz.
P.S.:Visual Studio versialarından Community 2017 və Code pulsuzdur. Sizə Community 2017-i yükləməyi tövsiyyə edirik.
· Visual Studio`da ilk addımlar:
Əlbəttə ki, işə yeni bir proekt hazırlamaqla başlayacağıq.
Visual Studio susmaya görə açılarkən “Start page” adlı səhifədən açılacaq. Həmin pəncərədə File → New → Project klikləyirik. Bir dialoq boksu açılacaq. Həmin dialoq boksunda Hazır proekt mövzuları görəcəksiniz. İlk addımlar üçün Soldakı ağac görünüşündən Visual C#, Sağdakı paneldən isə Console Application seçirik.
Proqramın adını, yaradılacaq qovluğu seçib (susmaya görə artıq doldurulub) “OK” seçirik.
Təbriklər! Artıq ilk proyektinizi yaratdınız! Elə bu sürətlə davam edək!
Qarşınıza belə bir pəncərə çıxdı. Mən Visual Studio`nu Tünd mövzuda işlətməyi sevirəm. Siz də proqramı qurarkən mövzu seçmişdiniz. (Sonradan dəyişilə bilir)
Bəli, gördüyünüz kimi Sistem, Sistem.Collection.Generic və sair kitabxanaları çağıran bir kodumuz var. İndi isə kodda bizə hələ ki lazım olmayan hissələri silək.
Hazırdır! Tam izahata keçmədən Şablon olan bir kodu dəyişib yazaq və icra edək.
Kodu yazdıq. Bəsit, anlaşıqlı. Gəlin onu kompilə edib icra edək. Bunun üçün Visual Studio Bizə ikisi birində bir düymə təklif edir.
Start kliklədikdən sonra belə bir pəncərə açılacaq. (ilk dəfə kompilə etmək daha çox vaxt aparır. Amma düzələcək. Kompyuterinizin prosessoru güclü deyilsə yaxud, başqa proqram tərəfindən məşğuldursa, proqram hətta cavab verməyə də bilər (el arasında: donacaq)).
Və, hazırdır! Oxuduğunuz üçün təşəkkürlər.
Bir də, unutmayın!
“Proqramlaşdırma, məcburiyyət deyil, zövq məsələsidir.”