Aləmin ən cool adamı: Jack Dorsey


Əslində texnologiya dünyanın insanları haqqında yazmağa başlamaq üçün ilk ağla gələn adlar; Elon Musk, Steve Jobs, Bill Gates, Larry Page, Mark Zuckerberg və s. Bütün bu adlar varkən haradan çıxdı Jack Dorsey’i yazmaq fikri?
Steve Jobs və Mark Zuckerberg haqqında dünyanın bütün dillərində bolca qaynaq tapmak mümkündür. Digər adlara isə əlbətdə sıra gələcək. Lakin Dorsey’i bu isimlərdən ayıran önəmli şeylər var (sizə Twitter və Square haqqında danışacağımı gözləməyin.).

Ferguson Hadisələri

Bu günlərdə xarici bloglarda tez-tez eşidə biləcəyimiz amma çıxışı çox daha əvvəllərə aid olduğu bilinən slacktivismin bəlkə də istəmədən yayğınlaşmasına səbəb olmuş Dorsey, əsil bir aktivistdir.

Dəli Jack☺

Bəli, başlıqdakı iddiamın səhv olduğunu düşünürsünüz soldakı fotoya baxaraq. Lakin qarşınızda real bir dəli olduğunu da yaddan çıxarmamağımız lazımdır. Bu gənclik hallarını əlbəttə hamının ağlına Steve Jobs’u gətirir. İşin gülməli tərəfi odur ki; Dorsey’in daha sonra Twitter’dən uzaqlaşdırılması və sonradan yalvarışla geri çağırılması da Jobs’un hekayəsinə oxşayır.

Bizə bu fotonun verdiyi digər ipucu da Dorsey’in yaradıcılığı və rahatlığı. Hazırda bu saç və saqqal seçimində daha estetik seçimləri olsa da bu yaradıcılıq və rahatlıqdan hələ də əl çəkmədiyini rahatlıqla deyə bilərsiniz. Hətta Twitter CEO’luğunu Dick Costolo’ya, executive chairman’lığı isə Ev Williams’a verməsi sonrası işdən tez çıxıb yoqa dərslərinə getməsi, çizim dərslərinə çox zaman ayırması kimi səbəbləri var ☺. Dorsey’in qurucusu olduğu, CEO’luğunu davam etdirdiyi Square’də isə bir ofisi və ya masası yoxdur. Əlində iPad’lə şirkətin müxtəlif yerlərində işləyir.

Square’də etdiyi fərqli CEO’luq bununla da bitmir. Təbii ki, şirkət pikniyi, şirkət yeməyi yerinə Dorsey işləyənlər ilə bərabər Golden Gate’i gözəl bir mənzərədən görən bir yerə gedir. Orada Golden Gate’in estetik gözəlliyini və körpünün gözəlliyi sayəsində heç kimin körpünün funksiyası haqqında danışmadığı mövzusunda müzakirələr edirdilər. İnsanlar sadəlikdən və gözəllikdən yetəri qədər təsirlənir və təcrübə yetəri qədər təbii olarsa, funksiyalar haqqında ən kiçik müzakirə getmir. (Sizin də ağlınıza eyni məhsul gəldi deyil mi? iProducts). Square Wallet və sonrakı adı ilə Square Order’in sadəliyinin altında yatan fəlsəfə bu müzakirələrdən irəli gəlirdi.

Sona gəlmədən özü haqqında bir az da obyektiv məlumat verək. Dorsey, əsasən uşaqlığının böyük qismini bir kompüter qarşısında keçirmiş asosyal bir nerd’dir. St.Louis’də həyat bütün sadəliyi ilə axıb gedərkən, New York’da bir şirkətin email sistemini hack edib, tapdığı açıq sayəsində gördüyü maillərə bu açığı necə bağlayacaqlarını danışdığı bir mail ataraq işə qəbul olma macərasına NY’da başlayır. Amma NY’un gözəlliyinin bir şeylər hazırlama həzzinin qabağına keçməsinə icazə vermir və Twitter’in ilk prototipini də işləyərkən hazırlayır. Bu həzz başqa bir şeydir. Əlindəki bütün imkanlara baxmayaraq Dorsey, Square’in belə ilk xidmətlərini oturub özü yazmış bir CEO’dur.

Yazını çox uzatmaq niyyətində deyiləm. Jack Dorsey, yaşayanlar arasında Jeff Bezos ilə birlikdə mənim üçün doğrudan da aləmin ən cool adamıdır. İşin gülməli tərəfi isə odur ki, onun da əksini düşündüyünü zənn etmirəm, danışıqlarını dinləyərkən narsistliyini əminim siz də hiss edəcəksiniz. Özünün TG Distrupt keynote çıxışına baxa bilərsiniz.

Məqaləni sonadək oxuduğunuz üçün təşəkkür edirəm!
Bəyəndinizsə hekayəni paylaşmağı və “Recommend” düyməsini sıxmağı unutmayın! ☺

Tərcümə etdi:

Məqaləni yazdı:

Məqalə aşağıdakı qaynaqlar əsasında hazırlanmışdır:

  1. http://www.bizjournals.com/sanfrancisco/print-edition/2011/12/23/executive-of-the-year-jack-dorsey.html
  2. http://nymag.com/daily/intelligencer/2013/10/5-embarrassing-things-about-jack-dorsey.html
  3. http://www.cbsnews.com/media/twitter-creator-jack-dorsey-on-square/
  4. http://www.forbes.com/sites/karstenstrauss/2012/07/25/the-new-billionaire-behind-twitter-and-square-jack-dorsey/
  5. http://bits.blogs.nytimes.com/2008/10/16/ttwitter-sidelines-one-founder-and-promotes-another/