Hotel California

bir musiqinin sehri

turan

--

Bu blog posta bəzi əlavələrlə

Eagles qrupu 1976-cı ildə “Hotel California” adlı öz brilliant albomunu buraxmış və praktik olaraq hər mahnı hit olmuşdu. Yalnız ABŞ-da albom 16 milyon nüsxədən çox tirajla satılmış və uzun zaman hit-paradların zirvələrinə başçılıq edirdi. Əsas hit – “Hotel California” idi. Müəlliflər Don Xenli, Qlennom FreemDon Felderom 1978-ci ildə “Gremmys” nüfuzlu mükafatını almış – nəticədə bu uğur ABŞdan kənarda qrupun vizit kartı oldu.

“Hotel California” mahnısı, çox gözəl aranjıman nümunəsi kimi və insanı bacarıqla dərin melanxoliyaya yükləyən, ilk baxışda, yorğun səyyah haqqında sadə və ahəngdar hekayə kimi təqdim edilir. Belə ki, səyyah qəribə mehmanxanada gecələmək üçün dayanır, bax belə təmtəraqlı məkan! O yer ki, düşmək asandır, amma tərk etmək mümkün deyil. Nəticədə səyahətçi “lüks” tələdədir.

Və budur daha sonra xalq musiqinin mətninin müxtəlif izahlarının BELƏ həddini fikirləşdi: “sözlərinin həqiqi mənansını Nostradamusun öncəgörmələrində axtarmaq lazımdır”.

Mahnının müəlliflərindən biri Don Henli, əvvəlcə mahını“Los-Ancelesdə dəbdəbəli həyata bizim şərhimiz” adlandırırdı, daha sonra bu mahnı əsasən — “amerika xəyalının tutqun tərs üzü” və Amerikada “artıqlıq”lar haqqında oxunan musiqi kimi qəbul edildi”.

Musiqinin tamamiylə abstrakt xarakteri, yazıldığı gündən bu günə qədər ötən 30 il ərzində dinləyicilərin düşüncəsinə təsir göstərib. Sözlərinə diqqət edərkən hadisələrin anlaşılmazlığı musiqini daha da sehrli edir və sən təkrar təkrar bu musiqiyə dönürsən. Qəribəliyinə görə də bu şah əsərin mənası haqqında əsas nəzəriyyələr yarandı.

İrəli sürülən nəzəriyyələr aşağıdakılardı:

  1. “Hotel California” – real mehmanxanadır və Cabo San Lucas və La Paz arasında, və ya Santa-Barbarada Kaliforniyanın sahilində yerləşir. Musiqinin sözləri ayıq gözün diqqətini qonaqpərvərliyin müasir çalarına daha dəqiq mehmanxana biznesinə yönəldir. Sözlərə diqqət yertirsək : “istənilən vaxt gələ bilərlər”, amma sonra “heç vaxt getmirlər”.
  2. “Hotel California” – psixiatrik xəstəxanadır. Bəziləri hətta Los-Anceles və Santa-Barbara arasında Ventura dairəsində “Camarillo State Hospital” olduğunu iddia edir. Musiqi, müvafiq olaraq psixixoloji narahatçılığı olan insanın hallüsinasiyaları, qapalı mühitdə çox zaman keçirməni, epizodik olaraqsa “azadlığa atılmaq” istəyənin aydın şüurunu hekayə edir.
  3. “Hotel California” – satanizm haqqında mahnıdır. Gecə, küçə, fənər, aptek mehmanxana. Səyyah qapılarda qızla qarşılaşır və dərhal zəngin cingiltisi eşidilir . Qəhrəman düşünür ki, “bu yer Cənnət kimi ola bilər, həm də Cəhənnəm” və sanki onun fikirlərini eşidib dəhlizdə şirin səslər cəzbedici mehmanxananı var gücü ilə tərifləyir. Səyyah cah-calalın və həzlərin əsl mərkəzinə düşür. O xidmətçidən “şərabları gətirməyi” (unutmuruq, ki, şərab – İsanın qanının simvoludur) xahiş edir, amma cavab olaraq eşidir: “bu içki burada 1969-cu ildən olmayıb “ – arayıcılar bunda 1969-cu ilində xristianlıqdan imtina etmiş bir kilsənin paralellərini görürlər, hansının ki, yerində rəsmən şeytan (satanist) kilsəsi qeyd olunmuşdu; başqa versiyaya görə, şeytan kilsəsi Los-Ancelesdən California küçəsinə dəyişdirilmiş mehmanxanada yerləşirdi; bundan başqa, 1982-ci ildə qrupunun meneceri Larri Solter (Larry Salter) nə üçünsə etiraf edirdi ki, qrup İblis Kilsəsinə cəlb edilmişdi və həmin albomun örtüyündə bu kilsənin başçısı Anton LaVey təsvir edilmişdi. [fotoda : sağ yuxarıda, eyvanda]. Kollektivin üzvləri indiyə qədər bu gümanları rədd edirlər.
Hotel California albomunun örtüyü

Mahnıya qayıdaq. Mətndə qadın “biz hamımız burada bizim şəxsi fikirimizin əsirləri” tələffüz edir, sonra hansısa dəhşətli mistik mərasimin təsviri gedir — “sahibin dincliyi üçün hər şey ziyafət üçün hazırdır, onlar öz polad bıçaqlarıyla vururlar, amma əjdahanı öldürmək onların gücü xaricindədi”. Bu dəhşətdə qəhrəman anlayır ki, doğru yerə düşməyib. Qapıya qaçır, amma qapıçı ona deyir: “ tələsmə, biz burada yalnız qonaq qəbul edirik, hərçənd sən istənilən vaxt mehmanxanadan çıxa, onu tərk edə bilərsən amma heç vaxt bacarmayacaqsan”.

4. “Hotel California” – kokain narkotik asılılığının metaforasıdır. Burada yenidən mahnının son 2 sətirində işarə. Bundan başqa, mahnının başlanğıcında, onun qəhrəmanı hələ maşında gedirdi, “colitas-ın ilıq ətiri havada tökülürdü”. İspan “colitas-ı” tərcümədə “kiçik quyruqlar” mənası verir , müəllif “colas-ı” nəzərdə tuturdu – çətənənin budaqlarının təpələri. Çiçəklənmələrdə və bu bitkinin yarpaqlarında ingilis TetraHydroCannabinol-undan [tetrahidrokannabinol] olur, qısaltsa biz THC abreviaturasını alacağıq, hansını ki, diqqətli nəzərl “The Hotel California”-ya asan dəyişəcək.

5. “Hotel California” – metaforik “qızıl qəfəsi” haqqında mahnıdır, mehmanxana deyiləndə — heç kəsi, şöhrətin və müvəffəqiyyətin zəncirlərindən buraxmayan Hollivud, və mövzunun inkişafı kimi, daha geniş mənada Ştatlar nəzərdə tutulurlar.

6. “Hotel California” – nikah institutunun hansısa nümunəsidir. Tədqiqatçıları bu fikirə qadın haqqında yazılmış sətirlər yönəltdir “Her mind is Tiffany-twisted…”. Onlar da cümlənin mənanısı bu cür açırlar: qadın başlanğıcı – yoxa etməyə susamaq, hedonizm, xəsislik, eqoizm, kişi başlanğıcı – səyyahın, axtaranının , yaradanın və romantikin obrazıdır, bu “mehmanxanaya” düşmüşün öz iradəsiylə hadisələrdən qurtulması çətindir.

7. “Hotel California” – “çayla Yunan gedirdi” tipli mahnıdı. Yəni, çətənə sahəsiylə kişi gedirdi, doyunca iylədi – və salamat qal! Belə desək boş sahələrdə yalnız səyyahları güdən təhlükələr haqqında.

Haqqında bir çox nəzəriyyələr irəli sürülən, ziddiyyətli fikirlər səsləndirilən bu musiqi «Rolling Stone» jurnalının siyahısında XX əsrin 500 ən yaxşı musiqisi arasında ilk 50liyində özünə yer tapır.

--

--