Kurt Vonnegurt - İndi quş uçacaq 

tərcümə - Turan Y.


Bir dəfə gecə mən barda oturub nifrət etdiyim insan barəsində çox hündürdən boşboğazlıq edirdim. Sonra bir saqqallı kişi yanımda əyləşdi.

- Niyə onu öldürmürsüz ? – o dostcasına soruşdu.

- Bu haqda düşünmüşəm - mən cavab verdim.– Niyə də yox?

- Gəlin mən sizə ağıllı mühakimə etməyə kömək edim - o təklif etdi. Onun boğuq səsi və böyük burunu vardı. O qara yun kostyum geymiş, boyunundan incə qalstuk asmışdı. Onun qırmızı ağızı çirkliydi. - Siz vəziyyətə içinizdəki nifrət prizmasından baxırsınız - o davam etdi. – Sizə soyuqqanlılıq, həmçinin işi planlayan və sizi elektrik stuluna gözlənilməz səfərdən qoruya bilən müdrik mütəxəssisin xidmətləri lazımdır.

- Belə insanı mən haradan tapacam?

- Siz onu artıq tapdınız.

- Siz dəlisiz.

- Eyniylə. Mən bütün həyatımı psixiatrik klinikalarda keçirmişəm. Bu fakt mənim xidmətlərimi xüsusilə cazibədar edir. Əgər mən birdən sizə qarşı ifadə verməyə başlasam, sizin vəkiliniz mənim məşhur dəli və bundan başqa cinayətkar olduğumu sübut etməyə çox əmək sərf etməyəcək.

- Bəs siz nə etmisiz ?

- Xüsusi heç nə, mən lisenziyasız həkim işləyirdim.

- Qətllərsiz ?

Qətlləriz, amma bu o demək deyil ki, mən öldürmürdüm. Əslində, məni lisenziyasız tibbi təcrübədə ittiham edən hər kəsi öldürmədim, - o açıq- aydın nəsə hesablayaraq tavana baxdı.– İyirmi iki - iyirmi üç insan, bəlkə də çox. Mən neçə illər ərzində onları öldürürdüm. Mən axı hər gün qəzet oxumuram.

- Siz onları öldürəndə silirdiz və növbəti səhər oyananda yenidən siyahıya baxırdız?

- Yox, yox, yox, yox, yox, - o etiraz etdi.– Mən onların çoxunu rahat həbsxanada oturanda öldürdüm. Divar- pişik texnikasından istifadə etdim - mən onu sizə də məsləhət görürəm.

- Bu hansısa yeni üsuldur ?

- Mən belə düşünməyə şad olardım – o başını yellədi. – Amma bu o qədər elementardır, mən inana bilmirəm ki, kimsə bunu hələ ona qədər düşünməmişdi. Bundan başqa, qətl kifayət qədər köhnə ənənədir.

- Siz pişikdən istifadə edirsiniz?

- Yalnız müqayisə kimi. Baxın, tamamilə məntiqli sual , əgər insan bu və ya başqa səbəblərə görə divardan pişiyi atsa və pişik adamın üstünə düşüb onun gözlərini cırmaqlasa, bu zaman pişiyi atan şəxs günahkardımı ?

- Təbii.

- Yaxşı. İndi, əgər pişik sadəcə yerə ensə və on dəqiqə ərzində kimisə cırmaqlasa, o zaman pişiyi atan günahkardırmı ?

- Xeyr.

- Budur təhlükəsiz qətl törətməkçün üçün divar-pişik texnikasının yüksək incəsənəti.

- Gec açılan bomba?

- Yox, yox, yox – o, peşmançılıqla mənim solğun təxəyyülümə etiraz etdi.

- Gec təsir edən zəhər? İnfeksiya? - mən davam etdim.

- Yox, amma sizin növbəti və son təxmininizi mən artıq bilirəm – başqa şəhərdən qatil işə götürmək - o arxaya söykəndi və özündən razı halda davam etdi - Bəlkə həqiqətən bunu mən ixtira etmişəm?

- Mən təslim oluram.

- Hər şeyi izah etməzdən əvvəl, siz mənim arvadıma sizin şəklinizi çəkməyə icazə verməlisiniz - o məni arvadına göstərdi. Bu incə dodaqları, rənglənmiş saçları və pis dişləri olan arıq qadın idi. O əldəyilməmiş pivəylə köşkdə otururdu. Şübhəsiz dəli idi və bizə şizofreniyalının əzablı baxışıyla baxırdı. Onda üstündə flaş olan Rollifleks var idi. Ərinin işarəsiylə o mənim şəklimi çəkmək üçün yaxınlaşıb, hazırlığa başladı.

- İndi quş uçacaq - o dedi.

- Mən istəmirəm ki, mənim şəklini çəksinlər - mən etiraz etdim.

- “cheese” de - o xahiş etdi və flash yandı.

Gözlərim yenidən qaranlığa öyrəşəndə mən gördüm ki, qadın bardan qaçaraq uzaqlaşır.

- Lənət şeytana, bu nədir ?!- mən hiddətləndim.

- Sakitləşin. Oturun. Sizin yalnız şəklinizi çəkdilər.

- O şəkillərlə nə etməyə hazırlaşır?

- Çap edəcək.

- Bəs sonra?

- Fotoalbomumuza yerləşdirəcək, qızıl xatirələrimizin xəzinəsinə.

- Bu şantajdır?

- Doğrudanmı şəklinizin çəkilməsində qəbahət var?

- Bu şəkil mənə lazımdır.

- Siz mövhumatçısınız?

- Mövhumatçı?

- Bəzi insanlar inanır ki, onların şəklini çəkəndə kamerada ruhlarının bir tikəsi qalır.

- Mən bilmək istəyirəm ki, nə baş verir.

- Oturun, və mən sizə danışacam.

- Tez və ətraflı danışmağa çalışın.

- hər şey təfərrüatlı və tez olacaq, mənim dostum. Adım Feliks Koradubayndır. Bu ad sizə nəsə deyir?

- Xeyr.

- Mən bu şəhərdə yeddi il psixiatr kimi fəaliyyət göstərmişəm. Qrup terapiyasıyla məşğul olurdum. Güzgülü və naxışlarla işlənmiş dəyirmi zalda, avtodayanacaqda və rənglənmiş dəfn zalında işləyirdim.

- İndi xatırlayıram.

- Əla. Mən istəmirəm ki, siz mənim yalançı olduğumu düşünəsiz.

- Sizi fırıldaqçılıq üstündə həbs ediblər.

- Eyniylə.

- Siz hətta orta məktəbi bitirməmisiniz.

- Unutmayın, Freyd öz-özünə öyrənmiş idi. Və o deyirdi ki, parlaq intuisiya tibbi təhsil qədər vacibdir.

O gülümsədi.

- Məni həbs edəndə, orta məktəbi bitirmiş gənc müxbir - hətta ola bilər kollec məzunu idi - təsadüfən və ya qəsdən məndən paranoyyadan danışmağı xahiş etdi. Təsəvvür edirsiz? Mən şəhərdə düz yeddi il ərzində ruhi xəstələrlə iş aparmışam . Amma bu kiçik sırtıq, hansı ki, bəlkə də yalnız Ucqar universitetdə psixologiyanın birinci kursunu keçib, düşünür ki, məni belə sualla dalana dirəyə bilər.

- Paranoyya nədir?

- Mən səmimiyyətlə ümid edirəm ki, belə nəzakətli sual həqiqət axtarışına qabalıq qatır.

- Məhz belə.

Hər şey əksinə idi.

- Yaxşı, sizin marağınızı dərhal təmin etmək lazımdır.

- Məhz belə.

Hər şey əksinə idi.

- Mənim dostum, Paranoik - o insandır ki, ona qarşı böyük sui-qəsdin mövcudluğuna inanır.

- Bəs siz belə sui-qəsdə inanırsınız?

- Dostum, məni məhv ediblər! İlahi, mən ildə 600 000 dollar qazanırdım. Mən zəngin, qürurlu və xoşbəxt idim. Amma bu, sizin indi şəklinizi çəkən yazıq qadın, gözəl, ağıllı və sakitdir.

- İşlər xarabdır.

- Bəli işlər xarabdır, mənim dostum. Və tək bizim üçün yox. Bu xəstə, xəstə şəhərdir, minlərlə, bəli minlərlə psixi xəstə qurtulmaq üçün heçnə etmir. Kasıb insanlar, tək insanlar, əksəriyyəti həkimlərdən qorxur. Mən onlara kömək edirdim. İndi heç kim onlara kömək etmir. Bəli, mən insan ürəklərinin suyunda qanunsuz balıq ovlayırdım. Mən yenə bu bulanıq axını tutmalıyam.

- Siz qeydlərinizi kiməsə vermisiz ?

- Mən onları yandırdım. Mən siyahıda yalnız həqiqətən təhlükəli paranoikləri saxladım, hansılar ki, yalnız mən bilirdim. Amansız dəlilər şəhərdə gizlədilmişdir. Məsələn, paltaryuyan, telefon ustası, nəbatatçının köməkçisi, liftçi və başqaları.

Koradubayn gözlərini bağladı

- Mənim sehrli siyahımda 123 ad var. Hamı, kimlərki səslər eşidir və düşünür ki, onların ardınca gəliblər. Kifayət qədər qorxudulacağı halda qətl törədə biləcək hər kəs.

O arxaya söykəndi və gülümsədi.

- Görürəm, siz anlamağa başlayırsınız. Məni həbs edib girov müqavilində sərbəst buraxılandan sonra mən fotokamera aldım, hansı ki, bayaq sizin şəkliniz çəkildi. Və biz arvadımla sahə prokuroru, tibbi assosiasiyanın prezidenti, məni həbs etməyi tələb edən jurnalistin şəklini çəkdik. Daha sonra arvadım - hakim, məhkəmə iclasçıları, prokuror və şahidlərin də şəklini çəkdi.

- Mən paranoiklərimi çağırdım və onlardan üzr istədim. Onlara dedim ki, səhv etmişəm. Sui-qəsd əslində mövcud deyil. Mən onları inandırdım ki, nəhəng sui-qəsdi aşkar etmişəm və məndə onun iştirakçılarının şəkilləri var. Mən onlara bu üzləri yadda saxlamağı, ehtiyatlı olmağı və həmişə özləriylə silah gəzdirməyi xahiş etdim. Mən onlara vaxtaşırı şəkili yollayacağıma söz verdim.

Mən, zahirən günahsız, istənilən vaxt öldürüb qaça bilən dəlilərlə qaynaşan şəhəri təsəvvürümə gətirib, dəhşətə gəldim.

- Bu dəhşətlidir

- Biz onları qısa həlqədə saxlayacağıq, əgər siz bizim danışdığımız sirri saxlayacaq və mənə pul verəcəksinizsə.

- Nə qədər?

- Mən üstünüzdə olan bütün pulu götürəcəm.

Məndə on iki dollar var idi. Hamısını verdim.

- İndi mən şəkili götürə bilərəm?

- Xeyr. Bağışlayın, amma qorxuram ki, bu qeyri-müəyyən vaxta ləngiyəcək. Necəsə yaşamaq lazımdır.

O dərindən nəfəs aldı və pulu gizlətdi.

- Dəhşətli vaxtlar, dəhşətli vaxtlar - o donquldayırdı.– Kim düşünə bilərdi ki, mən nəvaxtsa hörmətli mütəxəssis idim.

Email me when Medium Azerbaijan publishes stories