Marsel Prust - Mənim Kombrem

tərcümə - Turan Yusifova

turan

--

Uşaqlıqda, mən hər yayı kənddə keçirərdim və məhz gəlişimin ilk günlərində nənəmlə babam xüsusilə qeydimə qalırdılar. Nəhayət ki sevimli nəvələrini görübfərəhlənənqocalar mənim gəlişimdən o qədər həzz alırdılar ki, hətta bəzən kim kimin nazını çəkir - aydın olmurdu.

Bir il ərzində onlar mənimçün o qədər darıxmışdılar ki, hətta ilk günlərdə bir növ mənə yaxın olmaqçün aralarında rəqabət gedirdi. İlk saatlarda hər biri özünü təmkinlə və üstəlik sıxılırmış kimi aparırdı: onlar uşağa qarşı necə məsuliyyətli olmağı yadırğamışdılar. Məndə isə vəziyyət belə idi;şəhər həyatından sonra,heç bir mühüm hadisə baş verməyən kənd mənə,demək olar, ölü kimi görünürdü. Təəssürat yarandırdı ki, elə bil, mən səhraya düşmüşəm. İlk vaxtlarda saatlar güclə keçirdi, əgər ətrafında hərəkət edən nəsə görürdünsə də bu gözə çarpmayacaq qədər yavaş baş verirdi.Lakin bu vəziyyət kifayət qədər tez - növbəti səhərdən etibarən dəyişdi. Tədricən həyat sürətləndi, aydın olurdu ki, kənd həyatının ümumi ritminə öyrəşir və sanki başqa dünyaya düşürəm.

İlk günlər mən ən yaxşı yerdə – divanda yatırdım. Başlanğıcda məni məhz burada ən sevimli və qiymətli oyuncaq kimi yatırdırdılar, daha sonra isə dəhlizə göndərdilər. Qocaları anlamaq olar - uzun qış boyu mənimçün çox darıxıblar.Uzun ayrılıqdan sonra ilk günlərdə nəvənin verdiyi məmnuniyyət hətta hansısa bir xüsusi əhəmiyyət də daşıyırdı. Onlarda bir-birinə nümayiş etdirmək üçün həddindən artıq çox zərif xüsusiyyət var idi. Onlar mənimlə eyni vaxtda yaxın olmağa çəkinirdilər, bu səbəbdən mən bir əldən bir başqasına keçirdim.

Hər şey mən səhər divanda oyananda başlayırdı. Etiraf etmək lazımdır ki, ən yaxşıları babama çatırdı. O divanın o biri başında - ayaqlarımın yanında oturur, bükülmüş qəzetlə üstümə qonan milçəkləri qovurdu. O,həm də mənim yatmağıma tamaşa etməyi sevirdi, bu dəqiqələri mümkün qədər çox uzatmaq, bəlkədə bütün günü yatmağımı arzulayırdı. Mən oyanmağa başlayanda o dayanırdı, ümid edirdi ki, mən hələ öz zərif səhər yuxuma davam edəcəm və o əvvəlki kimi mənə - balacasına baxa biləcək. Nənəm bunu anlayır və mətbəxdə qab-qacaqla səs salmamağa çalışırdı.Dəhlizdəki qapıları ehtiyatla bağlayır, soyuducunu sakitcə örtür və döşəmədə yun corabla asta gəzirdi. Bəzən o şüşə pəncərəli qapıya yaxınlaşır, babaya onu anlayaraq və əlbəttə paxıllıq edərək baxırdı.

İndiyə qədər bu anları xatırlayıram. Mənim uşaqlıq yuxumu ürküdüb qaçırtmağa qorxan, əlində bükülmüş qəzetlə divanın qırağında hərəkətsiz dayanmış babamın siluetini aralanmış gözlərimin yarıqlarından bulanıq görürəm.

O, necə olursa olsun mənə yatmağa icazə verirdi və mən bunu hiss edərək ona baxmağa imkan verir, son dəqiqələri, hətta son saniyələri uzadaraq ikinci dəfə yuxuya gedirdim və nəhayət yalnız gözlərimi geniş açıb ona “Sabahın xeyir” deyəndə o, bugünki həzzin bitdiyinə görə bir az peşman olaraq məni mətbəxə yollayırdı; artıq orada sahibə nənə idi. Babanın üzərimdəki inhisarçılığı qurtarırdı. Onun eqoizmi sakit və təvəzökar idi. Qoy hər şey öz axarıyla getsin. Oyandı, lap yaxşı.

- Get, oğul, yuyun və səhər yeməyini ye. Nənəndeyəsən sənə dadlı nəsə hazırlayıb.

Və mən nənəmin sərəncamına keçir, mənimlə olmağa onun hüququnun çatdığı əraziyə daxil olurdum, amma onun məmnuniyyət duyduğu şeylər də başqa idi. Zamanla, məhz o qərar verdi ki, mən artıq dəhlizdə yatmalıyam.Ora səs-küylü və işıqlı deyildi. Yeri gəlmişkən artıq orada babama mənə baxmaq elə də rahat deyildi. Cənuba baxan otaqdan fərqli olaraqdəhlizdə həmişə qaranlıq idi, buna baxmayaraq baba çarpayımın kənarında otururdu və yalnız nənə məni anbara yatmağa göndərəndən sonra baba üçün mənə tamaşa etmək narahatlığı yarandı.Anbara qapını cırıldatmamış, yəni məni oyatmadan girmək, demək olar ki, mümkün deyildi və o məni oyatmaq istəmirdi, həm də, anbar nənənin ərazisi idi.Xatırlayıram, nənəm, demək olar, qapını cırıldatmamış qaranlıq anbarda peyda olur, unu torbaya doldurub, yumurtaları bir neçə dəqiqədə qutuya yığırdı.Eyni zamanda, onun mənə yönəlmiş ehtiyatlı baxışını da hiss edirdim.O, mən bərk yatırammı,yoxsa artıq məni oyatmaq olarmı - bunu anlamağa çalışırdı. Əgər mənim nəfəsim hələ eyni ritmli və dərin idisə o, gəldiyi kimi də sakit çəkilib gedir və mən oyanmağa vaxt tapmayıb yenidən dərin yuxuya yuvarlanırdım.Əgər mən tərpənməyə başlayıb, dərin nəfəs almağı dayandırsaydım, o cəsarətlə işığı yanıdırar və uca səslə oyanmaq lazım olduğunu deyərdi.Hərdən səhər dəqiqələrindəməni öz yanında bir az daha artıq saxlamaqçün o mənə evdə yuyunmağı və hələ soyuq həyətə getməməyi tövsiyyə edir, məni səhər yeməyinə qonaq edərək pəncərədəki sandığın üstündə oturdurdu. İnsanların, heyvanların başı işə qarışmışdı, amma arzuların, hadisələrin, ümumiyyətlə kiminsə bu dünyada olub-olmaması nənənin eyninə deyildi; o nəvəsini xama və albalı mürəbbəsindən hazırlanmış kökəyə qonaq edirdi. Kainatın mərkəzi pəncərənin astanasındakı ətirşah ilə bu sandığın kənarında idi və zaman zəngli saatın tıqqıldamasından doğur, günəş məhz mən işıqlandırılmış küçəyə çıxarkən parıldayırdı. Və yalnız bütün bunlardan sonra, küncdən, darvaza və qapılardan döngəyə insanlar və heyvanlar meydana axışırdılar.Elə təəssürat yaranırdı ki, sanki onlar mənim küçəyə çıxışıma qədər heç nə etmirdilər və yalnız mən peyda olduqdan sonra hərəkət etməyə başlayırdılar, elə bil, qabaqcadan məşq edilmiş rollarını oynayırlarmış kimi…

--

--