Stefan Zweig- yay novellası

tərcümə :Turan Yusifova

turan

--

Keçən ilin avqustunu Kadenabiyada, ağ villaların və tünd ağacların arasında sıxışıb gizlənmiş Komo gölünün sahilində keçirdim. Hətta Belladjiodan və Menadjiodan gəlmiş turistlərin sahilin dar zolağını doldurduğu ən səs-küylü yaz günlərində belə şəhərcikdə sülh və dinclik hökm sürür və indi avqust istisində, bu sakitlik günəş və ətir saçırdı. Mehmanxana demək olar ki, boş idi, — azsaylı sakinlər təəccüblə bir-birinin üzünə baxır, anlamırdılar ki, bu atılmış guşəni yay istirahəti üçün necə seçmək olar və hər səhər, masanın arxasında görüşəndə, niyə heç kəsin indiyə qədər çıxıb getmədiyinə heyrətlənirdilər. İngilis lordu ilə paris modabazının arasında mənim diqqətimi xüsusiylə, zərif və son dərəcə yaraşıqlı heç də cavan olmayan biri çəkdi. O su idmanıyla məşğul olmurdu və gün ərzində fikirli baxışlarla öz siqaret tüstüsünün axınını yola salaraq və ya kitabı vərəqləyərək bir yerdə otururdu. Dözülməz darıxdırıcı, yağışlı iki gün və bu cənabın açıq mehribanlığı tezliklə bizim tanışlığımıza səmimilik çaları qatdı və yaş fərqi buna mane ola bilmədi. Liflyandesdə doğulub, Fransada daha sonra İngiltərədə tərbiyyə almış heç vaxt xüsusi məşğuliyyəti olmamış və budur artıq neçə illərdir o – daimi yaşayış yeri, həqiqi mənada – vətəni bilmirdi. Dünya şəhərlərinə atılmış, səyahət zamanı hər şeyin ən gözəlini acgözlüklə sahiblənən bütün cəngavərlər və gözəllik keşişçiləri kimi. Bir həvəskar kimi o bütün incəsənət növlərində səriştəli idi, amma incəsənətə güclü sevgisi kübar könülsüzlüklə ona xidmət etmək idi. O incəsənətdən min bir xöşbəxt saatları götürüb əvəzində yaradıcıllıq atəşinin heç bir saniyəsini verməmişdi. Onları cəmiyyətə bağlayan heç bir zəncir olmadığından bu insanlar faydasız görünür, minlərlə təkraredilməz və qiymətli təəssürat yaradan yığılmış bütün xəzinələr heç kəsə vəsiyyət edilməmiş qalır və son nəfəslərində heçliyə müraciət edirlər. Bir dəfə axşam biz mehmanxananın qarşısında oturub, gölün necə asta-asta qaranlıqlaşmasına baxırdıq və mən ona bu haqqda danışdım. O gülümsədi:

— Ola bilər, siz elə də haqlı deyilsiniz. Lakin, mən xatirələri qiymətləndirmirəm. Yaşanılan bizi tərk etdiyi anda yaşanılmışdır. Poeziya? Bəli, o da həmçinin iyirmi, əlli, yüz il sonra ölmürmü ? Amma bu gün mən sizə nəyisə danışacağam; mənim fikrimcə, bu hekayə üçün yaxşı süjet xətti ola bilər. Gəlin gəzişək. Belə şeylər haqqında gedə-gedə danışmaq daha yaxşıdır. Biz sahil boyunca füsünkar cığırla getdik. Əsrlik sərv ağacları və qollu-budaqlı şabalıd ağacları onu örtür, budaqların arasındakı boşluqlarda göl narahatlıqla arabir parlayırdı. Uzaqda, artıq gizlənmiş günəşin hiss edilməyən rəngləriylə yumşaq kölgə verilmiş Belladjio , bulud kimi ağarır və yüksək qürubun son şüalarında tünd təpənin üstündə Serbeloni villasının damı almaz parıltısıyla parıldayırdı. Bir az ürək oxşayan istilik bizə əziyyət vermirdi; sanki zərif qadın əli havanı görünməyən güllərin ətiriylə dolduraraq, kölgəni nəvazişlə qucaqlayırdı.

Yoldaşım sükutu pozdu:

— Etirafla başlayacağam. Mən indiyə qədər onu gizlədirdim ki, keçən il məhz burada - Kadenabbidə, ilin bu fəsili, bu mehmanxanada olmuşam. Mənim etirafım , güman sizi təəccübləndirəcək, xüsusilə mən sizə bütün həyatım boyu hər hansı təkrardan çəkindiyimi danışdıqdan sonra. Belə, qulaq asın. Keçən il burada əlbəttə bu ilki kimi boşluq idi : Milanlı həmin cənab bütün günü balıq tuturdu və səhər onu yenidən tutmaq üçün suya geri atırdı ; sonra sakit və bioloji mövcudluğu heç kimin diqqətini cəlb etməyən 2 qoca ingilis; daha sonra yaraşıqlı cavan oğlanla sevimli solğun qız — mən indiyə qədər inanmıram ki, onlar ər arvaddır, həqiqətən onlar bir-birinə aşiqdilər. Və nəhayət, alman ailəsindən aydındır ki, Almaniyanın şimalındandır: yaşlı, iri sümük saman rəngli saçları olan şəxs, tikanlı polad gözlər və dar — sanki onu bıçaqla kəsmişdilər — qəddar ağız. Onunla qalan bacısı idi — bəli, şübhəsiz bacısıdır — eyni gizgilər, ancaq yayılmış, yumşalmış, şişkinləşmiş halda. Onlar bütün günü birlikdə keçirir, amma öz aralarında danışmırdılar və susaraq əl işi üstündə əyilirək naxışlara bütün öz laqeyidlikərini — sıxıntı və limitlənmiş boğanaq dünyanın amansız parklarını hörürdülər. Onlarla on altı yaşlı cavan qız vardı, ikisindən birinin qızıdır, bilmirəm məhz kimin ; üzünün üçkünc natamamlığı və bədəninin yöndəmsizliyi artıq dəyişilərək qadın dəyirmiliyiylə başa çatırdı . Həqiqətdə o yaraşıqsız idi — çox arıq, çox kaldır və əlbəttə, zövqsüz geyinmişdir, amma onda hansısa bir təsirli, köməksiz zəiflik hiss olunurdu; atəşlə dolu tünd böyük gözlər yad baxışdan qorxaraq gizlənir və qığılcım təki arabir parıldayırdılar. O həmçinin əl işini özüylə hər yerə daşıyırdı, amma əlləri tez-tez ləngiyirdi, barmaqlar iş üzərində dayanır, və o gölə xəyalpərəst, hərəkətsiz baxışı yönəldib sakit-sakit otururdu. Bilmirəm, niyə bu mənim ürəyimi belə titrədirdi. Ola bilər, sadəcə bayağı amma qaçılmaz fikir ağılıma gəlirdi, hansı ki, həmişə çiçəklənən qızın yanında solğun ana görən kimi ağıla gəlir — insan və onun kölgələri — hər bir gənc üzdə artıq gizlənmiş qırışlar, təbəssümdə - yorğunluq, xəyalda - məyusluq haqda düşüncələrdir. Və ola bilər, məni sadəcə bihuşluq cəlb edirdi : qarışıqlıq, daşan həsrət, qızın həyatında o təkraredilməz çox gözəl an, həmin an ki, yapışacağı nəsə olmadığından baxışlar xəsisliklə hamıya yönəlir. Mən yorulmadan onun xəyalpərəst, əhəmiyyətli baxışını müşahidə edə bilirdim, daşan coşqunluğu, hansıyla ki, o hər canlı varlığı əzizləyirdi, pişik ya it fərq etməz; narahatlıq, hansı ki, onu dərhal heç birini sona çatdırmayacağı bir neçə işi öhdəsinə götürməyə məcbur edirdi ; hərarətli tələskənliyi, hansıyla ki, o axşamlar mehmanxana kitabxanasından yazıq kitabçaları udurdu və ya özüylə gətiridiyi iki ədəd cırılmış Höte və Baumbaxanın şeirlər cildini vərəqləyirdi… Siz niyə gülümsəyirsiniz?

Mən üzr istədim və izah etdim:

— Görürsünüzmü, bu müqayisə məni güldürdü — Höte və Baumbax.

Ah, deməli belə ! Əlbəttə, bu bir qədər gülməlidir. Amma digər tərəfdən — heç də gülməli deyil. İnanın, bu yaşda gənc qızlar hansı şeiri oxuduqlarına tamamilə laqayiddirlər — pis və ya yaxşı, səmimi və yalan fərq etmir. Şeirlər yalnız parçdır, bəs hansı şərab — onlar buna laqeyddirlər, çünki mayaotu onlar şərabı dadmazdan əvvəl artıq onların içində olur. Həmçinin bu qız anlaşılmaz həsrətlə dolu idi, bu gözlərin parıltısında, əllərin titrədilməsində, utancaq, sıxılmış və eyni zamanda sanki qanadlandırılmış yerişində hiss edilirdi. Görünən idi ki, o kimləsə danışmaq, həddən artıq dolğun hisslərini bölüşmək arzusuyla susanır, lakin ətrafında heç kəs yox idi — təkcə yalqızlıq, bəli solda və sağda millərin cırıldaması, hər iki qadının soyuq, ehtirassız baxışları. Sonsuz şəfqət məni əhatə edirdi. Və mən yenə də ona yaxınlaşmağa cəsarət etmirdim. Birincisi ki, belə vacib dəqiqələrdə gənc qız üçün mənim kimi qoca biri? İkincisi, mənim qarşısıalınmaz dəhşətim, hər ailə və xüsusiylə yaşlı meşşanlarla tanışlıqdan əvvəl yaxınlaşmanın hər fürsətini təxirə salırdı. Və burada beynimə kifayət qədər qəribə fikir gəldi — mən düşündüm: budur mənim qarşımda gənc, təcrübəsiz, saf qız dayanıb; Almaniyada yaşayaraq o yəqin ki, ilk növbədə İtaliyanı heç vaxt burada olmamış ingilis Şekspirin sayəsində romantik sevgisinin vətəni hesab edir; Romeonun ölkəsi, itirilmiş sirli macəralar, xəncərlər, maskalar, duennalar ,zərif məktublar və parıldayan yelpiklər . Əlbəttə, onun arzusu məhəbbətdir, amma kim qızın xəyallarını dərk edə bilər. Bu ağ səmada məqsədsiz üzən yüngül buludlar kimi və bütün buludlar axşama doğru tədricən daha isti rənglərlə işıldayır — əvvəl çəhrayı, sonra alovlanırmış kimi parlaq-al-qırmızı olurlar. Heç nə ona inanılmaz və ya qeyri-mümkün görünməyəcək. Buna görə mən onun üçün sirli sevgilini uydurmağa qərar verdim. Həmin axşam ona ən fağır və ən hörmətli zərifliklə uzun məktub yazdım, dumanlı işarələr və… imzasız. Məktub, heç nə tələb etməmiş və heç nə söz verməmiş, atəşini saxlayan və eyni zamanda limitlənmiş — sözlər,bir sözlə romantik poemadan olan əsl eşq məktubu.

Bilərək ki, o təqib olunan anlaşılmaz narahatlıqla həmişə birinci səhər yeməyinə çıxır, mən onun salfetinin arasına məktubu yerləşdirdim. Səhər açıldı. Mən onu bağdan müşahidə edirdim, onun etibarsız təəccübünü, qəfil qorxusunu, parlaq qırmızılığın onun solğun yanaqları və boyununa necə köçdüyünü , ətrafına necə əlacsız baxmasını gördüm. Gördüm ki, o necə tələsik, oğru hiyləsiylə məktubu gizlətdi və özünü itirmiş halda otururdu, demək olar ki yeməyə toxunmadı, amma sonra masadan sıçradı. Sirli müraciəti oxumaq üçün uzaq, kölgəli bir yerə, xəlvət xiyabana qaçdı… Siz nəsə demək istəyirdiniz? Görünür, mən bilmədən elə hərəkət etdim ki, indi mənə onu izah etmək lazım oldu:

— Amma bu çox riskli deyildimi ? Doğrudanmı siz düşünmədiniz ki, o öyrənməyə çalışacaq və nəhayət, sadəcə yeməkpaylayandan soruşacaq ki, bu məktub salfetin arasına necə düşüb. Və ola bilər, sadəcə məktubu anasına göstərəcək?

— Əlbəttə, mən bu haqda düşündüm. Amma əgər siz bu qızı görsəydiniz, bu qorxaq sevimli varlıq, görərdiz o necə qorxuyla ətrafına baxırdı, təsadüfən onunla biraz ucadan danışmaq imkanınız olsaydı — sizdə bütün şübhələr aradan qalxardı. Elə qızlar var ki, həddindən artıq utancaqdırlar, onlarla sizin istəyinizə uyğun necə hərəkət etmək olar axı, onlar tamamilə köməksizdir və kiməsə etibar etməkdənsə ehtimal ki, hər şeyi tezliklə alt üst edərlər. Mən təbəssümlə onu müşahidə edirdim və sevinirdim ki, mən istəyimə müvəffəq oldum. Amma budur o qayıtdı — və qan mənim beynimə vurdu. Bu artıq başqa qız idi, yerişi də başqalaşmışdı. O çaşqın və həyəcanla yeriyirdi, qızartı onun bütün üzünə köçmüşdü , füsunkar utancaqlıq addımlarını buxovlayırdı. Və bu hal gün ərzində davam etdi. Onun baxışları hər pəncərəyə yönəlirdi, sanki orada suallarının cavabı onu gözləyirdi, yanından ötən hər kəsi müşayət edirdi və bir dəfə də mənimlə göz gözə gəldi, ancaq mən ondan yayındım, hətta özümü göz qapaqlarının hərəkətiylə ələ verməkdən qorxurdum; həm də bu ən qısa anda mən beynimidə qızğın sual hiss etdim, demək olar ki, hətta bu sualdan qorxdum və yenidən, illər əvvəl olduğu kimi anladım ki, qızın gözlərində birinci atəşi yandırmaqdan daha güclü, daha məhvedici və daha cəlbedici tamahkarlıq yoxdur. Sonra mən gördüm, o necə ana və xalasının arasında otururdu, onun yuxulu barmaqlarını gördüm, gördüm ki, o necə uzun müddət əlini qıc olmuş halda sinəsində sıxıb saxladı — şübhəsiz, o orada məktubu gizlətmişdi. Oyun məni apardı. Axşam mən ona ikinci məktubu yazdım və bu bütün sonrakı günlərdə davam etdi; aşiq cavan oğlanın müraciətlərində öz hissini uydurulmuş ehtirasın artmasını təsvir etməsi, mənə verdiyi xüsusi həzzi daha da artırırdı; bu mənim üçün əyləncəli idmana çevrildi — ehtimal ki, ovçular tələləri yerləşdirib və qızğın halda ov quşunu tovlayan zaman belə hisslər keçirirlər. Mənim müvəffəqiyyətim bütün gözləntilərimi doğrultdu hətta məni qorxutdu; artıq oyunu bitirmək istəyirdim amma tamah hissi çox böyük idi. Onun yerişi yüngülləşmiş, impulsivləşmiş, rəqs edirmiş kimi olmuşdu, üzü titrək, təkraredilməz gözəlliklə işıqlanmışdı, yəqin ki, yuxusu yalnız narahatlıqla növbəti məktubu gözləmək idi, çünki səhərlər qara kölgələr onun əndişəli alovlanan gözlərini əhatə edirdi. O hətta öz görkəminin qayğısına qalmağa başladı, saçlarına çiçəklər sancır, dünyada hər şeyə qarşı sonsuz zəriflik onun əllərindən çıxırdı, gözlərindsə əbədi sual dururdu; mənim məktublarımda səpələnmiş min xırda şeydən o anlayırdı ki, məktubların müəllifi harada isə yaxınlıqdakı — gizli Arieldir, hansı ki, hələ də ortaya çıxmaq istəmir, havanı musiqiylə doldurur, onun yanında buxarlanır və onun ən gizli xəyallarını bilir. O son günlərdə elə canlandı ki, bu dəyişilmə hətta onun küt yoldaşlarından da yan keçmədi və onlar bir neçə dəfə, maraqla qızın hərəkətli bədən formasına və çiçəklənən yanaqlarına baxaraq, gizlicə baxışır və ürəyiyumşaq istehzalı təbəssümlərini bir-birinə ötürürdülər. Onun səsində musiqi duyulmağa başladı, daha uca oldu, cəsarətli hal alır, o an boğazında nəsə titrəyirdi, sanki mahnı qalib notlarla qurtulmaq istəyirdi, sanki… Mən görürəm, siz yenə gülümsəyirsiniz.

— Yox, yox,zəhmət olmasa davam edin. Mən yalnız düşündüm ki, siz əla danışırsınız. Üzr istəyirəm, amma siz sadəcə istedadsız və hadisələri yazıçılarımızdan hər hansısa birindən heç də pis ifadə etmirsiz.

— Siz, görünür, ehtiyatla və nəzakətlə mənə işarə etmək istəyirsiz ki, mənim danışdıqlarım sizin alman novellalarınız kimi, təmtəraqlı, həssas, uzadılmaş, darıxdırıcıdır. Siz haqlısınız, daha yığcam olmağa çalışacağam. Marionetka rəqs edirdi, və mən arxayın ələrlə iplər çəkirdim. Özümdən ən kiçik şübhəni uzaqlaşdırmaq üçün — çünki bəzən mən hiss edirdim ki, onun baxışı üzərimdə diqqətlə dayanırdı — mən ona anlamağa imkan verdim ki, məktubun müəllifi burada yaşamır və hər gün bura qonşu kurortlardan birindən qayıq yaxud paroxodla gəlir. Və bundan sonra, sahilə yan alan paroxodun zəngi eşidilən kimi, o istənilən bəhanəylə anasının himayəsdən qurtulur, limandakı hər hansı guşəyə çəkilirdi və nəfəsini saxlayıb, gələnləri izləyirdi.

Və sonra bir gün — boz, tutqun gün oldu və mən bekarçılıqdan onu müşahidə edirdim — nəsə gözlənilməz bir şey oldu. Paroxoddan başqa sərnişinlərin arasından parlaq zərifliklə geyinilmiş yaraşıqlı cavan oğlan düşdü hansı ki, gənc italiyalılara bənzəyirdi; o ətrafına baxdı və baxışları onu qızın ümidsiz, çağıran baxışıyla görüşdürdü. Və dərhal abırın parlaq rəngi onun utancaq təbəssümünü batırdı. Cavan oğlan dayandı, daha diqqətlə ona baxdı — lakin, tamamilə aydındır, onu minlərlə ifadə edilməmiş etiraflarla dolu ehtiraslı baxışlar qarşılamış və bu hisslər üstəlik gülümsünərək ona doğru yönəlmişdi. Artıq şübhə ola bilməzdi, uzun müddətdir gözlədiyi insan məhz o idi. Qız qaçmağı qət etdi, sonra yavaşıdı, sonra daim ətrafına göz gəzdirərək yenidən qaçdı : arzunun və qorxunun, ehtirasın və abırın arasındakı əbədi təkbətək döyüş, hansında ki, zəif ürək həmişə güclü iradəni üstələyir. O, açıq-aydın cəsarətləndi, hərçənd bu təəccüblü deyil, onun arxasıyca tələsdi, demək olar ki, onu çatdı — və mən artıq qorxuyla qabaqcadan görürdüm ki, onun anası və xalası qəfldən yolda görünən zaman hər şey necə vəhşi qarışıqlığa çevriləcək. Qız qorxmuş quş kimi onlara tərəf atıldı, cavan oğlan ehtiyatla geri qayıtdı, amma o döndü və onlar yenə çağırış baxışlarıyla göz gözə gəldilər. Bu hadisə az qala məni oyunu qurtarmağa məcbur etdi, amma mən axşam ona xüsusi uzun məktubu yazdım nəfsimin qarşısında durmadım və yeri gəlmişkən baş vermiş hadisədən belə istifadə etməyi qərara aldım, hansı ki, qızın təxmininlərini təsdiq etməli idi. Məni oyuna ikinci marionetkanı daxil etmək fikri əyləndirirdi. Səhər mən sadəcə qorxdum — onun bütün gizgiləri ən güclü təlaşı ifadə edirdi. Xoşbəxt həyəcan yerini mənə anlaşılmayan əsəbiliyə vermişdi, gözlər göz yaşlarından qızarmış, hansısa bir gizli ağrı onu parçalayırdı. onun sükutu məzlum qışqırıq kimi görünürdü, alını kədərlə qaşqabağını tökmüş, tutqun, acı ümidsizlik baxışlarında donmuşdu, halbu ki, məhz bu gün mən aydın, sakit sevinci görməyi ümüd edirdim. Mən qorxmağa başladım. İlk dəfə mənim oyunuma hansısa gözlənilməzlik gizlincə süzülürdü, Marionetka tabe olmaqdan imtina edir və mən istədiyimdən tamamilə fərqli oynamağa başlamışdı. Oyun məni qorxutmağa başladı, mən hətta onun gözlərində tənə görməmək üçün bir günülük getməyə qərar verdim . Mehmanxanaya qayıdandan hər şey bəlli oldu: onların masası açıq deyildi, getmişdilər. O getməyə məcbur oldu, nə oğlana sözünü deyə bildi, nə də evdəkilərə ürəyini açıb, yalvarıb onlardan daha bir gün, heç olmasa bir saat ala bildi; onu şirin xəyallardan qopardılar və hansısa tənha yazıq əyalətə apardılar. Bu haqda mən heç düşünməmişdim. Onun son baxışı indiyədək ağır ittihamlarla mənə nüfuz edir, qəzəbin, ümidsizliyin və acı ağrının bu partlayışı və ola bilər ki, mən onun həyatını uzun müddətlik silkələmişdim. O susdu. Gecə bizim üçün arxada qalırdı və ay buludlardan yarıgizli torpağa qəribə, sayrışan işıq səpələyirdi. Ulduzlar da, uzaq qığılcımlar da, gölün solğun hamar səthi də ağacların arasından sallanırmış kimi görünürdü. Sonra biz dinməz irəlilədik. Nəhayət mənim yoldaşım sükutu pozdu:

— Buda son. Qısa hekayə üçün necədir ?

— Bilmirəm, sizə nə demək olar. Hər halda, bu maraqlı tarixdir, mən onu yaddaşımda başqalarıyla birlikdə saxlayacağam. Sizə hekayəniz üçün çox təşəkkür edirəm. Amma onu hekayə adlandırmaq olamı? Bu yalnız əla girişdir, güman ki, məni növbəti hekayələrə vadar edə bilər. Axı bu insanlar — onlar ancaq əlaqə saxlamağa vaxt çatdırdılar, xarakterləri onları müəyyən etmədi, bu insan taleyi üçün ilkin şərtlərdir, amma hələ taleyin özü deyil. Onları sona kimi yazıb qurtarmaq lazımdır. Sizin fikiriniz mənə aydındır. Gənc qızın sonrakı həyatı, ucqar şəhərciyə qayıdış, gündəlik mənasız həyat sürmənin dərin faciəsi.

— Yox, hətta bu da deyil. Qəhrəman məni daha məşğul etmir. Bu yaşda qızlar az maraqlıdır, onlar özlərinə əhəmiyyətli görünə bilər, ancaq onların bütün həyəcanları uydurulmuşdur və buna görə monotondur. Qız zamanı gələndə yaşadığı ərazidəki hörmətli adama ərə gedəcək və bu hadisə onun xatirələrinin ən parlaq səhifəsi qalacaq. Xeyr, o məni maraqlandırmadı.

— Qəribədir. Amma mən anlamıram, cavan insan sizdə nə ilə maraq oyada bilər. Belə ötəri alovlu baxışlar gənclik illərində hər kəsin payına düşür; əksəriyyət sadəcə buna fikir vermir, başqaları isə — tezliklə unudurlar. Bunun nə olduğunu anlamaq üçün qocalmaq lazımdır və həyatın hədiyyə etdiyi hər şeydən təmiz, ən gözəl bir şey var, bu da müqəddəs gənclik haqqıdır. — Və məni heç də cavan insan maraqlandırmır.

— Bəs onda kim?

— Mən məktubların müəllifini seçərdim, yaşlı bəy əfəndi, bu obrazı qələmə alardım. Düşünürəm ki, hər yaşda ehtiraslı məktubları yazmaq və xəyali sevgiylə alışaq olmur. Mən oyunun necə həqiqətə çüvrilməsini təsvir etməyə çalışırdım, o necə düşünür, oyunu idarə edir, hərçənd oyun çoxdan onların özünü idarə edirdi. Qızın çiçəklənən gözəlliyi ona necə görünür, kənardan müşahidə edirsə də əslində onu dərin narahatlıq bürüyür və onu qandallayır. Hər şeyin əlldən çıxıb getdiyi anda, yarıda qalmış oyuna görə əzablı qəm onu ağuşuna alır… oyuncağı.

Mənim diqqətimi o hiss çəkdi ki, yaşlı insanının ehtirası, cavan oğlanın keçirdiyi ehtirasa oxşamağa başladı, çünki hər ikisi sevgiyə layiq olmadıqlarını hiss edirlər; mən qocanı nisgilləşməyə və qorxmağa məcbur edərdim, o dinclikdən məhrum olardı, qızı bir daha görmək üçün onun dalınca gedərdi — və son anda yenə də onun gözlərinə görünməyə cəsarət etməzdi; mən onu növbəti illərdə onunla görüşmək ümüdiylə köhnə yerə getməyə, taleyə xoşbəxt hadisəni yenidən geri qayıtması üçün yalvarmağa məcbur edərdim. Lakin əlbəttə tale, amansız olacaq. Mən bax bu planda hekayəni təsəvvür edirəm. Və bu alınardı…

— Yəqin ki, mümkün deyil!

Qəflətən səksəndim. Onun kəskin, xırıltılı səsinin təhlükəsi məni dayandırdı. Mən yoldaşımı heç vaxt belə həyəcanlı görməmişdim. Həqiqət məni oyatdı: hansı yaraya toxunduğumu anladım. O birdən dayandı və mən ürək ağrısıyla onun ağ saçlarının necə gümüş kimi parıldadığını gördüm. Mümkün qədər tez mövzunu dəyişmək istəyirdim, amma o yenidən qəlbən və yumşaq, yüngül qəmlə rənglənmiş sakit, bərabər səs tonuyla danışdı. Ola bilər, siz haqlısız. Bu, çox güman ki, daha maraqlı olardı. “L’amour coıte cher aux vieillards” [1] — belədir deyəsən, Balzak öz romanlarından birinin ən təsirli səhifələrini həmin başlıqla vermişdi və bu başlıq tarixlər üçün hələ çox gərəkli olacaq. Bu həqiqətdir ki, qoca insanlar, hansılar ki, hər şeyi yaxşı bilirlər, öz zəiflikləri haqda deyil, qələbələrindən danışmağa üstünlük verirlər. Onlar gülməli görünmək istəmirlər, ancaq bu yalnız əbədi tale kəfkirinin tərəddüdləridir. Doğrudanmı siz inanırsınız ki, Kazanovanın xatirələrində məhz qocalığı təsvir etdiyi fəsillər “təsadüfən itmişdi” ? Hardakı, o başdan çıxaran birindən dəyyusa, yalançıdan aldadılmışa çevrilir. Bəlkə onun yazmağa sadəcə cəsarəti çatmamışdı? O əlini mənə uzatdı, onun səsi yenidən tam olaraq sakit, ehtirassız səslənirdi.

— Gecəniz xeyirə! Mən görürəm, cavan insanlara belə tarixləri danışmaq təhlükəlidir, həm də yay gecələrində. Bu onları dəlisov fikirlər və boş xəyallara dalmağa ruhlandırır. Gecəniz xeyirə.

O çevrildi və öz elastik yerişiylə qaranlığa getdi, illərə ancaq möhür qoymağa vaxt tapmış yerişiylə. Artıq gec idi. Gecənin yumşaq bürküsündə mənə tez yiyələnən yorğunluğu, bu gün keçirdiyim həyəcana görə hiss etmirdim. O həyacan ki, qeyri-adi bir şeylə rastlaşanda qanını coşdurur yaxud hansısa yad insanın hislərini özününküymüş kimi yaşayıb, narahat olursan. Mən Karlotta villasına sakit və qaranlıq yola çatdım. Gecə çox gözəl idi. Belladjionun — əvvəllər ağacların arasındaymış kimi sayrışan işıldaquşları xatırladan işıqları, indi sonsuz uzaq görünür və biri digərinin ardınca yavaş-yavaş qalın zülmətə yuvarlanırdı. Göl sahilboyu çərçivəyə salınmış qara almaz kimi parıldayaraq susurdu. Ağ əllər işıqlı klavişlər üzrində asan qaçdığı kimi, sıçrayan dalğalar da pilləylə yüngül gurultu salaraq toqquşurdu. Səmanın solğun uzaqlığı minlərlə ulduzla örtülmüş və hüdudsuz görünürdü, ulduzlar təntənəli sükutda parıldayır, yalnız hərdən bir ani saçan qığılcım onları sürətlə tərk edir və yay gecəsinə atılırdı, qaranlığa, vadilərə, dərələrə, uzaq dərin sulara, ünvan bilmədən atılırdı, kor qüvvə tərəfindən qaranlıq talelərin ölçüyəgəlməz dərinliyinə atılmış insan həyatı kimi.

[1] Sevgi qocalara baha başa gəlir

--

--