Üzeyir Hacıbəyov: Tazə xəbər

Leyla Karimova
ÖzünÖyrən
Published in
2 min readMay 22, 2019
Mənbə: https://az.wikipedia.org/wiki/%C3%9Czeyir_Hac%C4%B1b%C9%99yov

Eşitdiyimizə görə şəhər idarəsi belə qərar qoyubdur ki,

daha indidən belə müəllimlərlə alış-veriş eləsin. Məsələn, elə

müəllim var ki, iyirmi dərsi əlli manata deyir, elə müəllim də

var ki, haman iyirmi dərsi 40 manata deyir. İş belə olan surətdə

daha şəhər idarəsinə nə düşübdür ki, 40 manat yerinə 50 manat

versin? 10 manat təfavüt eləyir, zərafət deyil! O ki, qaldı dərs

yaxşımı olacaq, pismi onun şəhər idarəsinə dəxli yoxdur.

Məlum olduğu üzrə müsəlmanlar içində ən əvvəl danos

yazanlar bəylər oldular. Sonra bu adət kənd yüzbaşılarına

keçdi, sonra hacılarımız və qara və qırmızı və ağ saqqallarımız

dəxi bu işi çox bəyənib adətkərdə oldular.

Əhvalat bu üzrə ikən müəllimlərimiz gördülər ki, adə,

rusca bilən bunlar, zakona bələd olan bunlar, amma danos

yazan özgələr!…

Yox, belə olmaz deyib, müəllimlərimiz dəxi bir-birlərindən

danos yazmağa şüru edibdirlər. Ümmidvar olmalıdır ki,

bu «gözəl» adət əhalimizin sair sinifləri arasında da intişar

tapıb, bir qədərdən sonra bütün Rusiya müsəlmanlarının hamısı

danos yazan olacaqlar.

Gəncə müxbirimiz yazır: İrandan buraya bir adam gə

libdir, həm molladır, həm seyiddir, həm kərbəlayi, həm də

məşədi. Məzkur «müqəddəs» şəxs Gəncəyə varid olan kimi,

əhalinin orucluq günü qəzetə oxumaq kimi böyük məsiyətlərə

mürtəkib olduğunu görüb çox acığı tutdu və moizə əsnasında

şeytan barəsində camaata bir məlumat veribdir ki, eyni budur:

Dünyada iki cür şeytan vardır. Onların biri dəli və o biri

də ağıllıdır.

Zəmani ki, dəli şeytan insanın qəlbinə girir, insan haman

75

dəm dəli olur və zəmani ki, ağıllı şeytan insanın qəlbinə daxil

olur, insan haman dəm….

Cənabi «müqəddəs» istəyir desin ki, ağıllı olur, amma

onun əvəzində camaata üç dana səlavat çövürdüb, özü də fikrə

gedibdir və sonradan sonraya deyibdir: dünyada nəki maşın,

piraxot var hamısını icad edən ağıllı şeytandır, qəzetə yazanlar

dəxi haman ağıllı şeytan cümləsindəndir. Ona görə onlara yaxın

durmaqdan ictinab etməlidir.

İdarədən: Piraxot məsələsindən məlum olur ki, axund

Arazdan keçib gələnlərdəndir.

--

--