İl ərzində neçə kitab oxuyursunuz?

Fatmahajiyeva
ÖzünÖyrən
Published in
2 min readNov 14, 2019

“Yaxşı kitab çox qiymətli xəzinədir.”

–Həsən bəy Zərdabi

Bir çox dahi insanlar çoxlu kitab oxuyurlar. Məsələn, Microsoft şirkətinin qurucusu, Bill Gates ildə təqribən 50 kitab oxuyur, mütəmadi olaraq öz Goodreads səhifəsində, oxuduğu kitablar barədə fikirlərini də paylaşır. Bu insanlar çox məşğul olsalar da ildə bu qədər kitabı oxumağa zaman ayıra bilirlər.

Bəs siz il ərzində neçə kitab oxuyursunuz? Bu suala cavab verməkdə yəqin ki, çoxumuz çətinlik çəkərik. Texnologiyanın sürətli inkişafını bəhanə gətirərək, kompüterdə sosial şəbəkələrdən ayrıla bilmirik. Elektron kitabların karımıza çatdığı barədə də danışırıq, amma bu kitabları da oxumağa başlayırıq, sona çatdırmağa çoxumuz tənbəllik edirik. Bu “xəstəliyi” özümüzdən aralayıb kitab oxumağa yönəltsək, həm sağlamlıq cəhətdən faydalı olar, həm də vaxtımızı düzgün bölməyi öyrənə bilərik.

Yəqin ki, çoxunuz il ərzində 2–3 kitabdan çox oxumursunuz. Böyük ehtimal ki, buna səbəb zamanınızı düzgün bölüşdürməmənizdir. Elə isə il ərzində 30–40 kitabı necə oxumağın sirrləri nədən ibarətdir?

Gəlin sadə hesablama aparaq. Bir ildə 365 gün var, əgər gün ərzində cəmi 30 dəqiqənizi kitab oxumağa ayırsanız bir ildə 10950 dəqiqə edər. Statistikaya görə orta hesabla bir kitabda təqribi 70–80 min söz olur. Eyni zamanda orta hesabla bir insan dəqiqədə 250 söz oxuya bilir. Sadə hesablama ilə baxsaq, bir ildə 250*10950=2737500 söz oxuya bilərik. Bununla da il ərzində 2737500/70000=39 kitab oxuya bilərik.

Sadəcə olaraq hər gün intizamlı şəkildə 30 dəqiqə vaxt ayırmaq kifayət edər. Əgər gündə 30 dəqiqə deyil, 1 saat sərf etsək, bu rəqəm ikiyə vurular. Əlavə olaraq, sürətli oxu texnikası ilə məşğul olsaq, o zaman il ərzində daha çox kitab oxuya bilərik.

--

--