Leyla Karimova
ÖzünÖyrən
Published in
2 min readJun 6, 2019

--

Oruc tutmaq

Sağlamlıqla bağlı məlumatlandırıcı mənbələrin artması ilə populyarlaşan “oruc tutmaq” ənənəsinə müxtəlif dinlər və mədəniyyətlərdə rastlaşmaq olar. Bu ənənə yeni bir tapıntı deyil. Oruc tutmaq müxtəlif mədəniyyətlərə xas olduğu kimi, müxtəlif qaydalarla da tutulur. Bir çox oruc ritualları 24–72 saat çəkir.

Oruc tutmanın insana müxtəlif xeyirləri elm tərəfindən sübut edilmişdir:

· İnsulin müqavimətini azaldaraq qanda şəkərin tənzimlənməsinə kömək edir

· Bədəndə iltihablanmanın azalmasına səbəb olur

· Qan təzyiqi, xolesterol və piylənməni tənzimləyərəq ürəyin sağlamlığına müsbət təsir edir

· Beynin fəaliyyətini sürətləndirir və neyrodegenerativ pozulmaların qarşısını alır

· Artıq kalori qəbulunu azaltmaq və metabolizmi artırmaqla artıq çəkidən azad olmağa yardım edir

· Yaşlanma prosesini ləngidir, əzələlərin gücünü artırmağa kömək edir

Araşdırmalar göstərir ki, 12–24 saat oruc tutduqda bədəninizdəki yağlar qana qarışaraq enerjiyə dönür. Bu halda bədənimiz yaşamaq üçün yağ yandırır. Yağ yandırma zamanı ayrılan keton beyinimizdəki yaddaşdan məsul neyronların, sinir hüceyrələrinin əlaqəsinə və gücləndirilməsi üçün lazımi molekulların buraxılmasına səbəb olur.

Oruc tutmağın müxtəlif mədəniyyətlərə və həkim məsləhətlərinə əsaslanan qaydaları var:

· Tamamilə yemək və maye qəbulundan imtina ilə tam aclıq

· Yalnız su qəbulu ilə oruc tutmaq

· Rasiondan müxtəlif yeməkləri çıxarmaqla oruc tutmaq

· Ət məhsullarını çıxarmaqla oruc tutmaq

· Gündə yalnız əvvəldən müəyyən edilmiş qaydada yemək qəbulu

· Kalori sayımı etməklə

· Kofein, spirtli içkilərdən imtina ilə

Oruc tutarkən bədəninizdəki su kütləsinin kifayət qədər olmasına fikir verməlisiz, hətta siz tam aclıq və susuzluq orucundan olsanız belə buna öncədən nəzər yetirməlisiniz. Ümumiyyətlə oruc tutduqda bədəninizdə nə baş verməyi ilə bağlı öncədən məlumatlı olmanız vacibdir. Oruc tutarkən ağır fiziki hərəkətlər və işlərdən uzaq durmaq məsləhət edilir.

Oruc tutmaq həm də sizin yemək vərdişlərinizi qaydaya salmağa yardım edir. Oruc tutduqdan sonra mütləq yediyiniz qidalara fikir verməlisiniz. Orucluq vaxtı bədəndə su kütləsini qorumaq, orucu açdıqda necə qidalanmaq, ac qaldığınız müddətdə özünüzü pis etməmək üçün öncədən nələri qəbul etməklə bağlı məlumatlanmaq üçün mütəxəssislərin məsləhətlərinə qulaq asmaq lazımdı.

Bəzən müxtəlif xəstəliklər zamanı da müxtəlif qaydalı oruc tutmaq məsləhət görülür. Bu proses mütləq şəkildə həkim məsləhəti və nəzarəti ilə edilməlidir. Əgər siz diabetdən, aşağı qan şəkərindən əziyyət çəkirsinizsə oruc sizə pis təsir edə bilər. Bu zaman qan şəkəri aşağı endiyindən bu proses sizin üçün təhlükəli ola bilər. Bundan əlavə yaşlı, çəkisi normadan aşağı olan insanlar da oruc tutmazdan öncə həkimlə məsləhətləşməlidirlər.

--

--