Ramin Mahmudzade
ÖzünÖyrən
Published in
3 min readFeb 18, 2019

--

Proqramçılar üçün bəzi məsləhətlər

İndi sizlərlə bəzi məsləhətləri paylaşacam. Sıra sayını sıfırdan başlayıram. İndeksləri sıfırdan başlamağa öyrəncəliyəm.

0. Proqramlaşdırın. Hər gün. Proqramlaşdırma haqqında danışmaq yox, onunla məşğul olmaq lazımdır. Axı proqramlaşdırmanı öyrənmək üçün… proqramlaşdırmaq lazımdır! Mütəxəssis olmaq üçün də proqramlaşdırmaq lazımdır. Təsadüf deyil ki, Linus Torvalds belə demişdir: “Söz söhbət heçnəyə dəyməz. Mənə kodu göstər.”

  1. Yazmağı öyrənin. İzahat yazmağı, şərh yazmağı, texniki tapşırıq yazmağı öyrənin ki, kodunuz digər proqramçılara da aydın olsun. Bu da o deməkdir ki, digər proqramçılar da sizin kodunuzu istifadə edə biləcək.
  2. Həll edəcəyiniz məsələyə uyğun alqoritmi açıq aydın izah etməyi öyrənin. Təsadüf deyil ki, böyüklər deyib ki, əgər proqramçı öz proqramının alqoritmini izah edə bilmirsə onun proqramlarından qətiyyən istifadə etməyin.
  3. Martin Golding-in sözləri ilə ifadə etsək, məsləhət bilirəm ki, zənn edəsiniz ki, sizin proqramınızın ilk istifadəçisi harada yaşadığınızı bilən zorakılığa meyilli psixiki xəstə olacaq.
  4. C proqramlaşdırma dilini təhsilinizi bitirməkdən öncə öyrənin. Göstərici (pointer)-lərlı və rekursiya ilə işləməyi anlayın. Sonra isə istədiyiniz dildən istifadə edə bilərsiniz.
  5. Təhsilinizi bitirmədən öncə iqtisadiyyatı öyrənin. Biznesin əsaslarını anlayan proqramçı bunu bilməyən proqramçıdan daha dəyərlidir.
  6. Proqramlaşdırma ilə aktiv olaraq məşğul olan kurs və seminarlarda iştirak edin.
  7. Ədəbiyyat oxuyun, proqramlaşdırmanın klassik müəlliflərini oxuyun. Heç olmasa Proqramçının Kitabxanası seriyasından oxuyun: Brooks, Martin, Joel, McConnell, Jordan — bu tam siyahı deyil. Ən məhşur proqramlaşdırma dillərinin yaradıcıları ilə dialogları tapıb oxuyun (Federico Biancuzzi, Shane Warden).
  8. Fantastika janrını oxuyun və sevin, çünki fantastika və xəyallar bizim reallığımızın əsasını təşkil edir. Təxəyyülü olmayan proqramçı sadəcə koderdir.
  9. George Carrtte ilə razılaşaraq deyirəm: Proqramlaşdırma elmini və bütün nəzəriyyəsini öyrənin. Bunun davamı olaraq öz stiliniz üzərində işləyəcəksiniz. Sonra isə hər şeyi yaddan çıxarın və sadəcə proqramlaşdırın. Üzrlü sayın, amma burada bir balaca izahata ehtiyac olduğunu düşünürəm: anlaşılandır ki, tələbələrin hər şeyi yaddan çıxarın hissəsindən xüsusən xoşu gəlir (yəni öyrənməmək də olar). Yaxşı anlamayanlar üçün (belələri varsa) hər ethimala qarşı yenidən deyim: Elmi elə öyrənin ki, hər şeyi unutsanız da avtomatik olaraq bu biliklərdən yararlana biləsiniz (yəni biliklər sizin şüurunuza hopub daxili biliyinizə çevrilsin, hətta hissiyyat səviyyəsində).
  10. Dillərdən birinin yaradıcısının dediyi kimi: mütləq və doğru bir proqramlaşdırma dili yalnız xüsusi bir sahə üçün mövcud ola bilər, vəssalam. Bəs dünya xalqlarının çoxlu dilləri arasında hansı şifahi və yazılı nitq üçün ən uyğundur? İtalyan dili? İngilis dili? Bəlkə başqası? Buna cavab tapa bilərsiniz? Yox, çünki bütün dillər onların yarandığı ərazi və mədəniyyətin xüsusiyyətlərindən asılıdırlar. Buna görə də mükəmməl dil yoxdur. Eyniliklə mükəmməl proqramlaşdırma dili də yoxdur.
  11. Alqoritmləri öyrənin. Hissiyyat və intuisiyaya əsaslanan proqramlaşdırma artıq yersizdir. Bakıda baş vermiş real hadisədir, işə qəbul zamanı müsahibədə soruşublar: Quick Sort və Pyramid Sort (Heapsort) arasındaki fərqi və hansının harada istifadə etmək lazım olduğunu izah edə bilərsiniz?
  12. Parallel proqramlaşdırmanı öyrənin — çoxlu hesablama nüvələrindən yararlanmaq vaxtıdır. Parallel proqramlaşdırma ona görə çətin gəlir ki, bu sahəni çoxu pis bilir, maşın arxitekturalarını, verilənlərə çıxış üçün müxtəlif şablonları, imkan və resurs məhdudiyyətini anlamırlar.
  13. Bu sonuncudan əvvəl paylaşacağım məsləhət heç xoşuma gəlmir, amma Sokrat demişkən: Həqiqət hər şeydən üstündür. Sizdən yaşca böyük olanların heç bir məsləhətlərini ciddiyə almayın — proqramlaşdırmada onlar artıq dinozavr olublar (köhnəliblər).
  14. Və nəhayət, sonuncu məsləhət — artıq heç bir məsləhət qalmadı!

24 Dekabr 2013, Park Inn-də keçirilən tədbirdəki çıxışdan

Tərcümə: Rəşad Əliyev, 16 Fevral 2019, Decon, Cənubi Koreya

--

--