Leyla Karimova
ÖzünÖyrən
Published in
3 min readApr 20, 2019

--

Uşaqlarda ikinci dil məsələsi

Mənbə: https://en.wikipedia.org/wiki/Multilingualism#/media/File:Brussels_signs.jpg

1990-cı illərdə bir çox amerikalı qəyyumlar övladlarına ikinci dil öyrətməməyin səbəbini uşaqların düzgün düşünmə tərzinin inkişaf etməyəcəyindən qorxmaqla izah edirdilər. Həqiqətən də 1990-cı illərin sonlarında analitiklər uşağın bir dildə yaxşı danışmadan, müvəffəqiyyət əldə etmədən ikinci dil öyrənməsinin ona heç bir xeyri olmayacağını, bu dildə də uğur qazanmayacağını bildirən araşdırma nəticələri yaymağa başladılar və bu halda iki yarımçıq dil bilgisinə gətirib çıxardır. Daha dəqiq desək uşaq nə birinci öyrəndiyi dildə tam danışa bilir, nə də ikinci öyrəndiyi dildə. Bu təcrübəyə inanların fikrincə uşaqları ikinci dillə 11–13 yaşlarına kimi tanış etməyə ehtiyac yoxdur. Buna baxmayaraq son araşdırmaların nəticələrinə görə isə bu qorxu əsassız və sübut olaraq o göstərilir ki, bir insan 10 yaşından sonra yeni dil öyrənikdə ikidilli olmayacaqdır. Əmin olun ki, ikinci dil öyrənməyə nə qədər tez başlasanız bir o qədər yaxşıdır.

Nəzərə alın ki, başlanğıc səviyyəni keçdikdən sonra başqa dialetklərlə rastlaşa bilərsiniz. Dilin başqa dialektlərini təcrübədən keçirməyin beyin üçün çox üstünlükləri var və heç vaxt yerlilər kimi danışmayacağam- deyə qətiyyən düşünməyin. Yaşınızdan asılı olmayaraq yeni dil öyrənməyi daha əyləncəli və sadə hala gətirən tətbiqlərdən istifadə edərək repetisiyalar edin. (fransız, ispan və ya çin dili)

Uşağın qabiliyyətinin yönünü təyin edin

Aydındır ki, övladınızın ikidilli olması hər hansı bir xarici dil bilməməsindən daha yaxşıdır. Əgər övladınızın beyni hər iki dilin strukturunu qavrayarsa o hər iki dildə də danışıq məşqləri tələb etməyəcəkdir.

İlk ay: Yeni doğulmuş körpələrdə saniyədə 3 milyona yaxın sinaptik assosasiyalar yaranır. Övladınız nəyi eşidir, görür, dadır, hiss edir və toxunursa beyinlə əlaqələnir və yaddaşında saxlanılır.

Bir-altı ay arası: Bu periodda uşaqlar planetdəki bütün dialektlərdəki səsləri çıxarma imkanına sahibdirlər. Halbuki, körpə yalnız ətrafındakı sözləri və səsləri istifadə edərək necə danışmaq lazım olduğunu öyrənəcəkdir.

Altı-səkkiz ay arası: Artıq körpənin beynində təxminən 1000 trilyon sinaptik assosasiya var. Bu yaşdan sonra assosasiyaların sayı azalmağa başlayacaqdır. Normal uşaqların artıq 10 yaşında yaranmış assosiyaların böyük bir qismi itirilir. Hər hansı bir diaqnoz qoyulmamış yetişkin insanda assosasiyaların sayı beş yüz trilyondur və bu rəqəm sabit qalacaq bir rəqəmdir.

12 yaş — Bu yaşda beyində təmizlənmə olur. Artıq bu yaşda uşağın beynində onun diqqət, dil və ya başqa bacarıqlara meyillik qabiliyyəti qurulur. Bu yaşda artıq beynin pəncərələri bağlanır və əsas işi tamamlanır.

Belə olanda halda niyə bəzi qəyyumların uşaqlara ikinci dillə 11–13 yaşlarında tanış etməyin daha uyğun olduğuna inandığını anlamaq olar. Bu yaşda uşaqları tapşırıqları daha effektiv şəkildə edir və lazımi səviyyəyə kiçik yaşda başlayanlardan daha tez çatır. Buna baxmayaraq ikinci dillə bu yaşda tanış olan uşaqlar dili onlardan daha tez yaşda başlayanlar kimi öyrənmirlər. Amma istisna hallar da olur. Xarici dildə təhsil, ətraf aləmin dili təsir göstərə bilər.

Müxtəlif alimlərin fikirlərinə görə beyində xarici dil öyrənmə qabiliyyəti pəncərəsi 6–7 yaşlarında artıq bağlanır. Nəticə etibarilə uşaqlara yeni dil öyrətməyə doğumundan sonra və ya yuxarıda göstərilən uyğun bir zamanda başlamaq lazımdır. Bu yazı təbii ki, sadəcə bir araşdırmanın nəticəsidir, amma, bir çox dilçilər yeni dil öyrənmək üçün daha kiçik yaşlarda başlamağın tərəfdarıdır.

--

--