Vikipedia onlayn ensiklopediya

Leyla Karimova
ÖzünÖyrən
Published in
2 min readMay 1, 2019
Vikipedianın loqpsu

Vikipediya (ingiliscə Wikipedia) — İnternetdə dünyanın müxtəlif dillərində azad şəkildə yayımlanan, viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan ensiklopediyadır. Vikipediya 2001-ci ildə Cimmi Uels və Larri Senger tərəfindən yaradılmışdır. Yarandığı dövrdən, Vikipediyadakı istifadəçi və məqalə sayı davamlı artır, ensiklopediya getdikcə daha çox məşhurluq qazanır. İnternetdə Viki texnologiyası ilə işləyən ən nəhəng layihə Vikipediya (Wikipedia) — azad onlayn ensiklopediyasıdır. Ensiklopediyanın adı ingilis texniki termini olan “wiki” (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində “tez” deməkdir) və “encyclopedia” (ensiklopediya) sözlərindən yaranıb. Vikipediyanın yaradıcılarının tamamilə fərqli fəlsəfəyə əsaslanan, biliklərini paylaşmaq istəyən insanların birgə təşəbbüsü ilə dünyanın ən dolğun İnternet ensiklopediyasını yaratmaq qərarı tezliklə özünü doğruldur və Vikipediya ən çox oxunan 25 saytdan biri olur. Vikipediyanın Britannika kimi digər internet ensiklopediyalardan fərqi onun açıq olması, yəni istənilən internet istifadəçisinin onu əlavələr və redaktə edə bilməsidir.

Onlayn ensiklopediyada dünyanın müxtəlif ölkələrindən olan istifadəçilər tərəfindən 303 dildə məqalələr yerləşdirilmişdir.

Ensiklopediyanın əsas tələbi yazılan məqalələrdə və əlavə edilən məlumatlarda neytral nəzər nöqtəsinin (NPOV — Neutral Point Of View) qorunmasıdır.

Ensiklopediyanın açıq olmasının üstünlük yaratması ilə bərabər ortaya problemlər də çıxarır. Məsələn: azərbaycanlı və erməni istifadəçilər arasında Qarabağ və s. mövzularda qızğın müzakirələr getməsinə yol açır.

Bu gün minlərlə insan Vikipediadan mənbə kimi istifadə edir. İngilis dilində olan Vikipedia dünyanın ən çox oxunan saytları arasında ilk yerlərdədir. Ensiklopediyadan istifadə üçün kompüterin olması vacib deyil. Ensiklopediyanın mobil tətbiqinin olması istifadəçilər üçün rahatlıq yaradır. Bu tətbiqlərdən istifadə etmək həm özünüz, həm övladınız üçün daha əlverişli olacaqdır.

İstədiyiniz zaman açıb oxuduğunuz, mənbə kimi istifadə etdiyiniz Vikipediayada özünüz də qeydiyyatdan keçərək məqalələr əlavə edə bilər, yaradılmış məqalələri redaəktə edə bilərsiniz. Bunun üçün əsas olan qeyd olunduğu kimi neytrallığı qorumaq, mənbələri qeyd etməkdir. Digər texniki şərtlərlə ensiklopediyanın aidiyyatı bölməsində tanış ola bilərsiniz.

--

--