Zettelkasten: produktivliyi artırmaq yolu

Malik Mammadov
PASHA Bank
Published in
5 min readFeb 3, 2021

Hamımız Wikipediadan istifadə edirik. Çox vaxt bir məqalədəki linklərlə keçid edib, yeni bir məlumat alırıq. Fikir vermisinizsə, əsas məqalə digər məqələlərlə link şəklində bağlı olur və bu bir tərəfdən ümumi bir mərkəzin və asıllığın olmamağına gətirir. Digər tərəfdən isə hansısa ideyanın bu formatda inkişaf etdirməyə imkan yaradır.

Bu yanaşmanı öz produktivliyində və işində ilk dəfə Niklas Luman tətbiq edib. Niklas Luman inanılmaz dərəcədə məhsuldar bir tədqiqatçı olub. Fəaliyyətinin 40 ili ərzində sosiologiya, biologiya, riyaziyyat, kibernetika və kompüter elmləri kimi müxtəlif mövzuları əhatə edən 70-dən çox kitab və 400 elmi məqalə dərc edib. Orta hesabla karyerasının dörd ilində yeddi kitabdan əlavə, sonsuz bir sıra məqalələr yazıb. Bu kitablar və məqalələr, Lumanı 20-ci əsrin ən əhəmiyyətli sosioloqlarından biri saymağa imkan verir.

Lumanın məhsuldarlığı, köhnə alətlərdən necə istifadə etdiyini düşündüyünüz zaman daha təsirli olur. Ölümündən əvvəl Wolfgang Hagen-ə verdiyi bir radio müsahibəsində Luman kompüter istifadə etmədiyini, yalnız iki barmağı ilə bacarıqsız şəkildə çap maşınında çap, adi kağız və qələmdən istifadə etdiyini demişdi.

Niklas Luman

Zettelkasten isə, Niklas Luman tərəfindən hazırlanmış bir bilik idarəetmə sistemidir. Sosioloji dairələr xaric o qədər də məşhur olmayan Luman, işinə görə yox, biliklə işləmək yanaşmasına görə maraq oyadır. Luman ömrü boyu “Zettelkasten” adlandırdığı bir kart sistemi üzrə çalışırdı. Hər karta bunlar daxil idi:

— Nömrə (təsadüfi, məsələn, 32, 32a, 32a1), — Qısa təsvir olunan bir düşüncə — öz sözləri ilə, götürülmüş bir fikirdirsə, mənbəyə bir keçid. Luman bir daha mənbələrə qayıtmırdı, kitabları yenidən oxumurdu, buna görə oxuduqlarının mənasını keyfiyyətli şəkildə çıxarmağı xüsusilə vacib sayırdı. — Bu kartla əlaqəli digər kart nömrələrinə bağlantılar.

“Zettelkasten” sözünə gəldikdə, bu söz Proto-Alman dilindən gəlir və iki kökü var: “Zettel” bir not və ya kağız parçası, “Kasten” isə bir qutu deməkdir. Lumanın zettelkastenı bir mebel idi, ağzına qədər kağız notları ilə doldurulmuş qutular və altı adi rəf. Görünüşü budur:

Kartların məhdudiyyətləri var idi, buna görə də fikir bir karta yerləşmirdisə, yeni kartı orijinal ilə bağlayırdı. Kartlar əlifba sırası ilə deyil, rəqəmlərlə (heç bir mənası olmayan) sıralanırdı. Bir sözlə, bu, müəllifinin son dərəcə məhsuldar olmasına imkan verən sistemdir. Luman bu sistemini bir məlumat bazası deyil, həmsöhbət adlandırırdı.

Qeydlər dolduqca zettelkasteniniz, mürəkkəb bir bilik və linklər şəbəkəsinə oxşayacaq, bu da daha çox insan yaddaşına bənzəyəcəkdir.

Bu prinsiplə Wikilinks adlı Wikipedia oxumaq üçün mobil əlavə işləyir.

Sistemin qurulma əsasları

Açar sözlər Sistemimizdə kateqoriyalar və mövzular sistematik olmadığından qeydləri tapmaq və onları yenidən açmaq üçün bir mexanizm yaratmalıyıq.

Əlbətdə ki, bir kompüterdən istifadə edərək axtarış apara bilərik, amma not, məsələn, məhsuldarlıq ilə əlaqədardırsa, və ya notun mətnində bu barədə bir söz yoxdursa?

Çıxış yolu açar sözlərdən (tag) istifadə etməkdir. Bu, kağız sistemində xüsusilə vacibdir.

Real qutularla işləsək, açar sözlərinin yerləşdiyi kartlar üçün ayrıca bir reyestr olmalıdır (ayrı qutu). Bu reyestra baxıb, istədiyimiz fikrin hansı qutuda yerləşdiyini tap bilərik

Biblioqrafiya Biblioqrafik məlumatların saxlanmasına laqeyd yanaşmaq olmaz. Zaman keçdikcə, oxuduqlarımızı unutmağa başlayırıq və daha da çox bu və ya digər fikrin haradan gəldiyini heç xatırlamırıq.

Çıxış yolu oxunan kitablar, məqalələr və s. haqqında məlumatları saxlamaq üçün ayrı qutu lazımdır.

Bu kartlara bu işə əsaslanan və ya onun tərəfindən təklif olunan qeydlərə linklər də əlavə edə bilərsiniz.

Atomluq İdealda, hər bir yazı yalnız bir aydın şəkildə ifadə edilmiş fikirdən ibarət olmalıdır. Gələcəkdə bu, fikirlər tərtib etməyə, onları mücərrəd etməyə, eyni zamanda əsas prinsiplərindən istifadə edərək anlayışlar arasında əlaqələr yaratmağa imkan verəcək.

Bu üsul fikirlərimizi daha aydın və konkret yazmağa və beyni işlətməyə çağırır.

Ancaq bir biliyi digərindən atomlara ayırmaq üçün çox səy göstərməyin — mükəmməllik burada faydasızdır, yalnız işinizi xeyli ləngidəcək.

Prosses (qısa formada)

— Mətnin oxunması — Mətnə görə qeydlərin yazılması — Daimi aləqəli qeydlərin yazılması — Bağlantıların (linklərin) qurulması

Axtarış

Bütün mövcud vasitələrdən istifadə edin: — Açar sözlər — Biblioqrafik məlumatlar — Kart nömrələri (kağız sistemi halında) — Mətnlə axtarış (elektron sistem halında) — Arxivdə dolaşaraq (tamamilə gözlənilməz kəşflərə səbəb ola bilər)

Elektron formada kart quruluşu

Yeni bir qeyd yaratdığımda, hazırda 12 yanvar 2021-ci il, saat 16:55 olduğu üçün, yaratdığım yeni faylın adını 202101121655-Zettelkasten-barədə-məqalə.txt qoyuram.

Birinci sətir notun başlığı, ikinci sətir tag siyahısı, növbəti sətir yazdığım fikir və son iki sətir sənədlərə linklərdir:

# 202101121655 Zettelkasten-barədə-məqalə
#sosioloqiya #alman #produktivlik
Mən Zettelkasten çox sevirəm.
## Linklər
- [[202112070830-Zettelkasten prinsipləri]]
- [[202112080935-Luman barədə wiki]]

Digər qeyd aparma sistemləri

Siz yəqin ki, bunları etmisiniz:

• Dəftərlərə yazmısınız; • Kitab və dəftərlərin kənarında qeydlər aparmısınız; • Kompüter və mobil əlavələrdən istifadə etmisiniz; • Mətn redaktorlarında qeydlər aparmısınız və qeydlərinizi əlverişli bir fayl sistemində toplamağa çalışmısınız; • Ağıl xəritələrindən (mind map) istifadə etmisiniz; • Stikerlər və təsadüfi kağız parçalarında xaos yaratmısınız.

Bütün bu yanaşmalardakı problem fikirlər arasında əlaqənin olmamasıdır. Yuxarıdakı yanaşmalar fikirləri o qədər möhkəm bir şəkildə kilidləyirlər ki, nəticədə bütün fikirlər kompüterdə, kağızda, stikerdə qalır və istifadə olunmur.

Birinci hissənin sonu. İkinci hissədə bu sistemi qurmaq üçün elektron alətlərdən (tool) məlumat verəcəm.

Ətaflı məlumat üçün link : https://zettelkasten.de/posts/overview/

--

--