Neft sənayesinin zamanlama problemi var

Xam neft ehtiyatı artdıqca, bazara göstərilən təzyiq də artır

Aykhan Zayedzadeh
3 min readMay 1, 2020

Qeyd: Bu məqalə “The Economist”də nəşr edilən 25 aprel 2020-ci il tarixli “Oil markets have a timing problem” məqaləsinin tərcüməsidir.

Neft bir əsrdən çoxdur ki, dünyanın ən zəruri xammalarından biri arasındadır. Aprelin 20-də bunun heç bir dəyəri qalmadı. “West Texas Intermediat” (WTI) markalı xam neftin bir barelinin may ayı üçün olan qiyməti mənfi 40 dollara düşmüşdü. Beynəlxalq neft qiymətlərinin iki masştabından biri (digəri — “WTI”) olan “Brent” markalı xam neftin bir bareli də ucuzlaşmışdı. Aprelin 22-də “WTI” markalı neftin bir barelinin qiyməti 13.78, “Brent” markalı neftin bir barelinin qiyməti isə 20.37 dollara qalxmışdı. Buna baxmayaraq, neft bazarının yenə də bir zamanlama problemi var.

Dövlətlər koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq üçün səylər göstərir. Buna görə də neftə olan tələbat kəskin sürətlə azaldı. Belə bir azalma tarix boyu heç vaxt nümayiş olunmamışdı. Buna baxmayaraq, neftin istehalı, demək olar ki, azalmadı. Beləliklə, rezevuarlar dolmağa başladı. Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və onun əməkdaşları istehsalı azaltmaq üçün tarixi bir müqavilə açıqladı. ABŞ-ın prezidenti Donald Tramp aprelin 20-də bildirdi ki, ABŞ hökuməti Amerikanın strateji ehtiyatını qorumaq üçün 75 milyon barrel xam neft satın ala bilər. Neftin ixracının neft bazarını may, iyun və hətta yay aylarında tənzimləyəcək sürətdə düşməsi real görünmür.

“WTI” markalı xam neftin bir barelinin may ayı üçün olan qiyməti bəzi səbəblərdən özəl olsa da, faciəvi bir ssenarini təsvir edir. Müqavilənin son ticarət tarixi 21 aprel idi. Qiymətlər aprelin 20-si düşdü, çünki ticarətçilər başa düşdü ki, satın aldıqları xam neft may ayında Oklahoma ştatının Kuşinq şəhərində göndəriləcək, amma şəhərdə bu qədər xam nefti saxlayacaq yetərli rezevuar yoxdur.

Qlobal bazara göstərilən təzyiq o qədər də ifrat deyil, ancaq bu təzyiq olduqca oxşardır. “OPEC” və əməkdaşları aprelin 12-də söz verdi ki, may və iyun ayında xam neft ixracatı gündə 9.7 milyon barrelə endiriləcək. Bu, təşkilatın tətbiq etdiyi ən böyük məhdudiyyət idi. Müqavilə çox gec imzalanmışdı. Tələbatın aprel ayında imploziyası ilə mübarizə aparmaq daha da çətinləşmişdi. Beynəlxalq Energetika Agentliyinin apardığı hesablamalara görə, neftə olan gündəlik tələbat bu ayın axırına qədər təxminən 29 milyon barrel azalacaq. 2019-cu ilin aprel ayı ilə müqayisə etsək, bu, qlobal tələbatın üçdə birinə bərabərdir.

Müqavilə neftə olan tələbatın may ayında da davam edəcək tənəzzülünün qarşısını alacaq qədər effektiv deyil. Qoyulan məhdudiyyətlər göründüyü qədər əhəmiyyətli deyil. Müqavilənin əhatə etdiyi 20-dən çox partiyanın hamısı buna riayət etməyəcək. Əlavə olaraq, Səudiyyə Ərəbistanı, Rusiya və təşkilata üzv olan digər ölkələr ixracı fevral ayındakı səviyyəyə əsasən yox, daha yüksək bir səviyyəyə əsasən azaltmağa razı oldular. “Bernstein” araşdırma firması iddia edir ki, kütləvi azaltma gündəlik 7.5 milyona yaxındır.

“OPEC” üzvlərinin nümayəndələrinin keçirdiyi görüşdən görüntü.

Bundan daha dərin məhdudiyyətlərin tətbiq olunub-olunmaması naməlumdur. ABŞ prezidenti Donald Tramp “OPEC” müqaviləsində vasitəçilik etdi və qiymətləri balanslaşdırmaq üçün tədbirlər görür. Beləliklə, ABŞ dünyanın ən böyük neft istehsalçısına çevrildi. Amerikanın strateji ehtiyatlarını satın almaq üçün konqresin bunu təsdiq etməsi lazımdır. Texasdakı nizamlayıcılar dövlətin neft istehsalını məhdudlaşdırmaq istəyirlər, ancaq aprelin 21-də keçirilən toplantıda heç bir nəticə əldə edilməmişdir.

İstehsalatda bazara əsaslanan tənəzzülün yaşanması daha real görünür. “WTI”nin may ayı üçün olan müqaviləsi də bunun əsas hərəkətverici qüvvəsidir. Görünür ki, şirkətlərin elan etdiyi azaltmalar çox ilıqdır. Onlar istehsalı dayandıracaq qədər təsirli deyillər, çünki quyunun fəaliyyətini dayandırmaq şirkət üçün çox bahalıdır. Buna görə də “Bernstein” araşdırma firması iddia edir ki, neftin qlobal təklifi ilin ikinci rübünə qədər gündəlik 13 milyon barreli keçəcək.

Amerikadakı rezevuarlar çox sürətli bir şəkildə dolur. Ehtimal olunur ki, iyun ayında bütün rezevuarlar tamamilə dolacaq. Aprelin 22-də ölkənin Enerji İnformasiya Administrasiyası bildirib ki, xam neft ehtiyatı 519 milyon barrelə çatıb. Qeyd edək ki, rekord hədd 2017-ci ildə nümayiş olunmuşdur. Bu zaman ölkədəki xam neft ehtiyatı 535 milyon barrelə çatmışdı. “Brent” markalı xam neft dəniz vasitəsilə nəql olunur. Buna görə də dənizə çıxışı olmayan “WTI”dan daha az ziyan görüb. Hər halda, “Brent” markalı neft də müəyyən məhdudiyyətlərlə üzləşir. Bazar üzrə məlumat firması olan “Kpler”in verdiyi məlumata görə, gəmilərdə saxlanılan neftin həcmi mart ayının əvvəllərindən bəri 70% artıb. Quru üzərində yerləşən neft rezevuarlarına doğru irəliləyən gəmilərdə daha çox neft var. “Kpler”in iqtisadçısı Reyd Ayansonun apardığı hesablamalara görə, həmin rezevuarların 85%-i indidən dolub.

--

--

Aykhan Zayedzadeh

I’m writing from Baku, Azerbaijan. My interests include history and economics. I’m a Classical Liberal.