Vyana Konqresi və beynəlxalq münasibətlər sisteminin əsasının qoyulması

Rüstəmova Nuray
Poctalyon
Published in
4 min readJun 9, 2020
“Vyana Konqresi” — Auqust Fridrix Andres Kamp
Vyana Konqresi (Avqust Fridrix Andre Kamp)

Tarix boyu həyati əhəmiyyət kəsb edən məsələlərin həllini istəyən dövlətlərin böyüklüyünə və mahiyyətinə görə gələcək üçün çox mühüm hesab edilən bir sıra görüşləri baş tutmuşdur. Böyük əhəmiyyət kəsb edən görüşlərdən danışarkən Vyana Konqresini mütləq qeyd etmək lazımdır — bu, Avropa dövlətlərinin Napoleonik Fransa üzərində qələbəsindən sonra baş tutan 1814–1815-ci illər beynəlxalq konqresidir.

Avropa dövlətlərinin Napoleon imperiyasına qarşı şiddətli və uzun sürən mübarizəsi Fransanın məğlubiyyəti ilə başa çatdı. Öz maraqlarını qorumağa çalışan qaliblər, eyni zamanda, əsas hədəfi Napoleonun dünya xəritəsində yaratdığı bütün dəyişikliklərin məhv edilməsində görürdülər. Vyana Konqresi haqqında danışmazdan əvvəl başa düşməliyik ki, onun 4 prinsipi var idi:

— güc balansı;

— kompensasiya;

— legitimlik;

— restovrasiya.

Legitimlik prinsipinə əsasən, Fransada Burbon sülaləsinin bərpasını, Papanın yenidən Papal dövlətlərin hökmdarına çevrilməsini və s. başa düşə bilərik.

Kompensasiya prinsipinə gəldikdə, məğlub olmuş güclər müharibənin təzminatını aldılar. Konqresin keçirilməsində əsl səbəb qalib dövlətlər arasında qazanılan uğurları bölüşdürmək idi.

Restovrasiya prinsipinin mahiyyəti 1 yanvar 1792-ci ilədək dövlətlər arasında olan sərhədlərin eyni qalmasına nail olmaq idi.

Nəhayət, buradakı “təməl daşı” bir dövlətin digərinə hökmranlığını və ya hər hansı müharibənin alovlanması ehtimalını aradan qaldırmalı olan güc balansı idi.

Vyana Konqresi bəzi çətinliklərlə, əsasən, maraqların müxtəlifliyi və tarixdə “Yüz günlük” kimi yer alan döyüşün sürgündən qayıtmış və yenidən hakimiyyətə gəlmiş Napoleon tərəfindən başladılması ilə üzləşməsinə baxmayaraq danışıqlar davam etdi. Konqresin yekun aktı 1815-ci il 9 iyun tarixində — Napoleonun Vaterloda son dəfə məğlub edilməsindən 9 gün əvvəl imzalanmışdı.

Vyana Konqresinin 4 əsas məqsədi var idi:

  • Avropada əvvəlcədən mövcud olan nizamın bərpası, ilk növbədə hakimiyyətdən salınan sülalələrin geri qayıtması;
  • qalib qüvvələrin maraqları üçün ərazi bölgüsü;
  • Fransa tərəfindən Bonapartizmin və ya hər hansı ekspansionist müharibənin canlanmasının qarşısının alınması barədə zəmanət verilməsi;
  • Avropanı gələcək qarışıqlıqlardan qoruya biləcək inqilab təhlükəsi ilə mübarizə sisteminin yaradılması.

1814-cü ildə imzalanmış Çaumont Müqaviləsinin müddəaları Vyana Konqresində bir daha təsdiqləndi. Qeyd etmək lazımdır ki, Çaumont müqaviləsi onilliklər boyu qitədə güc balansını yaradan Avropa Alliansının təməl daşı oldu. Onun müddəalarına daxildir:

  • Birləşmiş Almaniyanın qurulması;
  • İtaliyanın müstəqil dövlətlərə bölünməsi;
  • Fransada Burbon sülaləsinin bərpası;
  • 1830-cu ildə müasir Belçika halına gələn Hollandiyanın genişləndirilməsi.

Vyana Konqresinin təşəbbüskarları qalib dövlətlər idi: Rusiya İmperiyası (I Aleksandr), Prussiya (Qoblenberq), Avstriya (II Frans və kansler Metteniç) və Böyük Britaniya (Xarici İşlər naziri Lord Kastelarq). Bundan əlavə, Fransa Xarici İşlər Naziri Taleyran-Periqor Vyana Konqresində eyni dərəcədə fəal iştirak edirdi.

Çaumont Müqaviləsini imzalayan 4 qalib dövlət Fransaya öz iradəsini yeritməyə çalışdı, ancaq PolşaSaksoniyanın taleyi ilə əlaqədar aralarında yaranan fikir ayrılığı buna imkan vermədi. Bu fikir ayrılığı Taleyrana təkcə “aparıcı 4”-ü yaratmağa yox, həm də onu “5”-ə“8”-ə (İspaniya, Portuqaliya və İsveçrənin daxil edilməsi ilə) çevirməyə və burada təsirli olmağa imkan yaratdı.

“Şarl Moris de Taleyran-Periqor” — Pyer-Pol Prudo
Şarl Moris de Taleyran-Periqor (Pyer-Pol Prudo)

Konqresdə Avropanın müharibədən sonrakı quruluşu ilə bağlı müxtəlif yanaşmalar ortaya çıxdı. İlkin mərhələdə legitimlik prinsipinin müzakirələri üstünlük təşkil etdi, beləliklə, qitədə baş verəcək hər hansı bir siyasi dəyişiklik rədd edildi və legitimlik qaydasının bərpası üçün bir tələb irəli sürüldü. Bu prinsipin ən fəal tərəfdarı Taleyran idi. Rus çarı Aleksandr restovrasiya fikrini rədd etməsə də, Avropadakı dəyişikliklərin qaçılmazlığını nəzərə almağı zəruri saydı.

Konqresin sonlarına yaxın Avstriyanın öz hegemonluğunu göstərmək səyləri başladı. Belə ki, Avstriya nümayəndəsi Metteniç bölünmüş Almaniyada Avstriya hegemonluğunun təsdiqi, Avstriyanın Balkan yarımadası və İtaliyadakı mövqelərinin gücləndirilməsi və Polşanın Rusiyaya verilməsinin qarşısının alınması maddələrinin təmin edilməsini tələb edirdi.

I Aleksandr qitədə Rusiya təsirinin güclənməsinə kömək edəcək siyasi tarazlığın qurulmasını müdafiə edirdi. O, Avstriya ilə Prussiya arasında rəqabətin davam etməsində və Fransa qarşısında onlara qarşı balans yaratmaqda maraqlı idi.

Məğlub olmuş Fransaya qarşı ən sərt tədbirlərin görülməsini tələb edən Prussiya Saksoniya Reyn knyazlıqlarının bir hissəsini ilhaq etmək istəyirdi.

Avropada güc tarazlığını qorumaq və dənizlərdəki dominant mövqeyini və koloniyalarını möhkəmləndirməkdə maraqlı olan Böyük Britaniya Prussiya ilə birlikdə Fransa, Avstriya və Rusiyaya qarşı hərəkət etdi.

Vyana Konqresində özü üçün ən məqbul qərarların qəbul edilməsini təmin edən Fransa Reyn və Saksoniyaya qarşı iddiaları səbəbindən ən böyük təhlükəni Prussiya kimi görürdü. Hətta bu səbəblə Fransa Avstriya və Böyük Britaniya ilə gizli saziş imzalayaraq sonrakı mərhələdə Rusiyanı Saksoniya və Polşa məsələsində güzəştə getməyə məcbur etdi.

Konqresin Yekun Aktı 1815-ci il iyunun 9-da Rusiya, Prussiya, Fransa, Böyük Britaniya, Avstriya və İsveçrə tərəfindən imzalandı. Bu sənəd Avropanın ərazi və siyasi sistemində əhəmiyyətli dəyişikliklər etdi və Avropanın və koloniyaların “Napoleon üzərində qalib gəlmişlər” arasında yenidən bölgüsünün nəticələrini göstərdi.

1815-ci ildən sonra Avropa qitəsinin siyasi xəritəsi (Mənbə: Wikimedia Commons)

Vyana Konqresi tərəfindən yaradılan beynəlxalq münasibətlər sistemi Müqəddəs İttifaqın rəyi ilə tamamlandı. Müqəddəs ittifaq kimi tanınan “Heilige Allianz” Vyana Konqresində qurulmuş beynəlxalq nizamın qorunması üçün yaradılan Rusiya, Prussiya və Avstriyanın mühafizəkar birliyidir.

Vyana Konqresinin nəticələri barədə danışarkən Avropa Konserti haqqında da danışmaq məcburiyyətindəyik. Bunu başa düşmək lazımdır ki, Vyana Konqresi müvəqqəti olaraq Avropanın münaqişələrinə son qoya bilərdi. İlk olaraq “hamıya qarşı təbii müharibə vəziyyətini” məhdudlaşdıran dövlətlərin aktyorlarının azadlıqlarını təsirli dərəcədə məhdudlaşdıran şey böyük dövlətlərin hegemonluğu formasında qalan “Avropa konserti” idi. Vaxt keçdikcə böyük dövlətlərin müharibələri az siyasi qazancla getdikcə baha başa gəldi. Beləliklə, əksər böyük dövlətlərin (xüsusən də mövcud status-kvo ilə razı olanların) ilk növbədə heterogen beynəlxalq birliyin nizamlı sistemə çevrilməsinə baxmayaraq, ziddiyyəti müharibə yolu ilə həll etmək üçün dinc inkişaf dövrünü uzatmaq istəyi yarandı.

Bu sistem öz təsirini 1848-ci ilə qədər apardı, Avropa qitəsində yenidən inqilablar oldu və ən əsası 1853-cü ildə geniş miqyaslı Krım müharibəsi başladı.

--

--