Şagirdlər üçün Beynəlxalq Onlayn STEAM Müsabiqəsi

Rahila Mammadzada
Let’sMOD
Published in
2 min readOct 6, 2022

“Let’sMOD” Haqqında

“Let’s MOD” Stenford Universitetinin professorları tərəfindən təsis olunmuş süni zəka üzərində işləyən onlayn platforma və riyazi 3D simulyasiya mühitidir.

“Let’sMOD” platforması uşaqlara daim virtual 3D dünyada təsəvvür etdiklərini qurmağa imkan vermək üçün nəzərdə tutulmuşdur. Şagirdlər riyaziyyatı tətbiq etməklə istədikləri hərəkətləri və dinamikaları yarada bilərlər. Bu, uşaqlara proqramlaşdırma dillərindən istifadə etmədən riyaziyyatda sistemlər qurmaq üçün Riyaziyyat, Hesablama, Alqoritm, Sistemlər və Dizayn Düşüncəsini öyrənməyə, eləcə də tətbiq etməyə imkan verir. Mövcud sürətli texnoloji tərəqqi şəraitində bu gün istifadə edilən proqramlaşdırma dilləri gələcəkdə istifadə edilməyə bilər. Bununla belə, Riyaziyyat, Hesablama, Alqoritm, Sistemlər və Dizayn Düşüncəsi isə onların uğurları üçün vacib olaraq qalacaq. Bundan əlavə, uşaqlar riyaziyyatla birgə fizika və texnologiyanı da öz maşınlarında yaradırlar. Beləliklə, onlar elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat üçün möhkəm təməl qururlar.

“MODverse” 8 və 16 yaş arası uşaqlarda fərdi öyrənmə, eləcə də məşğuliyyət təmin etmək üçün nəzərdə tutulmuşdur. Bu, hər bir uşağın mövcud bacarığından asılı deyil. Hər bir uşaq bildikləri əsasında öz səyahətinə çıxa bilər və “MODverse”dəki fəaliyyətlər zamanı qazandığı kəşflər vasitəsilə bacarıqlarını təkmilləşdirə bilər.

Müsabiqə Haqqında

Müsabiqəyə dünyanın hər yerindən 8–16 yaş qrupuna aid məktəblilər qoşula bilərlər. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və “Mars Academy”nin dəstəyi ilə keçirilən bu müsabiqədə şagirdlər ödənişsiz olaraq iştirak edə bilərlər.

Heç bir xüsusi tələb olmadan 8–16 yaş arası şagirdlərin hər biri iştirak edə bilərlər. Tamamilə yeni olan və ya əvvəlki bir neçə müsabiqədə iştirak etmiş şagirdlər Beynəlxalq Onlayn STEAM Müsabiqəsinə qoşularaq geniş təcrübə əldə edə bilərlər. Müsabiqədə qalib gəlmək iştirakçıların bacarıqları ilə yanaşı, yaradıcılığından da asılı olduğundan, yeni iştirakçılar həmişə qazanma imkanı əldə edirlər.

Müsabiqə 2 mərhələdə olmaqla “Let’s MOD” platforması üzərindən baş tutacaqdır. 18 oktyabr-14 noyabr tarixlərində keçiriləcək ilk mərhələdə şagirdlər letsmod.com saytında qeydiyyatından keçməklə riyaziyyat, proqramlaşdırma, 3D dizayn və digər əlaqəli sahələrlə əlaqəli mini oyunlar (maşınlar) yaradacaqlar. Mentorların köməyi ilə şagirdlər hazırladıqları layihə nümunələrini 28 noyabr tarixində təqdimat edərək 100 “Ən yaxşı Mini Oyun Dizaynı” qaliblər siyahısına daxil ediləcəkdir.

Növbəti mərhələyə keçən şagirdlərin şəxsi mail ünvanlarına II mərhələnin şərtləri və vaxtı ilə bağlı ətraflı məlumat göndəriləcək.

--

--