Oyun Dizaynı, Süni İntellekt, Riyazi Düşüncə və Web3 istiqamətli onlayn düşərgə

Camille Landau
Let’sMOD
Published in
3 min readJul 5, 2022

8–16 yaş aralığında şagirdlərin düşərgəyə qoşulması üçün hələ də gec deyil. Avqustun 8-dək buradan qoşula bilərsiniz.

Növbəti Canlı Sessiya

28 iyul, Cümə axşamı, 19:30-da

ZOOM vasitəsilə qoşulun

Düşərgə Haqqında

Let’sMOD onlayn düşərgəsi 29 avqust tarixinə qədər davam edir və həftədə iki dəfə (çərşənbə axşamı və cümə axşamı günləri 1 saatlıq onlayn sessiyalar) olmaqla keçirilir. Beynəlxalq səviyyədə tanınan spikerlərin iştirakı ilə saat 20:00-da əlavə şənbə sessiyası da mövcuddur.

Sessiya videoları canlı görüşləri buraxanlar üçün əlçatandır.

8–16 yaş aralığında şagirdlərin düşərgəyə qoşulması üçün hələ də gec deyil. Avqustun 8-dək buradan qeydiyyatdan keçin.

Düşərgənin məqsədi hər bir iştirakçının sonda öz oyununu yaratması, simulyasiyalar və interaktiv hekayələr qura bilməsidir. Düşərgə ərzində bütün bu sadalanan layihələr “Maşın” adlandırılır. Düşərgə iştirakçıları öz düşərgə “Maşın”larını individual və ya qrup şəklində yarada bilərlər (qruplara “startap” adı verilir).

“Let’sMOD” düşərgəsinin onlayn dərsləri 8–16 yaş aralığında şagirdlər üçün (heç bir təməl proqramlaşdırma biliyi, animasiya, Süni İntellekt, riyazi düşüncə və “Web3” anlayışı tələb olunmadan) yaradılan onlayn proqramdır və şagirdlər bu müddət ərzində öz “Maşın”larını yaradacaqlar.

İstənilən vaxt düşərgəyə başlayın!

1. Letsmod.com saytında qeydiyyatdan keçin və maşınlarla tanış olmağa başlayın. “Qeydiyyatdan necə keçmək olar” videosuna baxın.

2. Kömək almaq və digər uşaqlarla oynamaq üçün “Discord”a qoşulun.

3. “Let’sMOD”da öyrənmə bölməsinə keçin və daha çox “MODbit” qazanmaq üçün daha çox “Maşın” oynayın.

4. Möhtəşəm maşınların necə hazırlanacağına dair aşağıdakı sessiyanın xülasə videolarına baxın.

5. Qarşıdan gələn onlayn düşərgəyə qoşulun (məlumat bu səhifənin yuxarı hissəsində).

Düşərgə Sessiyaları

Çox tövsiyə olunur: “Discord”da “Let’sMOD”a qoşulun

Başlanır

İştirakçılar düşərgə, məsləhətçilər və mentorlar, eləcə də qarşıdan gələn sessiyaların cədvəli ilə tanış olurlar.

· Xülasə video: Düşərgəyə giriş

· Xülasə video: Ötən il düşərgədə yaradılmış nümunə oyun

· Xülasə video: Stenfordda Prof. Mike Lepech ilə “Gəlin Yenilik edək”

· Bütün video: Sessiya 1, Sessiya 2, Sessiya 3

“Tısbağa çipləri”nə giriş

Maşınları maraqlı üsullarla hərəkət etdirmək üçün “Tısbağa çipləri”ni proqramlaşdırmağı öyrənin. Keçən həftə təqdim edilən döngələr və funksiyalar haqqında daha çox məlumat əldə edin. Bu hesablama təfəkkürü, riyaziyyat və robot texnologiyalarına əlavə olaraq həndəsə, yaradıcılıq və dizayn düşüncəsini əhatə edir. İştirakçıların bacarıqlarından asılı olaraq, fəaliyyətlər sadə təkrarlamadan həndəsə və rekursiyaya qədər dəyişə bilər.

· Sessiya 1-in xülasə videosu: Tezliklə

· Sessiya 2: 28 iyul, Cümə axşamı, 19:30-da ZOOM vasitəsilə qoşulun (Növbəti Canlı Sessiya)

· Sessiya 3: Şənbə, 30 iyul, 20:00

Gələcək Sessiyalar

· Oyun dizaynı — 2, 4, 6, 9, 11, 13, 16, 18 və 20 Avqust: Hər həftə müxtəlif bacarıqlara fokuslanaraq şagirdlərə yeni “Başlanğıc dəsti” təqdim ediləcək. Düşərgə iştirakçıları öz şəxsi “Maşın”larını təkmilləşdirmək üçün “Başlanğıc dəsti” hissələrindən istifadə edəcək və bununla da dizayn və 3D biliklərinin inkişafına, əməkdaşlıq, ünsiyyət, liderlik və daha çox riyaziyyat və kompüter elmləri məntiqini tam anlamağa nail olacaqlar.

· Süni initellekt — 23 Avqust: Biz iştirakçılara düşərgə “Maşın”larına köçürə və Süni İntellektin əsaslarını öyrənə biləcək sadə Süni İntellekt ilə “Başlanğıc dəsti” təqdim edəcəyik.

· Veb3–25 Avqust: “Metaverse”, “Blockchain”, “NFT” prinsiplərini nəzərdən keçirəcəyik. Şagirdlər düşərgə “Maşını”nı bitirmək və təqdim etmək üçün praktiki fəaliyyətlərlə əsasları öyrənəcəklər.

· “Düşərgə Maşını”nı təqdim etmək üçün son gün — 29 Avqust: Bu sessiyada günün sonuna qədər təqdim edilməzdən əvvəl düşərgə “Maşını”nın təkmilləşdirilməsi ilə bağlı bütün suallar müzakirə olunur və cavablandırılır.

Daha ətraflı məlumat üçün tez-tez verilən suallar bölməsinə keçid edə bilərsiniz.

--

--