Əlaqəli Databazalar nədir?(Reletional Database)

Aytan Rustamzada
Pragmatech
Published in
2 min readAug 28, 2021

Əlaqəli databaza məlumatların içində bir birilə əlaqəli şəkildə depolanmış databaza növüdür. Bu databaza növü məlumatların içində rahat və anlaşıla bilən şəkildə depolanan bir modelə əsaslanır.

Eyni zamanda bu databazalarda məlumatlar cədvəl məntiqinə uygun saxlanılır və hər bir məlumatın özünəməxsus id’si yəni barkodu olur. Və bunun sayəsində biz cədvəllər arasında olan əlaqəni yaradırıq.

Əlaqəli model nədir?(Reletional Model)

Databazaların ilk yarandığı illərdə insanlar məlumatları fərqli formada depolayırdı. Və sonrasında bu məlumatları istifadə etmək istədikləri halda bütün məlumatlar haqqında hər şeyi bilmək məcburiyyətində idilər. Bu model sırf bunun üçün yaradılıb ki, biz bir məntiqə uyğun məlumatları saxlayaq və sonrasında onları istifadə etmək istədiyimizdə onları rahatlıqla tapa bilək.

Əlaqəli databazalar necə yaradılır?

Dediyimiz kimi, bu databazaları cədvəl kimi düşünürük. Məsələn yuxarıdakı cədvəllər tam olaraq əlaqəli şəkildə yaradılıb. İstifadəçilər adında bir cədvəlimiz var, bu cədvəldə istifadəçilərin məlumatları saxlanılır və ödəniş üçün də bir cədvəlimiz var burda isə ödəniş detalları saxlanılır. Hansı istifadəçinin hansı məhsulu aldığı da burda saxlanılır. Və bizim artıq istifadəçi cədvəlimiz olduğu üçün ödəniş cədvəli(user_id ilə) istifadəçi cədvəlindən bir növ referans alır.

Əlaqəli databazaların üstünlükləri nələrdir?

  1. Məlumat itkisinin qarşısını alır.
  2. Məlumatlar daha dəqiq və aydın saxlanılır.
  3. Birdən çox istifadəçi eyni datanı dəyişməyə çalışanda paralellik(concurrency) xüsusiyyətinə görə problem yaratmır.

Sonda isə databaza seçimi edərkən öz programınıza uyğun nəyə ehtiyacınız olduğunu əvvəlcədən dəqiqləşdirməlisiniz. Məsələn sizin üçün paralellik funksiyası önəmli olmaya bilər siz sadəcə databazada daha çox məlumat saxlamaq istəyə bilərsiniz. Və yaxud az məlumat saxlayıb amma məlumatların bir birilə əlaqəli şəkildə heç bir itki olmadan istifadə olunmasını istəyə bilərsiniz. Ona görə də siz dataza seçməmişdən öncə nəyə ehtiyacınız olduğunu dəqiq bilməlisiniz.

--

--