Alqoritm- kodlaşdırılmış şüuraltı…

Aydan Samedova
Pragmatech
Published in
4 min readSep 5, 2020

Alqoritm nədir?

Elmi dildə desək, alqoritm verilmiş məsələni həll etmək üçün ilkin verilənlərlə icra olunan hesabi və hər hansı məsələnin həlli üçün məntiqi əməliyyatların sonlu sayda ardıcıllığıdır. Latınca qayda-qanun deməkdir. Alqoritm 783–850-ci illərdə indiki Özbəkistanda yaşamış IX əsrin məşhur fars riyaziyyatçısı Məhəmməd İbn Musa əl-Xarəzminin adının latın hərflərilə olan “alqoritmi” yazılışıyla bağlıdır. Ümumiyyətlə, alqoritm-verilmiş məsələnin həlli üçün lazım olan əməliyyatları müəyyən edən və onların hansı ardıcıllıqla yerinə yetirilməsini göstərən formal yazılışdır. Hesablama maşınlarının əsas fərqləndirici xüsusiyyətlərindən biri də onun proqramla idarə olunmasıdır. Yəni, istər sadə, istərsə də mürəkkəb məsələni maşının həll etməsi üçün proqram tərtib edilməlidir. Gördüyümüz işlərdə ən sadə və sürətli şəkildə əldə etmək istədiyimiz nəticəyə çatmaq üçün müxtəlif cəhdlər edirik və nəticədə doğru yolu tapmağa çalışırıq. İş həyatımızda, gündəlik işlərimizdə düzgün yol tapmaq üçün bir plan hazırlamalıyıq.

Bəs alqoritm bizə, həyatımıza nə kimi təsirlər göstərir ?

Hər gün internetdə etdiyimiz axtarışlar, sosial medialarda gəzinərkən, işlətdiyimiz GPS , baxılan filmlər, online alış-veriş zamanı və s. alqoritmalarla qarşılaşırıq. Lazımi məlumatları sıralamaqdan üz tanıma sistemlərinə , təyyarə qiymətlərinin təyin olunmasından sosial şəbəkələrin bizə təqdim etdiyi məlumatlara qədər bir çox sahədə alqoritmadan istifadə edilir.

“Bu Corc Oruelin 1984-cü il kitabına bənzəyəcək, ancaq hakimiyyət məmurları deyil, şirkətlər olacaq. Google 10–20 ildə müxtəlif təşkilatlara bölünməsə, demokratiyamızın gələcəyindən çox narahat olacağam. “
-Toby Uolş — Yeni Cənubi Uels Universitetinin Süni İntellekt professoru

Bəs bu bizi qorxutmalıdırmı?

Insan ve süni intellekt arasındakı fərq hiss olunmayacaq qədər azalacağı səviyədən hələ çox uzaqdayıq. Mikroskobik barama qurdu beyninin kopyasını yaratmaq məqsədilə işlər aparıldı. Bu qurdun beynində sadəcə 200 neyron olmasına baxmayaraq nəticə uğurlu olmadı. Əlimizdəki son texnologiya süni zəkalarla mikroskobik miqyasda bir qurdun beynini belə kopyalamağı bacarmadığı halda daha çətin heyvanların beynini kopyalamaq bizim üçün imkansızdır demək olar.

Bəs alqoritmların bizə nə kimi dəstəyi var ?

Düzgün münasibət budur : alqoritmlərə kor-koranə etibar etməməli və onları həyatımızdan tamamilə çıxarmamalıyıq. Buna baxmayaraq, onlar inanılmaz dərəcədə təsirli olur və həyatımızı asanlaşdırır. Hər gün Google-da milyardlarla axtarış aparılır. Alqoritm söz axtarış sistemində axtarış 0.50 saniyədə 8.5 milyon nəticə verir. Google tərəfindən təqdim olunan 8.5 milyon səhifənin düzgün və istədiyiniz nəticəyə uyğun olmasını təmin etmək üçün böyük bir alqoritmdən istifadə edir. Google, səhifələrin məzmununu deyil, bir-birlərini bağlamaqdan faydalanır. Hər səhifəni istinad və həmin istinadların sayına görə qiymətləndirir və dərəcə sıralarında bir-biri ilə əlaqəli səhifələri təqdim edir. Gələcəklə bağlı bütün məlumatları bu gündən başlayaraq tapır.

Reallıq bəzi insanları qorxudur, amma bu gün gördüyümüz kimi, insanlar cəmiyyətin bir hissəsi olmaq üçün internetdən istifadə etməli olduqlarını düşünürlər. Nəticələrdən qorxsalar da, alqoritmlərin nəticələri ilə yaşamalı olduqlarını qəbul edəcəklər. “
- David Clark — MİT-in elmi işçisi

Həyatımızdakı alqoritmalardan bir parça

Gün ərzində dəfələrlə alqoritmlərdan istifadə edirik, məsələn səhər yuxudan durandan seçdiyimiz paltara, gedəcəyimiz yerə, günlük işlərimizin yerinə yetirilməsinə qədər biz seçimlər edib nəticə əldə etmək üçün planlar (alqoritmlər) qururuq. Əgər planımızı düzgün qurmasaq və yaxud nəticəni əldə etmək üçün seçdiyimiz əməliyatların yerində dəyişiklik etsək sonluq istədiyimiz kimi olacaq mı ? Bunu daha aydın anlamaq üçün situasiya yaradaq.

Ofisiantın sizə yaxınlaşması , sifarişi götürməsi və aşpaza yönləndirməsi daha sonra həmin yeməyi sizə gətirməsi alqoritmdir. Aşpaz yemək hazırlayarkən əsas məqsədi yeməyin müştəri üçün dadlı olmasıdır. Bişirdiyi yeməyin alqoritmini yəni reseptini qurur lakin yeməyi hazırlayarkən əməliyatların birini atsa yaxud yerini dəyişsə xoşagəlməz yemək bişirmiş olacaq. Ofisiant sifarişi aşbaza yönəltməsə yaxud hazırlanan sifarişi başqa masaya götürsə yenə də istənilən nəticə əldə edilməyəcək . Yalnızca alqoritm düzgün qurulduqda, məlumatlar doğru ardıcıllıqla sıralandıqda qarşıya qoyulan nəticə əldə ediləcək.

Ümumi rəsmdən baxdıqda görərik ki, alqoritmlər həyatımızı asanlaşdırır. Həyatımızın hər sahəsində alqoritmin nemətlərindən faydalanmalıyıq və onun məntiqinə oturmalıyıq. Unutmayaq ki, internetdə rastlaşdığınız təsadüflər əslində ağıllı şəkildə hazırlanmış alqoritmaların işidir. Alqoritm biliklərini əsas götürən insan mütəmadi olaraq öyrənməyi, hər şeyi vaxtında etməyi və müntəzəm yaşamağı öyrənir. Uğura aparan yolda çox vacib bir addımdır.

Mənbə:

https://www.vox.com/technology

CEOtudent

CEOtudentceotudent.com

https://az.wikipedia.org/

--

--