Beyni proqramlamaq/ Fokuslanmaq

Yusif
Pragmatech
Published in
2 min readAug 29, 2021

Fokuslanmaq?

Fokuslanmaq bir problemi həll edərkən və ya bir iş üzərində çalışanda beynimizin o anda ətrafdakı hərşeyi süzərək, bizi etmək istədiyimiz işə yönləndirməsidir. Fiziki və zehni olaraq bir işə cəmlənmək bizə daha keyfiyyətli iş çıxarmağa imkan yaradır.

Fokuslanmaq problemim var!

Bu problem universitet (məktəb), iş və sosial həyatımızda tez-tez qarşımıza çıxır. Bu problemi həll etmək üçün beynimizi yenidən proqramlamağımıza ehtiyac var. Bunun üçün əvvəlcə öz öyrənmə metodunuzu kəşf etməlisiniz. O nədir? deyə soruşsanız, sizin yeni bir sözü, əşyanı və s. qalıcı yaddaş dediyimiz beynin önəmli hissəsində qeyd etməyinizdir.

Beyni proqramlamaq

Yaxşı proqramçılar bir alqoritm üzərində işləyərkən, əvvəlcə onun yol xəritəsini qururlar. Beynimizi yeni bir xaosun içinə salmazdan əvvəl ona bəzi yollar göstərməliyik. Özümüzə bir mövzunu öyrənməyə başlayanda göstərdiyimiz bu yollar, bir qarışıqlıq ilə qarşılaşdığımızda düzgün sualları verməyimizə və başa düşəcəyimiz cavablar almağımıza köməkçi olacaqdır.

Bunu necə edək?

Edəcəyimiz şey sadəcə işimizə fokuslanmaqdır. Bunun üçün yenə proqramlaşdırmadan nümunə verəcəm.

  • Başqa beyinlərdən örnək alaraq başlayın.
  • Asan öyrənmə deyil, qalıcı öyrənmə metodunuzu kəşf edin.
  • Bir proqramlaşdırma dilini öyrənməyə başlayın.
  • Öyrənməyə qərar verdiyiniz dili öz beyniniz kimi təsəvvür edərək kodlayın.
  • Yeni bir məqalə oxuyanda, oxuduğunuz məqalənin şəkillərinə diqqət yetirin. (Beynimiz şəkilləri daha tez yadda saxlayır.)
  • Bir işə başlamazdan əvvəl özünüzə xəritə və ya təqvim qurun. Müntəzəm və dəqiq həmlələrlə ilə hədəfinizə irəliləyin.
  • Özünüzü çıxılmaz vəziyyətə salacaq suallar deyil, inkişaf etdirəcək sualları soruşun. (özünüzdən!)
  • İstifadə etdiyiniz proqramların necə işlədiyini xəyal edin.
  • Qeyd edin. (Hər addımınızı, xətalarınızı və maraqlandıqlarınızı)

--

--