“Built-in” digər adı ilə hazır funksiyalardan istifadə rəhbəri

Samir Karimov
Pragmatech
Published in
2 min readApr 7, 2023

Əgər yüksək səviyyə dillərdən (Javascript,Python, C# və s.)hər hansı birini öyrənirsinizsə ya da tətbiq edirsinizsə “built-in” funksiyalardan istifadə etmək məcburiyyətindəsiniz.

Qısada desək built-in funksiyalar proqramlaşdırma dili tərəfindən təyin edilən və bizim istifadəmizə verilən hazır funksiyalardır.

İstər built-in funksiyalar istərsə də xüsusilə freymvörk ya da kitabxanaların istifadəsi zamanı tətbiq etdiyimiz hazır funksiyalar ciddi mənada çoxdur.

Proqramlaşdırma dilini yeni öyrənən biri düzgün analiz etmədən bu funksiyaların siyahısını analiz etsə ən yaxşı halda həvəsdən düşər. Çünkü bu qədər funksiyanın nə işə yaradığını, nə üçün və necə istifadə ediləcəyini öyrənmək ya da əzbərləmək məcburiyyətində olduğunu hissedəcək ki bu da imkansıza yaxın bir işdir.

Buna görə də bu qədər funksiya içində itib batmadan və sağlam addımla öyrənmək üçün bəsit üç mövzuya diqqət etmək kifayətdir.

  1. Funksiyalar bir vəzifəni icra etmək üçün yazılan kod bloklarıdır. Funksiyaları şirkətdə işləyən şəxs olaraq düşünün. Hazır funksiyalara bu gözlə baxsanız ilk ağlınıza gələn sual “Bu adamın şirkətdə gördüyü iş nədir?” olacaq. Eyni sualı funksiyanı analiz edərkən də verin və tam cavab alana qədər araşdırma aparın
  2. Şirkətdəki vəzifəni icra edən insan vəzifəsini icra edərkən müəyyən məlumatlardan istifadə edir təbii olaraq.Bunun adına texniki olaraq argumentlər deyilir. Funksiyanı analiz edərkən o funksiyanın hansı parametrləri qəbul etdiyini dəqiqliqlə araşdırın. Çox az vaxtınızı alacaq.
  3. Hər vəzifəli şəxsi gördüyü işin mütləq şəkildə bir nəticəsi olmalıdır. Eyni ilə proqramlaşdırma da hər funksiyanın icrasının nəticəsində hansı növdə məlumat istehsal olunduğunu qısa araşdırma ilə tapa bilərsiniz.

Çox bəsit araşdırma tələb edən mövzulardır bunlar amma təcrübəmə əsaslanaraq deyə bilərəm ki bir çox yeni öyrənən insan hazır funksiyaları istifadə edərkən bu üç addıma diqqət etmədən kor koranə istifadə edir və nəticədə “Mən kodu düz yazıram amma işləmir” kimi məntiqə uyğun gəlməyən ifadələr işlədir.

Qısacası proqramlaşdırma mövzuları əslində çox bəsit məntiq tələb edən mövzulardır. Yetər ki minimal diqqəti və araşdırma istəyini göstərək.

--

--