CSS freymvörkləri sürətlə öyrənmək üçün məsləhətlər

Samir Karimov
Pragmatech
Published in
Mar 10, 2023

CSS freymvörklər UI kodlaşdırılmasının vazkeçilməz alətləridir. Üzərində işlədiyiniz layihədən asılı olaraq fərqli CSS freymvörkləri sürətlə öyrənib tətbiq etməyiniz tələb oluna bilər sizdən.

Freymvörk öyrənmə sürətinizi artırmaq üçün işinizə yarayacaq məsləhətlərimiz var sizə.

Bu sadalanan mövzu və başlıqları fəlsəfələri ilə öyrənmiş olsanız nəinki CSS freymvörkləri öyrənmə sürətiniz artacaq, eyni zamanda arzu etdiyiniz zaman öz ehtiyaclarınıza uyğun freymvörk hazırlayıb istifadə edə biləcəksiniz.

  • HTML elementlərinin “default” yəni anadan gəlmə xüsusiyyətlərini diqqətlə analiz edin və bu dəyərləri “reset”-ləməyi öyrənin
  • Page,Component,Block, Element xüsusiyyətlərinin nə olduğunu və necə kodlaşdırılmalı olduğunu analiz edin.
  • CSS kodlarının vəzifələrinə görə ayırmağı öyrənin. Eksiz, Rənglər,Məsafələr və layihədə ehtiyac olacaq digər xüsusiyyətlər üçün Utility Class-larının hazırlanmasını və istifadə qaydasını öyrənin.
  • Nested (İç içə) class yazmaq və istifadə etmək məntiqini (Blokların kodlaşdırılması) öyrənin. CSS xüsusiyyətlərinin miras alma yolu ilə bir elementdən başqa elementə köcürülməsini öyrənin.

--

--