Dostunla birlikdə kod yaz, hər ikinizin öyrənmə sürəti artsın

Samir Karimov
Pragmatech
Published in
2 min readApr 6, 2023

Tək başına öyrənmək və kod yazmaq bəzən sıxıcı olabilir. Xüsusi ilə problem həlli zamanı istənilən nəticə ala bilməyəndə bu demotivasiya yaradır.

Bu problemin həllərindən biri də bir dostunuz, yoldaşınızla birlikdə işləməkdir.

Bu metodun adına “Pair Programming” deyilir terminologiyada.

Tətbiq etmək üçün atılacaq addımlar

  1. Səninlə eyni texnologiya öyrənən və sənin bilik səviyyənə yaxın bir dostunla qərar ver.
  2. Qarşınıza bir problem qoyun.Bu problemi tam detalları ilə dakumentasiya halına gətirin
  3. Məkan olaraq bir yerdə olmağınız şərt deyil. “Visual Studio Code Live Share” və bənzəri alərlərlə online olaraq da bu prosesi problemsiz həyata keçirə bilərsiniz.
  4. Qarşıya qoyulan problemdə biriniz yol göstərici, biri kod yazan rolunu öhdənizə götürün.
  5. Yol göstərici kod yazanın yazdığı kodları kənardan analiz edərək ona yönləndirmələr versin. Məsələn “Növbəti addımda bu hissəni həlletmək üçün x və y metodlarını istifadə edək.İstifadə metodu bu formadadır”.
  6. Bu yönləndirmələrlə kod yazan daha sistemli kod yazacaq və yol göstərici qarşı tərəfin kod yazma məntiqinə aşına olmuş olacaq.
  7. Yazılan kodda problem çıxdığı zaman fasilə verərək müzakirə edin və birlikdə eyni problem üçün araşdırma edin.
  8. Problemi həlledib kodu yazdıqdan sonra, bu dəfə rolları dəyişdirin və eyni problemi fərqli üsulla həlletməyi qarşınıza məqsəd qoyun.
  9. Başda sadalanan prosesi təkrar tətbiq edin.

Bu öyrənmə və kod yazma metodunu tətbiq edərkən bəzi nöqtələrə diqqət etmək lazımdır.

  • “Sən səhv düşünürsən , mən düzəm” kimi eqolu düşüncələrdən uzaq durun. Məntiq ən əhəmiyyətli hakimdir. Həll yolunuzu məntiqli və əsaslandıraraq ifadə edin.
  • Öncədən problemi və həll etaplarını birlikdə dakumentasiya halına gətirin.
  • Kod yazma standartlarınızı məsələn adlandırma qaydaları kimi qaydalara ortaq qərar verin.
  • Qarşı tərəfin yanaşma tərzini maksimum dərəcədə yaxşı analiz etməyə çalışın

--

--