Flask nədir?

Yusif
Pragmatech
Published in
2 min readAug 29, 2021

Flask qısaca, veb proqramlaşdırma üçün istfadə olunan, python proqramlaşdırma dilinin bir framework’üdür. Əvvəlcə framework nədir onu öyrənək.

Framework nədir?

Framework’lər əvvəlcədən hazırlanmış, kitabxanaları olan və bunlara əlavələr edilə biləcək strukturlardır. Məsələn, bir veb sayt layihəsi yazırsınızsa, bu layihənin veb server tərəfindəki bütün prossesləri fərqli proqramlaşdırma dilləri ilə özünüz yazmalısınız. Ancaq, bu framework’lər sayəsində qabaqcadan yazılmış bəlli strukturlar sizə verilir və bunlardan istifadə edərək layihənizə sürətli şəkildə davam edə bilirsiniz.

Flask tamamilə python dili ilə yazılmış framework’dür. Back-end üçün bir çox hazır modulu var.

Flask’ın və veb serverlərin işləmə məntiqi

Əvvəlcə veb serverlərin necə işlədiyinə baxaq. Kompüterin başına oturdunuz və brauzeri açdınız. Brauzerin URL hissəsinə girmək istədiyiniz saytın adını yazaraq bir request (sorğu) göndərmiş olursunuz. Göndərdiyiniz request, DNS serverlərindən saytın statik ip adresini alaraq serverə çatır. Server də bu request’ə response (cavab) göndərir. Biz də bu response’u alırıq və HTML şəklində brauzerdə göstəririk. Veb serverin işləmə məntiqi bu qədər indi isə Flask’ın işləmə məntiqinə baxaq.

Flask öz içində jinja2 template məntiqindən istifadə edir. Biz bir HTTP request göndərdiyimizdə, bu URL adresi bir funksiyanı işə salır. Siz indi bu funksiya haradadır deyirsiniz, indi deyim saytın olduğu serverdə yerləşir. Bu funksiya bəlli python kodlarını tərtib edərək, bizə HTTP response qaytarır. Bu HTTP response’larımızda bizim HTML template’lərimiz olaraq qayıdır. Bu template isə başda da qeyd etdiyim kimi, jinja2 template’dir. Flask’ın ümumi məntiqi bu şəkildədir. İndi isə kiçik bir proqram yazaraq daha yaxşı anlayaq.

Flask’ı yükləmə

Flask’ı yükləmək üçün əvvəlcə terminalı açın, daha sonra isə aşağıdakı kodu yazın. Təbii ki, bunu virtual enviromentin daxilində etməyiniz daha yaxşıdır.

pip install Flask

İlk Flask proqramı

Əvvəlcə app.py adında python faylı (modul) yaradırıq. İndi isə kodlamağa başlayaq.

from flask import Flask

Burada Flask framework’ünü layihəmizə daxil edirik. Beləliklə, Flask modullarından istifadə edə biləcəyik.

app = Flask(__name__)

Bizim layihəmizin təməlini qurmaq üçün əvvəlcə app proqramını başlatmalıyıq.

@app.route("/")
def index():
return “Hello Flask!”

Burada app.route ilə request edəcəyimiz URL’i yazırıq. Altına yazdığımız funksiya isə necə bir response alacağımızı təyin edir. Təbii ki, burada return etdiyimiz string’in yerinə HTML faylı da yaza bilərik. Bəli, Flask ilə işləmək bu qədər sadədir.

if __name__=="__main__":
app.run(debug=True)

Sonda isə bu kod blokunu yazıb proqramımızı sonlandırırıq. Burada proqramımızın terminaldan çağırılıb, çağırılmadığını if şərti ilə sorğulayırıq. Əgər bu sorğunun nəticəsində bizə “__main__” qayıdırsa deməli, proqram terminaldan çağırılıb və problemsiz şəkildə başladılır. Əgər bir moduldan çağırılıbsa, __name__ dəyişəni həmin modulun adına bərabər olur və proqram başladılmır.

Ümid edirəm sizin üçün faydalı oldu :)

--

--